Almaniyanın ikinci milyarderi Klaus-Mixael Kühne vəfat edib
Berlin, 24 avqust, AZƏRTAC
Almaniyanın ən zəngin şəxslərindən olan milyarder Klaus-Mixael Kühne 89 yaşında vəfat edib.
AZƏRTAC xəbər verir ki, “Kühne+Nagel” ailə şirkəti iş adamının ötən gecə İsveçrənin Şindelleqqi şəhərində öldüyünü açıqlayıb.
“Forbes”un avqust ayı üzrə reytinqinə əsasən, Klaus-Mixael Kühne 44,5 milyard dollarlıq sərvəti ilə dünyada 44-cü, Almaniyada isə ikinci sırada yer alıb. O, 1958-ci ildə babasının təsisçilərindən olduğu ailə şirkəti “Kühne+Nagel”ə qoşulub və 1966-cı ildə şirkətin rəhbəri olub. Klaus-Mixael Kühne 1960-cı illərdən etibarən ailə şirkətini hava və dəniz yükdaşımaları sahəsində dünyanın aparıcı logistika şirkətlərindən birinə çevirib. Hazırda “Kühne+Nagel” şirkətinin 100 ölkədə 1300-dən çox məntəqəsi və 85 min əməkdaşı var.
İdman və mədəniyyət layihələrinə böyük dəstək göstərən milyarder “Hamburger SV” futbol klubunun əsas himayədarlarından olub. Onun 1976-cı ildə təsis etdiyi Kühne Fondu Hamburqda yeni opera binasının inşasının əsas maliyyə dəstəyini üzərinə götürüb. Həmin layihənin 2032-ci ilədək başa çatdırılması planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]