Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mixail Qusmanın ümummilli lider Heydər Əliyev haqqında nadir xatirələri VİDEO

Mixail Qusmanın ümummilli lider Heydər Əliyev haqqında nadir xatirələri VİDEO

Bakı, 14 dekabr, AZƏRTAC

Rusiyanın TASS informasiya agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusman CBC telekanalının efirində ümummilli lider Heydər Əliyev haqqında nadir xatirələrini bölüşüb, Heydər Əliyevin Azərbaycanın inkişafına istər sovet dövründə, istərsə də müstəqillik illərində verdiyi töhfələr barədə söhbət açıb.

AZƏRTAC Mixail Qusmanın “Bu gün aktualdır” verilişinin aparıcısı Sənan Rzayevə verdiyi müsahibənin tam mətnini təqdim edir.

Aparıcı: Verilişimizin bugünkü buraxılışının qonağı TASS informasiya agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusmandır. Salam, Mixail Solomonoviç, bizim efirə xoş gəlmisiniz.

Mixail Qusman: Axşamınız xeyir.

Aparıcı: Mixail Solomonoviç, söhbətimizin əsas mövzusuna keçməzdən əvvəl tamaşaçılarımıza xatırladıram ki, biz həm CBC telekanalının, həm də CBC FM radiosunun efirindəyik. Söhbətimizin mövzusuna gəldikdə isə, bu gün biz Azərbaycan xalqının ümummilli lideri, Azərbaycan tarixində rolunu lazımınca qiymətləndirmək çətin olan dövlət xadimi Heydər Əliyev haqqında danışacağıq. Məhz bu səbəbdən onu müasir Azərbaycan dövlətinin memarı adlandırırlar. Məsələ burasındadır ki, bu gün, dekabrın 12-də əsasən sizin köməyinizlə onun həyat yoluna nəzər salmağa çalışacağıq. Xüsusi vurğulamaq istəyirəm, sizin fikriniz bizdən ötrü həm də ona görə vacibdir ki, siz onu şəxsən tanıyırdınız. Mixail Solomonoviç, həm bu il, həm də deyərdim ki, keçən il 12 dekabr ərəfəsində fikirləşirik ki, Heydər Əliyevin Azərbaycan üçün planlaşdırdığı, Azərbaycan üçün arzu etdiyi məsələlərin çoxu 2020-ci il Vətən müharibəsi nəticəsində reallaşıb. Bu barədə sizin fikrinizi bilmək istərdim.

Mixail Qusman: Sizin icazənizlə mən bir qədər başqa məqamdan başlayardım. Dekabrın 12-si həmişəlik yadda qalan tarixlərdəndir. Bu, Heydər Əliyevin anım günüdür və bu gün təkcə indiki nəslin deyil, bütün gələcək nəsillərin qəlbində həmişə əks-səda verəcək. Onun həyatının iki günü əlamətdardır: doğulduğu 10 may və dünyasını dəyişdiyi 12 dekabr günləri. Bu günlər insanların yaddaşında əbədi qalacaq. 1923-cü il mayın 10-dan - o, doğulduğu gündən dünyasını dəyişdiyi günə qədər inanılmaz dərəcədə zəngin, möhtəşəm həyat yolu keçib. Heydər Əliyevin müasir tarixdə, dünya tarixində xidmətləri misilsizdir. Ona görə ki, hələ sovet dönəmində məhz onun Azərbaycan Respublikasının rəhbəri vəzifəsində işlədiyi dövrdə Azərbaycan elə respublika oldu ki, bütün qalan respublikalar ona oxşamağa çalışırdılar, Azərbaycan praktiki olaraq qalan bütün respublikalardan irəlidə idi. Təsadüfi deyil ki, mən ovaxtkı sovet lideri Leonid İliç Brejnevin doğma respublikamız haqqında dediyi sözləri tez-tez xatırlayıram. Brejnev o vaxt Heydər Əliyevin başçılıq etdiyi respublika barədə “Azərbaycan iri addımlarla irəliləyir” demişdi. Təbii ki, o vaxt bu ifadə bütün Sovet İttifaqına yayılmışdı, Azərbaycanın bütün plakatlarında, şüarlarında bu sözlər yazılırdı. Lakin fikir verin, Leonid İliç bu frazanı düşünərək demişdi. Bu, sadəcə, gözəl fraza deyildi, bu, açıq deyək, bütün digər respublikalarla müqayisədə Azərbaycanın göstərdiyi qəhrəmanlığın möhtəşəmliyinə hörmət əlaməti idi. Bu, xüsusilə vacibdir. Ona görə ki, Brejnev baş katib olmazdan əvvəl Ukraynada, Qazaxıstanda, Moldovada işləmişdi və bütün bu respublikalar çalışırdılar ki, Sovet İttifaqının lideri Azərbaycan haqqında dediklərini onlar haqqında da deyə bilsin.

