Buxara şəhərində “Ark” qalası ilə tanışlıq VİDEO
Buxara, 24 avqust, AZƏRTAC
Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, birinci xanım Ziroatxon Mirziyoyeva və ailə üzvləri Buxara şəhərində “Ark” qalası ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, “Ark” qalası eramızdan əvvəl IV əsrdə inşa olunub. Onun hazırkı görkəmi isə əsasən XVII–XVIII əsrlərdə formalaşıb. Qaladan XX əsrin əvvəllərində Buxara hökmdarlarının qış iqamətgahı kimi istifadə olunurdu. Hazırda qala 4 hektar ərazini əhatə edir. Qalanın böyük hissəsi 1920-ci ildə dağılıb. 1947-ci ildən qala ərazisində Buxara Dövlət Muzey-Qoruğu fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.08.2026 [16:35]
Qubada III “Ulduz Cup” beynəlxalq futbol turnirinin açılışı olub
- 24.08.2026 [13:44]
Bakı–Daşkənd əlaqələri: Strateji prioritetlər və perspektivlər – Təhlil
- 24.08.2026 [13:05]
Laçın Beynəlxalq Film Festivalı başlayıb VİDEO
- 24.08.2026 [11:32]
Tullantılardan hazırlanan 200 kiloqramlıq “cəngavər” - REPORTAJ VİDEO
- 24.08.2026 [11:21]