Münhendə Qarabağda qazanılan qələbə münasibətilə avtoyürüş keçirilib VİDEO
Berlin, 16 noyabr, AZƏRTAC
Almaniyanın Münhen şəhərində Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın Qarabağda qazandığı böyük qələbə münasibətilə avtoyürüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmiş avtomobil karvanı şəhərin mərkəzi meydan və prospektlərindən keçib. İştirakçılar şəhərin müxtəlif yerlərində bir neçə dəfə dayanaraq “Yaşasın Azərbaycan!”, “Yaşasın Azərbaycan-Türkiyə- Gürcüstan qardaşlığı!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Qarabağ Azərbaycandır!” şüarlarını səsləndiriblər.
Yürüş iştirakçıları bu xoşbəxt günləri xalqımıza yaşadan Ali Baş Komandan İlham Əliyevə və müzəffər Ordumuza təşəkkürlərini ifadə ediblər.
Vüqar Seyidov
Berlin
AZƏRTAC-ın xüsusi müxbiri
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]