Mən həmin illərdə böyüyüb yaşa dolmuş bir insan kimi, öz respublikamızla necə fəxr etdiyimizi, Azərbaycanın praktiki olaraq hər il yüksək dövlət təltiflərinə - qırmızı bayraqlara, ordenlərə layiq görüldüyü üçün necə qürur duyduğumuzu sözlə ifadə edə bilmirəm. İndi bu sözlər müasir nəsil üçün o qədər də aydın deyil. O vaxt Heydər Əliyevin rəhbərliyi sayəsində Azərbaycan bütün istiqamətlərdə inanılmaz dərəcədə inkişaf etməyə nail olmuşdu. Bu, həm iqtisadiyyata, həm mədəniyyətə, həm ictimai-siyasi həyata, həm elmə, bir sözlə, ölkə həyatının hər sahəsinə aid idi.

Heydər Əliyevin həyatının növbəti mərhələsi artıq Moskvada, Sov.İKP MK Siyasi Bürosunun tərkibində işlədiyi dövrlə bağlıdır. O, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olarkən ümumittifaq miqyaslı nəhəng yükü öz çiyinləri üzərinə götürmüşdü. Müasir gənc nəsil Sovet İttifaqının necə mürəkkəb, böyük, çoxfaktorlu, çoxsəviyyəli, çox ciddi iqtisadiyyata malik olduğunu çətin təsəvvür edə bilər. Heydər Əliyevin idarə etdiyi istiqamətlər dərhal diqqəti cəlb etdi. Hətta belə bir konkret nümunə üzərində deyə bilərəm ki, mən doğma TASS agentliyində işləyirəm və bu gün TASS agentliyinin əsas mənzil-qərargahının Moskvanı bəzəyən müasir binası Heydər Əliyevin dəstəyi ilə tikilib. Bunu ona görə yaxşı bilirəm ki, orada çox hadisələr olub. Ona görə ki, Moskvanın lap mərkəzində yerləşən, xüsusi arxitekturaya malik olan bu bina ilə bağlı çox diskussiyalar olub, o, həmin dövr üçün avanqard idi. Məhz Heydər Əliyevin mövqeyi, bu binanın memarlarını dəstəkləməsi həlledici rol oynadı, sonradan onlar bu barədə dəfələrlə minnətdarlıq hissi ilə danışırdılar. Yeri gəlmişkən, mən əvvəllər o adamların çoxu ilə söhbət etmişəm, təəssüf ki, indi sağ qalanların sayı get-gedə azalır. Onlar Heydər Əliyevin Moskva komandasında bilavasitə işləyiblər, onun müşavirləri, köməkçiləri, aparat işçiləri olublar. Bu insanların Heydər Əliyevin yüksək insani keyfiyyətlərini, onun ən adi əməkdaşlara diqqətini necə minnətdarlıqla xatırladıqlarını bəlkə də təsəvvür edə bilməzsiniz. Digər tərəfdən, onun necə sərt, tələbkar, son dərəcə prinsipial, ən mühüm məsələlərin həllində güzəştsiz bir insan olduğunu Azərbaycanda yaxşı bilirdilər, Moskvada da bildilər.

Onun məşhur komsomolçu gənclər tikintisinə səfərini xatırlamaq istəyirəm. Heydər Əliyevin gəlişi, onun tayqada əsrin tikintisini həyata keçirən, magistral yol çəkən sadə komsomolçu gənclərlə, fəhlələrlə, inşaatçılarla, mühəndislərlə görüşünü xatırlayıram. O görüşün iştirakçıları bunu indiyə qədər böyük bir daxili həyəcanla xatırlayırlar. Ona görə ki, Heydər Əliyev onların həyatına, işinə güclü təkan verdi.

Yaxud başqa bir hadisə - suda batmış gəmi ilə bağlı, sanki unudulmuş faciəli hadisə: iki gəminin toqquşması nəticəsində çoxsaylı insan həlak olmuşdu. O vaxt hadisəni araşdırmalı, zərərçəkmişlərin ailələrinə kömək göstərilmək üçün zəruri tədbirlər görməli olan hökumət komissiyasının rəhbəri məhz Heydər Əliyev idi. Deməliyəm ki, o faciəli günlərdə, ilk növbədə, zərər çəkmiş ailələrə, öz yaxınlarını itirmiş insanlara kömək göstərmək üçün Heydər Əliyevin necə səy göstərdiyini, hadisənin təqsirkarları barədə sərt tədbirlər görüldüyünü insanlar hələ də xatırlayırlar. Bütün bunlar Heydər Əliyevin adı ilə bağlıdır.

