SİYASƏT


BBC Ermənistanın Gəncəyə raket hücumu nəticəsində hər iki valideynini və bacısını itirmiş üç yaşlı Xədicə barədə reportaj yayımlayıb VİDEO

Bakı, 23 oktyabr, AZƏRTAC

BBC telekanalı Ermənistanın humanitar atəşkəs barədə razılaşmanı pozaraq Azərbaycanın Gəncə şəhərini raket atəşinə tutması və nəticədə hər iki valideynini, eləcə də bacısını itirmiş üç yaşlı Xədicə ilə bağlı reportaj hazırlayıb.

AZƏRTAC xəbər verir ki, “Dağlıq Qarabağ: müharibə nəticəsində valideynlərini itirmiş üç yaşlı körpə” adlı reportajda Gəncə şəhərində yaşayış binasının raket atəşinə tutulması nəticəsində dinc sakinlərin, o cümlədən üç yaşlı Xədicənin valideynlərini və bacısını itirdiyi bildirilir.

Reportajda Ermənistanın raket hücumu nəticəsində dağılmış evlərin görüntüləri, yaxınlarını itirmiş insanların cəsədlərinin dağıntılar altından çıxarıldığı anlar təqdim edilir.

Bu faciə baş verəndən dərhal sonra hadisə yerinə gəlmiş Xədicənin babası Nizami Ağayev gördüklərini belə izah edir: “Hadisə yerinə gələndə gördüm ki, sanki dünya dağılıb. Nə salamat ev var, nə qapı, nə pəncərə. Hər yer dağıntı içərisində idi. Xilasedicilər narahat olmayım deyə mənə tələfat barədə məlumat vermədilər. Sonradan xəbər gəldi ki, Xədicənin atası və anası, həmçinin bacısı bu dəhşətli faciə nəticəsində həlak olublar”.

Reportajda qeyd olunur ki, Xədicənin anası evinin yaxınlığındakı uşaq bağçasında işləyirmiş. Körpənin valideynləri beş ildir ailəli imiş.

Xədicənin nənəsi bu dəhşətli faciə barədə danışarkən qızının arzularının yarımçıq qaldığını, nəvəsi Xədicənin sağ qalmasının isə onlara böyük təsəlli olduğunu bildirib.

Reportajda, həmçinin qeyd olunur ki, raket hücumu nəticəsində dağıntı qırıntıları Xədicənin gözlərinə düşdüyü üçün körpə üç gün ərzində gözlərini aça bilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.