Azərbaycan Dövlət İnformasiya Agentliyi

Moskvada Azərbaycanın Zəfər Günü qeyd edilib VİDEO

Moskva, 9 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Moskvadakı səfirliyində Azərbaycanın 44 günlük Qarabağ müharibəsində Zəfərinin ildönümü şərəfinə ziyafət təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, Türkiyə, İsrail, Pakistan və Qazaxıstanın Moskvadakı səfirləri, Rusiya ictimaiyyətinin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu gecəni açaraq qeyd edib ki, noyabrın 8-i Zəfər Günü ölkəmizdə geniş miqyasda qeyd olunur. “Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Azərbaycanın mədəniyyət paytaxtı, millətimizin mədəni kodu olan azad edilmiş Şuşa şəhərində zabit və əsgərlər qarşısında çıxış edərək orduya və xalqa müraciət edib. Bu gün hər bir azərbaycanlının və xüsusən mənim hisslərimi təsvir etmək çətindir, çünki mən əslən Qarabağlıyam. Atamın evi Şuşadadır. Bütün bu 30 il ərzində Azərbaycan xalqı Qarabağa qayıtmaq xəyalı ilə yaşayıb. Zəfərin ildönümündə bu Qələbə uğrunda canlarından keçmiş şəhidlərimizi yad edirik. Onların şücaətini heç vaxt unutmayacağıq və onların xatirəsini daim qəlbimizdə saxlayacağıq. Biz bu müharibədə yaralanan və əlil olanların qayğısına qalacağıq. Bu, bizim müqəddəs borcumuzdur”, - deyə səfir bildirib.

Münaqişənin tarixindən danışan diplomat deyib: “Bütün bu illər ərzində Azərbaycan ən yüksək tribunalardan bəyan edib ki, biz məsələni sülh yolu ilə həll etmək istəyirik, lakin bu, alınmasa, o zaman güc yolu qalır və xalqımız ərazilərinin itirilməsini heç vaxt qəbul etməyəcək. Bütün xalqı bir dəmir yumruq halında birləşdirməyi bacaran Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz yüksək döyüş məharəti nümayiş etdirərək uzun illər sürən münaqişəyə son qoydu. Bu münaqişənin sülh yolu ilə həlli üçün çox böyük iş görən Rusiya Prezidenti, çox hörmətli Vladimir Vladimiroviç Putinin səylərini xüsusi qeyd etmək istərdim. Mən uzun illərdir ki, Moskvada səfir işləyirəm və canlı şahidiyəm ki, Rusiya rəhbərliyi və şəxsən Vladimir Vladimiroviç Putin bu məsələni sülh yolu ilə həll etmək istəyiblər və müxtəlif həll yolları təklif ediblər. Lakin Ermənistan rəhbərliyi Rusiya Federasiyasının çağırışlarını da eşitmirdi”.

Səfir işğaldan azad edilmiş torpaqlarda aparılan bərpa işlərindən də danışıb, qısa müddətdə Füzuli şəhərində Beynəlxalq Hava Limanının tikildiyini, Şuşaya Zəfər yolunun çəkildiyini qeyd edib.

Türkiyə, İsrail və Pakistan səfirlərinə müraciət edən P.Bülbüloğlu Qarabağ məsələsində daimi dəstəyə görə bu ölkələrə xüsusi təşəkkürünü bildirib.

Türkiyənin Rusiyadakı səfiri Mehmet Samsar AZƏRTAC-a müsahibəsində Azərbaycanı Zəfər bayramı münasibətilə təbrik edib: “Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusu Qarabağı Azərbaycana qaytardı. Qarabağın azad edilməsi türk xalqı üçün də çox mühüm hadisədir. Heydər Əliyevin dediyi kimi, “Türkiyə və Azərbaycan: bir millət iki dövlətdir”. Qarabağ müharibəsi başlayandan Türkiyə Azərbaycana tam dəstək göstərib. Mustafa Kamal Atatürkün dediyi kimi: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. Bu gün Türkiyə xalqı Azərbaycanın Qələbə sevincini bölüşür. Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər münasibətilə təbrik edir, şəhid ailələrinə dərin hüznlə başsağlığı verir, qazilərə cansağlığı arzulayıram”.