Əgər Yuri Vladimiroviç Andropov daha bir il, bəlkə bundan da az yaşasaydı, şübhə etmirəm ki, Heydər Əliyev tezliklə sovet hökumətinin rəhbəri, yəni o dövrdə sovet dövlətində ikinci adam ola bilərdi. Şəxsən mən düşünürəm ki, Andropov həyatdan getməsəydi və hakimiyyətin ali eşelonunda dəyişikliklər baş verməsəydi, bu, hökmən belə olardı. Heydər Əliyevin tutduğu bütün vəzifələrdən ədalətsizliklə çıxarılmasının, ölkənin ali siyasi rəhbərliyindən ədalətsizliklə kənarlaşdırılmasının ölkə üçün necə faciəli, Heydər Əliyevin həyatı üçün necə dramatik dövr olmasını hamı bilir. Lakin təəssüf ki, həmin dövrdə onun zəngin təcrübəsindən, geniş biliklərindən, misilsiz zəkasından, inanılmaz potensialından istifadə edilmədi. Mənim fikrimcə, bu, ölkənin taleyinə şəksiz təsir göstərdi. Mən inanıram və əminəm ki, Heydər Əliyev Siyasi Büronun tərkibində, ölkə rəhbərliyində qalsaydı, bəlkə də Sovet İttifaqı dağılmazdı. O, Dağlıq Qarabağ separatçılarının əl-qol açmasına imkan verməzdi. Bu separatist hərəkat Sovet İttifaqının dağılmasına gətirib çıxardı. Mənim qəti inamım belədir ki, Heydər Əliyev buna əsla yol verməzdi. Ölkənin düşdüyü ağır vəziyyətdə, müharibənin əldən saldığı respublikanın didişdirildiyi, iqtisadi tənəzzülün baş alıb getdiyi dövrdə Azərbaycan xalqının Heydər Əliyevi respublikaya qayıtmağa, sonra isə yeni Azərbaycan Respublikasına başçılıq etməyə çağırdığı dövrü xatırlayaq. Belə bir vaxtda, Azərbaycan xalqı müdriklik göstərərək anladı ki, öz möhtəşəm siyasi istedadı və insani keyfiyyətləri ilə təməlini qoyduğu gələcək ölkənin nicatı məhz Heydər Əliyevlə bağlıdır. Belə də oldu. Heydər Əliyev Azərbaycanın uçuruma yuvarlanmasını dayandırmağa, ölkənin parçalanmasının qarşısını almağa, Prezident kimi fəaliyyəti nəticəsində müstəqil Azərbaycanın təməlini qoymağa nail oldu. Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyev bu işi davam etdirdi. Ona görə də biz Azərbaycanın ümummilli lideri Heydər Əliyevi müasir Azərbaycanın xilaskarı, indiki Prezident İlham Heydər oğlu Əliyevi müasir Azərbaycanın qurucusu adlandırmağa haqlıyıq.

Aparıcı: Mixail Solomonoviç, siz TASS-ın binası barədə danışdınız. Deməliyəm ki, hətta sonra, artıq müstəqil Azərbaycan dövründə Heydər Əliyev Moskvaya gələndə bu binada olur, orada böyük mətbuat konfransları keçirirdi. Xatırladığım qədər siz bu mətbuat konfranslarına moderatorluq etmisiniz. Mən fürsətdən istifadə edərək öyrənmək istərdim, auditoriya onu necə qarşılayırdı, belə ünsiyyətdən sonra jurnalistlərdə hansı təəssüratlar yaranırdı?

Mixail Qusman: Heydər Əliyev istefada olanda mən təsadüfən Estrada teatrına, o vaxt hələ Xalq artisti, hətta Əməkdar artist olmayan, lakin bununla belə çox populyar olan Gennadi Xazanovun yaradıcılıq gecəsinə gəlmişdim. Heydər Əliyev orada, konsertdə sadəcə tamaşaçı qismində idi. Uzun illər onun mühafizə rəisi olmuş, hazırda həyatda olmayan Aleksandr İvanovun idarə etdiyi “Moskviç” markalı avtomobildə gəlmişdi. O, zalda sadə tamaşaçı kimi əyləşmişdi. Konsertə başlamaq üçün səhnəyə çıxan Gennadi Xazanov zalda Heydər Əlirza oğlunu gördü və səhnədən mikrofonla onu salamladı. Bu, qeyri-standart vəziyyət idi, bunu Xazanovdan heç kim xahiş etməmişdi. Digər tərəfdən, o, həmin vaxtda hansısa böyük dövlət liderini deyil, o vaxt təqaüddə olan insanı salamlayırdı. Xazanov Heydər Əliyevi salamlayıb minnətdarlıq etdikdə Estrada teatrının zalını sürəkli, davamlı alqışlar bürüdü. Bu, məni sevindirdi və hətta heyrətləndirdi. Çünki insanlar bunun Azərbaycanda deyil, Moskvada baş verməsinə baxmayaraq, Heydər Əliyevin ölkənin inkişafına verdiyi töhfəni bildikləri üçün ona ehtiramlarını ifadə edirdilər.

Mən fəxr edirəm və çox sevinirəm ki, Heydər Əliyev Prezident kimi ilk rəsmi səfəri zamanı TASS agentliyinə gəlib, böyük mətbuat konfransı keçirib və mən həmin mətbuat konfransını idarə etmək şərəfinə nail olmuşam. Biz Azərbaycanda Heydər Əlirza oğlunun parlaq istedadına, onun hər bir sualı əsaslı və qaneedici cavablandırmaq bacarığına bələd idik. Lakin moskvalı jurnalistlərin, mənim həmkarlarımın heç də hamısı bunu bilmirdi. Onlar Heydər Əliyevin diskussiya aparmaq bacarığına heyran olmuşdular.

