Rəcəb Tayyib Ərdoğan: Türkiyə regionda sabitliyi pozmaq cəhdlərinin əleyhinədir
Ankara, 24 avqust, AZƏRTAC
“Fərat qalxanı” antiterror əməliyyatı dünyaya Türkiyə ordusunun gücünü, Ankaranın terror təzahürlərinə, münaqişələrin və regionda qeyri-sabitliyin qızışdırılmasına qarşı mübarizə əzmini nümayiş etdirib.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında keçirilmiş “Fərat qalxanı” əməliyyatının başlanmasının 10-cu ildönümü münasibətilə yaydığı bəyanatda bildirib.
Türkiyə lideri terrorçularla mübarizədə həlak olan şəhidlərin xatirəsini yad edib, Türkiyə Silahlı Qüvvələrinin veteranlarına təşəkkürünü bildirib.
“Fərat qalxanı” əməliyyatının 10-cu ildönümü münasibətilə Türkiyənin Milli Müdafiə Nazirliyi də bəyanatla çıxış edib.
Əməliyyat 2016-cı il avqustun 24-də Türkiyənin dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi və Suriyanın şimalındakı terrorçu ünsürlərə qarşı mübarizə məqsədilə başladılıb.
Türkiyə Silahlı Qüvvələrinin və Suriya Milli Ordusunun bölmələrinin iştirak etdiyi əməliyyat Suriyanın şimalında Cerablus rayonundan Əl-Bab şəhərinədək olan əraziləri əhatə edib.
Əməliyyat 2017-ci il martın 29-da Suriya ərazisinin bir hissəsinin İŞİD terrorçularından və digər cinayətkar ünsürlərdən tamamilə təmizlənməsi ilə başa çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.08.2026 [16:04]
Almaniyanın ikinci milyarderi Klaus-Mixael Kühne vəfat edib
- 24.08.2026 [15:36]
Endi Börnhem yeni evlənən cütlüyə sürpriz edib
- 24.08.2026 [13:47]
Norveç Aİ-nin mövqeyinə baxmayaraq, Arktikada qazma işlərini davam etdirəcək
- 24.08.2026 [13:28]
İstanbulun tarixi qəbir daşları inventarlaşdırılır
- 24.08.2026 [12:42]
Gürcüstanda beynəlxalq süni intellekt düşərgəsi açılıb
- 24.08.2026 [12:14]
Niderlandda alman məktəblilərin olduğu avtobus qəzaya uğrayıb
- 24.08.2026 [11:51]