İsrailin Rusiya Federasiyasındakı səfiri Aleksandr Ben-Tsvi yəhudi və Azərbaycan xalqlarının qardaş xalq olduğunu qeyd edib. “Yəhudilər Azərbaycanda yüz illərdir yaşayırlar və heç vaxt heç bir problem olmayıb, həmişə bir yerdə olublar. Biz bu ənənəni davam etdiririk”, - deyə diplomat bildirib.

Pakistanın Moskvadakı səfiri Şəfkət Əli Xan da təbriklərə qoşulub: “Azərbaycan xalqı öz iradəsi və qətiyyəti ilə ölkənin ərazi bütövlüyünü bərpa edə bildi. Azərbaycanlılar hərbi gücə əl atmadan məsələnin həllini uzun müddət və səbirlə gözləyirdilər. Lakin onlar silahdan istifadə etməyə məcbur olublar. Biz səbirsizliklə bütün region üçün sabitlik və sülh dövrünü gözləyirik. Biz Pakistanda Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi üçün yeni perspektivlər axtarırıq. Bu gün mən də azərbaycanlı bacı-qardaşlarım qədər xoşbəxtəm və bir daha Azərbaycan xalqını və Azərbaycan rəhbərliyini təbrik etmək istəyirəm”.

“Kinolestnitsa” yaradıcılıq birliyinin prodüseri Yelena Tverdoxleb də Azərbaycanı Vətən müharibəsində Böyük Zəfər münasibətilə təbrik edib. “8 Noyabr gücün və milli qürurun bayramına çevrildi. Bu gün Azərbaycan Respublikasının gələcəyi üçün böyük əhəmiyyət kəsb edir. Şəxsən öz adımdan və həmkarlarım adından şəhidlərin ailələrinə başsağlığı verirəm. Onların şücaəti unudulmazdır. Azad Şuşa isə bu Qələbənin simvolu oldu. Qoy Şuşa dağlarının yamaclarında bitən əfsanəvi Xarıbülbül çiçəyi doğma torpağında böyüyüb çiçəklənsin. Azərbaycana xoşbəxtlik və firavanlıq arzu edirəm”, - deyə Y.Tverdoxleb bildirib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Moskvada Azərbaycanın Zəfər Günü qeyd edilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb

Kaliforniyada meşə yanğını: Sakinlər təxliyə edilir

Conni Depp "Karib dənizinin quldurları-7" filmində rol ala bilər

Seutada yüzlərlə miqrant sığınacaq tələbi ilə etiraz aksiyası keçirib

Ronaldu mövsümün sonunda karyerasını başa vuracağını açıqlayıb

“Tvente”nin kapitanı: Bizi pley-ffda “Qarabağ”la iki əla oyun gözləyir

Meşə yanğını ilə əlaqədar Almaniyanın Monşau şəhərində əhalinin təxliyəsinə başlanılıb

Tramp Koreya Respublikası ilə birgə hərbi təlimlərin miqyasının azaldılması barədə tapşırıq verib

İndiana ştatında fırtına və daşqınlar nəticəsində 7 nəfər ölüb

Ölkənin bir sıra rayonlarında elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

Fransa Superkubokunun qalibi bəlli olub

General-mayor Abbasəli Novruzovun dəfn mərasimi Hərbi Memorial Məzarlıqda keçiriləcək

Macarıstanda Böyük Hun-Türk Qurultayı keçirilib

Sentyabrda Böyük Britaniyada növbəti isti hava dalğası proqnozlaşdırılır

Azərbaycan Premyer Liqası: “Zirə” ilk turda “Şəfa”nı məğlub edib

İmişlidə şin partlayıb, usta xəsarət alıb

Azərbaycan güləşçisi dünya çempionatının finalına yüksəlib

Kuşner Trampın sülh planını müzakirə etmək üçün Qahirədədir

"Neftçi" yeni mövsümə inamlı qələbə ilə start verib

Azərbaycan badmintonçuları Bakıda keçirilən beynəlxalq turniri 4 medalla başa vurublar