Mənim üçün yaddaqalan görüşlərdən biri də Heydər Əliyevin digər səfəri zamanı olub. Bizim TASS agentliyində baş redaktorlar klubu var. Bu görüş nahar masası arxasında, diskussiyaların sərbəstliyi baxımından açıq formatda keçirilir, Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin, iri telekanalların, qəzet, jurnal, radiostansiyaların yalnız rəhbər şəxsləri bir yerə toplaşır. Söhbətin özü “dərc edilmək üçün olmayan” adlanır. Bu, açıq, birbaşa söhbətdir. 20 il keçib, həmin medianəşrlərin indiyədək rəhbəri işləyən həmkarlarım bu görüşü hələ də xatırlayırlar. Həmin görüşdə Heydər Əliyev mənim həmkarlarımı, KİV-lərin rəhbərlərini Azərbaycana gəlməyə dəvət etdi. Bakıya səfər təşkil olundu. Heydər Əliyev bizi qəbul etdi. Bu, Heydər Əliyev tərəfindən aparılan, öz səmimiliyi, müdrikliyi, uzaqgörənliyi ilə valehedici söhbət idi. İnamla deyə bilərəm ki, qabaqcadan verilən bütün göstərişlər addımbaaddım həyata keçirildi, ilk növbədə ona görə ki, Prezident İlham Əliyev bu yolla, bu vəsiyyətlərə sədaqətlə ölkəni irəli aparır.

Aparıcı: Mixail Solomonoviç, mən sizin “Hakimiyyət formulu” verilişinizlə bağlı verdiyiniz müsahibənizə aid belə bir məqama toxunmaq istərdim. Siz özünüzün respondentləriniz olan dövlət başçıları barədə, bu söhbətlərin necə baş tutması barədə danışırdınız. Elə bir məqam vardı ki, siz siyasətçilərin tipajları barədə söhbət açmısınız. Məsələn, deyirdiniz ki, bəzi siyasətçilər hər məsələdə siyasətçi kimi qalmağa çalışırlar. Mən belə hesab etmirəm ki, siyasətə gəlib-gedəsən. Əksinə, hər hansı suala cavab verərkən daim narahat olasan - görəsən, seçici nə fikirləşir? Hətta ən sadə suallarda belə daim fikrində bunu saxlamağa çalışır. Mən bu mənada istərdim ki, siz Heydər Əliyev ilə məhz öz ünsiyyət təcrübənizdən danışasınız. Daha çox yaddaqalan hansı məqamlar olub, sizcə o, hansı siyasətçilərə aid idi?

Mixail Qusman: Heydər Əliyev haqqında qısa kəlmələrlə, kiçik qeydlərlə danışmaq, sadəcə, qeyri-mümkündür. Mən buna tam əminəm, Heydər Əliyev Tanrının bizə bəxş etdiyi siyasi xadim olub. Özü də onun siyasi istedadının miqyası, onun siyasi düşüncələrinin dərinliyi qlobal idi. Elə vəziyyət olur ki, siyasətçi taleyin hökmü ilə onun rəhbərlik etməli olduğu ölkə səviyyəsinə çata bilmir. Olur, ancaq nadir hallarda. Elə hallar da olur ki, siyasətçinin miqyası onun rəhbərlik etdiyi ölkədən də geniş əhatəli olur. Zənnimcə, dahi siyasi xadim Heydər Əliyevin imkanları sizinlə bizim Vətənimiz olan Azərbaycan dövlətindən də böyük idi. O, Sovet İttifaqı kimi böyük və nəhəng ölkənin hökumətinə asanlıqla rəhbərlik edə bilərdi. Sözsüz ki, əgər tale elə gətirsəydi, o, bunun öhdəsindən yaxşı gələrdi. Siyasətçiyə lazım olan ikinci mühüm keyfiyyət strateji, genişmiqyaslı təfəkkürdür. Heydər Əliyev bu keyfiyyətə tam malik idi, o, çox uzaqgörən idi, hətta hələ başlanmayan hadisələrin necə cərəyan edəcəyini, nə ilə nəticələnəcəyini gözəl başa düşürdü. Onun yaddaşı sanki kompüter yaddaşına bərabər idi. Çoxları heyrətlənirdi ki, o, hər şeyi yadda saxlayır. Heydər Əliyev illər əvvəl baş verən hadisələrin detallarını xatırlayırdı. İstər sovet dövrü olsun, istər müasir Azərbaycan dövrü, o, yaşadığı dövrlə nəinki ayaqlaşır, həm də bu dövrə yüksək səviyyədə uyğunlaşırdı. O, həmişə zəmanənin nəbzini tutan siyasətçi idi. O, zamandan nəinki geri qalmırdı, özünün qərarlarında, yanaşmalarında və təşəbbüslərində haradasa zamanı qabaqlayırdı. Bütün bunlar dahi siyasi xadimə xas olan keyfiyyətlərdir.

