QAN YADDAŞI
1990-CI İL YANVARIN 20-DƏ XALQIMIZA QARŞI DƏHŞƏTLİ CİNAYƏTLƏR TÖRƏDİLMİŞDİR
Bakı, 18 yanvar (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) 20 Yanvar faciəsinin ildönümü ilə bağlı mərasim keçirilmiş, şəhidlərin xatirəsi yad olunmuşdur.
DİA-dan bildirmişlər ki, rektor, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov qanlı 20 Yanvarda xalqımıza qarşı dəhşətli cinayətlər törədildiyini diqqətə çatdırmışdır.
20 Yanvar faciəsinə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə siyasi-hüquqi qiymət verildiyini xatırladan rektor, ölkəmizin müstəqilliyi yolunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin daim əziz tutulacağını vurğulamışdır.
Digər çıxış edənlər də Qara Yanvar hadisəsinin mahiyyətindən danışmışlar.
Sonra şəhidlərin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya göstərilmişdir.