Almaniyada meşə yanğınları baş verən bəzi bölgələrdə vəziyyət sabitləşir

Bədii gimnastika üzrə dünya çempionatının bayrağı Azərbaycana təqdim olunub

Bu saata olan əsas xəbərlər

"Sabah" və "Qarabağ"ın oyunları avrokuboklara görə təxirə salınıb

Rumıniyanın Maramureş regionu ilə Xankəndi, Ağdərə və Xocalı rayonları arasında iqtisadi əlaqələrin genişlənməsi nəzərdən keçirilir

Türk dünyasının arxeoloqları arxeoloji irsin vahid rəqəmsal bazasının yaradılması barədə razılığa gəliblər

İsrailin Qəzzadakı müharibə xərcləri 142 milyard dollara çatıb

İranın Qeşm Beynəlxalq Hava Limanında aviareyslərin bərpa olunması planlaşdırılır

Şirvan kanalından kişi meyiti tapılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Polşada 17-ci əsrə aid kilsə yanıb

Türkiyədə meşə yanğınlarını törətməkdə şübhəli bilinən 40-dan çox şəxs saxlanılıb

Ukrayna Müdafiə Nazirliyi Moskva bölgəsində “Wildberries” logistika mərkəzinə hava zərbəsi endirdiyini təsdiqləyib

Türkiyənin TPAO dövlət şirkətinə yeni neft yataqlarının kəşfiyyatı üçün icazə verilib

Türkiyədə yerli ürək-ağciyər aparatının seriya istehsalına başlanılacaq

"Neftçi" yerli basketbolçu transfer edib

Ukrayna ordusu Rusiyada raket sistemləri istehsal edən zavoda hava zərbələri endirib

Beyləqanda suvarma kanalında batan şəxsin meyiti tapılıb

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib VİDEO

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib VİDEO

"Qarabağ” Zubirlə yollarını ayırıb

Manqal və fişəng xəbərdarlığı çaşqınlıq yaratdı: Britaniyalılara göndərilən SMS-lər niyə müzakirələrə səbəb oldu?

Müdafiə Nazirliyinin rəhbərliyi istefada olan general-mayor Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı verib

Həftənin ilk iş günündə hava necə olacaq?

Rusiyanın hava hücumu zamanı Kiyevin ən böyük kitab bazarı məhv edilib - AZƏRTAC-ın hadisə yerindən REPORTAJI VİDEO

Rusiyanın hava hücumu zamanı Kiyevin ən böyük kitab bazarı məhv edilib - AZƏRTAC-ın hadisə yerindən REPORTAJI VİDEO

Britaniyada su qıtlığı zamanı tariflərin artırılması nəzərdə tutulur

İsrail Müdafiə Qüvvələri “Hizbullah”ın yüksəkrütbəli komandirlərindən birinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

Rahil Məmmədov: Azərbaycan ilə İsveç arasında əlaqələrin möhkəmləndirilməsi fəaliyyətimin əsasını təşkil edir MÜSAHİBƏ

Böyük Britaniyaya keçməyə çalışan 140-a yaxın miqrant xilas edilib

Macarıstanda yol qəzasında 12 nəfər ölüb

İran və Oman Hörmüz boğazı üçün gəmiçilik xəritəsi ilə bağlı razılığa gəliblər

Britaniyada Reform partiyası sosial təminat xərclərini 50 milyard funt sterlinq azaltmağı planlaşdırır

Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - Faktiki hava

“Qafqazinfo”nun 16 yaşı tamam olur

Cənubi Koreya Prezidenti Şimali Koreyaya danışıqlara başlamağı təklif edib

Böyük Britaniyada son 48 saatda 11 böyük yanğın baş verib

ABŞ-də parkda kütləvi atışma baş verib

Milli ruhun alovlu səsi: Bəxtiyar Vahabzadə

İslam Mahaçev UFC tarixinin ən uzun qələbə seriyasını rəsmiləşdirib

Rumıniya hava məkanını pozan pilotsuz uçuş aparatını vurub

İndoneziyada 7,7 maqnitudalı zəlzələ 51 nəfərin həyatına son qoyub

İran XİN: Neft çirklənməsi regiona trilyonlarla dollar zərər vurub

Berlində “Rave The Planet” texnoparadında on minlərlə insan iştirak edib

“Lala” qasırğası Havay adalarının Böyük adasına yaxınlaşır

Tovuzda 25 yaşlı gəncin ölümü ilə nəticələnən qəza VİDEO

Tovuzda 25 yaşlı gəncin ölümü ilə nəticələnən qəza VİDEO

Serbiyada Dunay çayında son 100-150 ilin ən aşağı su səviyyəsi qeydə alınıb

Kiyev ballistik raketlərlə vurulub, dağıntılar var – YENİLƏNİB

Səudiyyə Ərəbistanında Kanada mənşəli şahin 346 min dollara satılıb

Moskva-Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

Zimbabvedə bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 72-yə çatıb

Almaniyada meşə yanğınlarına qarşı mübarizə tədbirləri davam etdirilir

Fransada meşə yanğınları fonunda Makron məzuniyyətə çıxdığı üçün müxalifətin tənqidinə məruz qalıb

Mərakeşdə İspaniyanın Seuta anklavına keçməyə çalışan 111 miqrant saxlanılıb

Dövlət Departamenti 907-ci düzəlişin ləğvinin uzadılması barədə Konqresə bildiriş göndərib

Qətər XİN İrana məxsus hərbi pilotların əsir götürülməsi barədə iddiaları təkzib edib

Səfər çərçivəsində verilən tapşırıqlar Naxçıvanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir ŞƏRH

Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb

Beyləqanda bir nəfər suvarma kanalında batıb

Bakı metrosunda xətlərin ayrılması sərnişindaşıma imkanlarını genişləndirəcək - REPORTAJ

Ucarda yol qəzası baş verib, iki nəfər ölüb VİDEO

Ucarda yol qəzası baş verib, iki nəfər ölüb VİDEO

Şəki-Zaqatala bölgəsinin 144 məzunu 600 baldan yuxarı nəticə göstərib

Rəcəb Tayyib Ərdoğan: Avropa İttifaqına üzvlük Ankara üçün prioritet məsələ deyil

Fransada prezident seçkiləri ərəfəsində xarici müdaxilə: partiyalar hansı tədbirləri təklif edir?

Moskvada Azərbaycanın turizm potensialı təqdim edilib

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq VİDEO

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq VİDEO

Bu saata olan əsas xəbərlər

Fransanın 2027-ci il büdcəsi: hökumət pensiyaların dondurulmasını yenidən gündəmə gətirir

ABŞ-də dövlət universitetinin kampusunda atışmada 5 nəfər yaralanıb

Ucarda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb VİDEO

Ucarda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb VİDEO

Astarada ağacdan yıxılan 60 yaşlı kişi ölüb

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub

İlkin Mehrabov: Hesablama sosial elmləri Azərbaycan ilə İsveç arasında elmi körpü ola bilər – MÜSAHİBƏ

Postmüharibə dövründə “gizli” silah: Azərbaycanın haqlı mövqeyi və qlobal təşəbbüsləri - ŞƏRH

"Yeni nəsil energetiklər: Şəbəkənin memarları" yarışının növbəti regional turunun qalibi məlum olub

BŞİH: Bu gün Bakının 556 küçəsi yuyulub

Azərbaycan müəllimlərinin I Qurultayından 120 il ötür

Fransada “Save Europe Act” aksiyasına qarşı əks-nümayiş də qadağan edilib

Ünal Üstel: Təxribat və düşmənçilik xarakteri daşıyan bəyanatlar Kiprdə ziddiyyətlərin həllinə xidmət etmir

Bakıda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən şəxs saxlanılıb