Heydər Əliyev haqqında çoxlu kitablar, məqalələr yazılıb, lakin şəxsən mən hələ bu insanın şəxsiyyətinin bütün miqyasını layiqincə təsvir və təhlil edən kitab görməmişəm. Deyiləsi düzgün, yaxşı, dəqiq sözlər çoxdur, lakin inanın ki, Heydər Əliyev kimi nəhəng siyasətçinin siyasi irsi, onun siyasi mahiyyəti hələ uzun illər öyrəniləcək, onun siyasi istedadının yeni tərəfləri getdikcə daha da araşdırılacaq və üzə çıxarılacaqdır.

Aparıcı: Mixail Solomonoviç, siz Heydər Əliyevin Moskvada olduğu, lakin artıq hakimiyyətdə olmadığı illəri yada saldınız. Sonra isə onun Azərbaycana qayıtdığı dövrü xatırladınız. Məsələ orasındadır ki, artıq Azərbaycan Respublikasının Prezidenti olanda bir dəfə ona belə bir sual verdilər: Moskvada yüksək vəzifələrdən gedəndə o, siyasətə qayıdacağını güman edirdimi? Onun cavabı belə olmuşdu ki, güman etmirdi. Ona görə yox ki, bunun mümkün olduğuna inanmırdı, ona görə ki, bunu istəmirdi. Mən sizin bununla əlaqədar fikrinizi öyrənmək istərdim. Siz teatr və sair haqqında danışanda onun böyük siyasətə qayıdacağını hiss edirdinizmi? Siz bunu necə təsəvvür edirdiniz?

Mixail Qusman: O illərin sovet siyasətinin qaydalarına görə istefaya göndərilənlər demək olar ki, heç vaxt böyük siyasətə qayıtmırdılar. Həmin ölkədə o dövrün siyasi sistemi belə işləyirdi. Əlbəttə, Sovet İttifaqının dağılması nəticəsində baş verənlər və Azərbaycanın müstəqilliyini bərpa etməsi Heydər Əliyevin qayıdışını əvvəlcədən müəyyən etdi. Mən bu kontekstdə hesab edirəm ki, qayıdış labüd idi. Çünki gec-tez xalq başa düşəcəkdi, hiss edəcəkdi və istənilən halda Heydər Əliyevə müraciət edəcəkdi və istənilən halda onu ölkəyə qayıtmağa və ona rəhbərlik etməyə çağıracaqdı.

Mən Heydər Əliyevdən müsahibə almaq şərəfinə nail olmuşam. Bu, uzaq 2001-ci il idi. Mən öz “Hakimiyyət formulu” proqramıma müsahibə üçün ondan yarım saat vaxt istəmişdim. Həmin proqram təzə ekrana çıxırdı. Onun formatı 26 dəqiqə olmaqla dəyişməz idi və indi də elə qalır. Mən ondan söhbət üçün yarım saat vaxt ayırmağı xahiş etdim. Onda mən Moskvadan Bakıya gəlmişdim. Təsəvvür edirsiniz, bu, mənim üçün nə demək idi? Mən Heydər Əliyev respublikaya rəhbərlik edəndə komsomolçu olaraq Bakıda böyümüşdüm. Mən inanılmaz dərəcədə həyəcanlı idim, hazırlaşırdım və burada qeyri-adi bir şey baş verdi. Bilmirəm, həmin gün Heydər Əliyevin qəlbində nə baş verdi, bizim söhbətimiz bu baxımdan ona necə təsir etdi, lakin biz iki saatdan çox söhbət etdik. O, hətta müsahibənin ortasında dayandı. Bütün bunları kamera çəkirdi. Dedi ki, məndən yarım saat istəmişdilər, biz isə artıq səninlə iki saatdır ki, danışırıq. Söhbət yenidən davam etdi. Bu, etiraf dolu analitik söhbət idi. O, həmin vaxta qədər deyilməyən bir çox epizodları yada saldı. Birinci dəfə ona respublikaya rəhbərlik etmək perspektivlərinin olduğunu təklif edəndə və ya buna eyham vurulanda o, bundan imtina etmişdi. Bu söhbət Andropovun kabinetində olmuşdu. Heydər Əliyev dövlətdə öz siyasi fəaliyyətini həmin vaxt olduğu istiqamətdə davam etdirməyə hazırlaşırdı. O vaxt o, Azərbaycanın Dövlət Təhlükəsizliyi Komitəsinə rəhbərlik edirdi. Mən, bəlkə də təkcə mən yox, başqaları da yəqin ona görə son dərəcə təəssüf edir ki, Heydər Əliyev özündən sonra memuar qoymamışdır. Bəlkə də onun gündəlik yazmaq üçün sadəcə vaxtı və ya istəyi olmayıb. Həmin gündəliklər nəticədə memuarlara çevrilə bilərdi, artıq tam kitab yazmaq üçün isə sadəcə olaraq vaxt yox idi. Çünki ağır xəstəlik keçirənə qədər o, olduqca çox işləyirdi, kitab üzərində iş isə çox vaxt tələb edirdi. Belə kitaba bütün dünyada siyasətçinin ən populyar memuarları kimi tələbat olardı.

Aparıcı: Mixail Solomonoviç, sonuncu sualım. Siz bu sualı bir qədər qabaqladınız. O, məhz sizin aldığınız həmin müsahibə haqqındadır. Onun barəsində danışarkən siz bir dəfə demişdiniz, müsahibə zamanı Heydər Əliyev belə bir cümlə işlətmişdi ki, mənim Azərbaycan üçün etdiklərim məndən sonra da qiymətləndiriləcək. Bilirsiniz, belə şəxsiyyətlər haqqında və belə zaman kəsiyində danışmaq bizə hadisələrə daha geniş baxmağa imkan verir. Bu sözlər sizə deyilən vaxt onları necə qəbul etdiniz və indi necə düşünürsünüz? Siz o cümləni necə başa düşürsünüz?

Mixail Qusman: Heydər Əliyev elə bir şəxsiyyət idi ki, nəhəng siyasətçi və dövlət xadimi olmaqla gördüyü işlərin miqyasını aydın şəkildə başa düşürdü. Məgər mərkəzdən, Moskvadan Azərbaycana gələn dövlət mükafatları həmin dövrdə böyük Sovet İttifaqının ali rəhbərliyinin Heydər Əliyevin fəaliyyətinə verdiyi qiymətin ən yaxşı sübutları deyilmi? O, respublikanın əldə etdiyi bu böyük qələbədə iştirakının miqyasını başa düşürdü. O, gözəl başa düşürdü ki, öz Vətəninin, öz ölkəsinin, Azərbaycanın tarixini yaradır. O yaxşı anlayırdı ki, yeni tikilən bina və ya böyük neft layihəsi, yaxud da digər sahələrlə əlaqədar işlər olmasından asılı olmayaraq onun gördüyü işlər yeni Azərbaycanın təməl daşları, bünövrəsi idi. Bu bünövrə üzərində yeni ölkənin yeni binaları inşa olunacaqdı, lakin bu bünövrə olmadan Azərbaycan da olmazdı. O, çox gözəl başa düşürdü ki, onun fəaliyyəti gələcəkdə də minnətdarlıqla anılacaq. O, “gördüyüm işləri mən dünyadan köçəndən sonra da xatırlayacaqlar” sözlərini fəxrlə deyə bilərdi, çünki o, başa düşürdü ki, məhz onun müasir Azərbaycan dövlətinin Prezidenti kimi fəaliyyəti sayəsində Azərbaycan ərsəyə gəldi.

Aparıcı: Şübhəsiz. Mixail Solomonoviç, bu xatirələrə, Ümummilli Lider haqqında fikirlərinizə görə sizə dərin təşəkkürümüzü bildiririk. Çox sağ olun ki, vaxt tapıb bizim efirimizə qoşularaq suallarımıza cavab verdiniz. Təşəkkür edirik.

Mixail Qusman: Sağ olun.

Mixail Qusmanın ümummilli lider Heydər Əliyev haqqında nadir xatirələri VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ukrayna Prezidentinə qarşı növbəti sui-qəsd cəhdinin qarşısı alınıb

KDÇ: PSJ 1/8 finalda, “Atletiko Madrid” qrupda qalıb

Ərəb Dövlətləri Liqası İranın Qətərdə yerləşən hərbi bazaya hücumunu pisləyib

Qətər İranın hücumuna beynəlxalq hüquqa uyğun şəkildə birbaşa cavab vermək haqqını özündə saxlayır

Sumqayıt şəhərindən nümayəndə heyəti Avstriyanın Lints şəhərindədir

Fars körfəzi üzərində hava məkanının bağlanması nəticəsində Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişib

Beynəlxalq Muğam Mərkəzində IV Bakı Piano Festivalı çərçivəsində növbəti konsert keçirilib

Bakı-Dammam marşrutu üzrə aviareysi yerinə yetirən təyyarə Bakı hava limanına geri qayıdıb

Ankarada AFAD Türkiyə əməkdaşları Azərbaycan FHN adından mükafatlandırılıb

Azərbaycanın FIFA referisi Avropa çempionatının yarımfinal oyununa təyinat alıb

İranın ABŞ aviabazasına endirdiyi zərbədə heç bir itki qeydə alınmayıb

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının üzvləri sanatoriya göndərişlərini elektron qaydada ala bilərlər

NYT: İran Qətərə ABŞ aviabazasına planlaşdırılan hücumla bağlı əvvəlcədən xəbərdarlıq edib

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası ilk Həmkarlar İttifaqı üzvləri ilə görüş keçirib

ABŞ-ın Bəhreyn, Küveyt və Qətərdəki bazaları həyəcan vəziyyətindədir

“İpək Yolundan Stavernə” - Nerdrum Muzeyində Azərbaycan Mədəniyyət Günləri qeyd olunub

İRİB: İran Qətərdə ABŞ-ın Əl-Udeyd bazasına qarşı əməliyyata başlayıb

Müharibə dövründə Azərbaycanın cəbhə xəttindən uzaq şəhərlərinin bombalanması əmrinin Ermənistanın siyasi-hərbi rəhbərliyi tərəfindən verilməsi məhkəmədə bir daha təsdiqlənib

MEDİA könüllüləri üçün növbəti peşəkar inkişaf təlimi keçirilib

Qərbi Azərbaycan İcması Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatını qınayıb

Meksikalı diplomatlar İrandan Azərbaycana təxliyə edilib

XİN: Ermənistanın tarixi faktları saxtalaşdırmaq cəhdi onun sülh prosesinə xələl gətirmək səylərinin daha bir nümunəsidir

Azərbaycanın vaxtilə Ermənistanın işğalı altında olan ərazilərində qanunsuz məskunlaşma aparılmasını Arayik Harutyunyan da təsdiqləyib

“Yaşayan Əfsanə” tituluna sahib Böyük Usta Samuel Kvoku ilə görüş

® “Richmond Properties” Bakıda keçirdiyi təqdimatı böyük regional rəğbətlə yekunlaşdırdı

Gənclər Fondu qrant müsabiqəsi elan edir

ADSEA əməkdaşları Azərbaycanı Sinqapurda keçirilən beynəlxalq sammitdə təmsil edirlər

AQTA və Çinin Baş Gömrük Administrasiyasının nümayəndələri arasında görüş keçirilib

Gürcü iqtisadçı: Orta Dəhliz Avropa üçün yeganə real və etibarlı alternativə çevrilib - MÜSAHİBƏ

COP29 Sədrliyi London İqlim Həftəsində iştirak edir

Serbiya silah-sursat ixracını dayandırıb

İtaliya İrandakı səfirliyini Omana köçürə bilər

Saatlıda bostan məhsullarının bir qismi xarici bazarlara satılır VİDEO

Saatlıda bostan məhsullarının bir qismi xarici bazarlara satılır VİDEO

Kolumbiya mətbuatı: Azərbaycan - qlobal diqqətin yeni mərkəzi

İKT sahəsində qadın liderlərlə interaktiv görüş

Məktəb psixoloqu vəzifəsinə işə qəbul müsahibəsinin nəticələri ilə bağlı Apellyasiya komissiyası fəaliyyətə başlayır

“2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması ilə bağlı iclas keçirilib

BDU-nun 10 tələbəsi “Gənc qızların təhsilinə dəstək” layihəsindən məzun oldu

Çindən gələn elektromobillərin sayı azalıb VİDEO

Çindən gələn elektromobillərin sayı azalıb VİDEO

Şəmkirdə növbəti hüquqi yardım aksiyası keçirilib

"Liverpul" macarıstanlı futbolçu ilə anlaşıb

İqtisadiyyat nazirinin müavini Zaqatalada vətəndaşlarla görüşüb

Gürcüstanda müxalif koalisiyanın üç üzvü həbs olunub

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

Kənd təsərrüfatı naziri Qırğızıstanda heyvandarlıq və balıqçılıq təsərrüfatları ilə tanış olub

NATO-nun Haaqa sammitinin gündəmində müdafiə xərclərinin artırılması, Ukrayna və İran məsələləri var

Səbail rayonunda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən iki nəfər saxlanılıb

Qazaxıstan İrandan və İsraildən 296 vətəndaşını təxliyə edib

Türkiyə turizm reytinqində dünyanın ilk dörd ölkəsi siyahısına daxil oldu

Meyvə və tərəvəz ixracı ilə məşğul olan sahibkarlara xəbərdarlıq edilib

Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları ilə görüş keçirilib

Azərbaycan boksçuları Qazaxıstanda keçiriləcək Dünya Kubokunda iştirak edəcəklər

Baş Prokurorluqda Dövlət Qulluqçularının Peşə Bayramı qeyd olunub

Maliyyə Nazirliyində dövlət qulluğuna qəbul olunan əməkdaşların andiçmə mərasimi keçirilib

Sabahdan magistraturanın jurnalistika üzrə ixtisaslaşmalarına qabiliyyət imtahanı başlanır

Türkiyə təhsil sistemində süni intellekt tətbiqini genişləndirməyi planlaşdırır

SHXÇDX-nin şöbə rəisi: Xəbərdar edilmiş vətəndaş vaxtında qeydiyyatda olduğu struktur bölməmizə yaxınlaşmasına görə məsuliyyət daşıyır

Rusiya Prezidenti İranın xarici işlər nazirini qəbul edib

Qazaxıstan XİN vətəndaşları Yaxın Şərqə səfər etməzdən əvvəl riskləri nəzərə almağa çağırıb

Miniatür emalatxanası – detallardan hərəkət edən prototiplərə qədər ... Azərbaycan Modelçilər Klubundan REPORTAJ

“Internews Pakistan” Laçın Zirvəsinin əhəmiyyəti fonunda Azərbaycan-Pakistan münasibətlərindən yazıb

UFC əfsanəsi Bakıya heyran qaldı: İnanılmaz bir yerdir VİDEO

UFC əfsanəsi Bakıya heyran qaldı: İnanılmaz bir yerdir VİDEO

TKTA tərəfindən BDU-da ali təhsil müəssisələri üçün “Keyfiyyətə doğru addım: akkreditasiya prosesinə hazırlıq” seminarı keçirilib YENİLƏNİB  VİDEO

TKTA tərəfindən BDU-da ali təhsil müəssisələri üçün “Keyfiyyətə doğru addım: akkreditasiya prosesinə hazırlıq” seminarı keçirilib YENİLƏNİB VİDEO

Folklor İnstitutunda müasir elmi yanaşmalar əsasında milli kulinariya ənənələri araşdırılacaq

Media: ABŞ İsrailin münaqişəyə son qoymaq niyyətini İrana çatdırıb

Naxçıvanda Dövlət Proqramı çərçivəsində səhiyyə sahəsində bir sıra önəmli layihələr icra olunub

Ekspert: “Bakıdan Belemə Yol Xəritəsi” ədalətli keçid və effektiv maliyyələşmə üzərində qurulmalıdır

Tanınmış futbolçu karyerasını başa vurub

Beynəlxalq Olimpiya Komitəsinin fəxri prezidenti qızıl medalla təltif olunub

İƏT çərçivəsində ilk dəfə Qərbi Azərbaycanla bağlı qətnamə qəbul edildi VİDEO

İƏT çərçivəsində ilk dəfə Qərbi Azərbaycanla bağlı qətnamə qəbul edildi VİDEO

“Gənc qızların təhsilinə dəstək” layihəsi iştirakçılarının məzun günü təşkil olunub

İqor Qrosu: Azərbaycanın Moldovada çox aktiv diasporu var VİDEO

İqor Qrosu: Azərbaycanın Moldovada çox aktiv diasporu var VİDEO

Dövlət Xidməti: Kiberməkanda genişmiqyaslı məlumat sızması baş verib

Tural Əhmədov: Bu il məktəbəqədər təhsil sahəsində kadr hazırlayan ali məktəblərdə qiymətləndirmələr keçirmişik

AMEA-da akademik Ziyad Səmədzadənin 85 illiyi qeyd olunub

“AzerGold”un sikkələri Honkonq Beynəlxalq Numizmatika Sərgisində təqdim olunub

MMA üzrə mütəxəssis Azərbaycan idmançılarının Bakıdakı UFC turnirində çıxışını dəyərləndirib

BDU-nun rektoru: Ali təhsil müəssisələri arasında rəqabət obyektiv nəticələr əsasında aparılmalıdır

“Qal, sənə qurban” mahnısının erməniəsilli müğənni tərəfindən mənimsənilməsi aradan qaldırılıb

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2025-ci ilin iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Azərbaycan gimnastı İspaniyada bürünc medal qazanıb

Azərbaycanın 4 boksçusu Gürcüstandakı turnirdə iştirak edəcək

İTSDA: Qızılcanın diaqnostikası və stasionar müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir

Bakıda beynəlxalq ekspertlər konfransı keçirilir

Rusiyada təhsillərini bitirən hərbi qulluqçularımıza diplomlar təqdim edilib

ƏƏSMN-də dövlət qulluğuna yeni qəbul olunan əməkdaşların andiçmə mərasimi keçirilib

Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsi hər bir türkün qəlbində iftixar və qürur hissi doğurur ŞƏRH

Bakıda keçirilən döyüş gecəsi UFC turnirinin tarixinə düşüb

A Seriyasına yüksələn klub Mario Balotellini istəyir

Beynəlxalq şirkətlə Azərbaycana investisiya qoyuluşunun artırılmasını nəzərdə tutan müqavilə imzalanıb

525 nömrəli marşrutda istismar olunan avtobusların yenilənməsinə başlanılıb

Macarıstanda hökumətin səylərinə rəğmən doğum səviyyəsi azalır

Azərbaycan dilindən imtahan verəcək abituriyentlərin və şagirdlərin nəzərinə

“Turan Tovuz” “Benfika”nın yetirməsini transfer edib

İri neft tankerləri Hörmüz boğazından yan keçmək üçün marşrutu dəyişir

ABŞ-ın İrana zərbələrinin ardından Aİ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir

BDU və KOBİA-nın əməkdaşlığı çərçivəsində universitetdə EkoEnerji Məntəqəsi açılıb

AzMİU ilə Konya Texniki Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

Çin Azərbaycana təşəkkür edib VİDEO

Çin Azərbaycana təşəkkür edib VİDEO

Seyid Cəfər Ağayi: İran xalqının həmrəyliyi daha da güclənib VİDEO

Seyid Cəfər Ağayi: İran xalqının həmrəyliyi daha da güclənib VİDEO