2013-ü ilin iyun ayında Yer kürəsində istilik rekord həddə çatmışdır
Bakı, 22 iyul (AZƏRTAC). Amerika alimləri qlobal istiləşməyə şübhə ilə yanaşanların nəzərinə çatdırırlar ki, 2013-cü ilin iyun ayı müşahidələr tarixində bütün planet üçün ən isti ay olmuşdur. Bütün qitələrdə orta temperatur 16,14 dərəcə təşkil etmişdir ki, bu da əvvəlki rekorddan 0,64 dərəcə yüksəkdir.
Böyük Britaniyada 760 nəfər istidən həlak olmuşdur. Ölənlərin əksəriyyəti yaşlı insanlardır.
Artıq ölkədə həftənin çox hissəsində temperatur +35 dərəcə olur. Yaxın günlərdə havanın sərinləşəcəyi isə gözlənilmir.
Hazırda İspaniya və Fransada hava həddindən artıq istidir. Bir neçə rayonda təhlükə ilə bağlı xəbərdarlıq elan edilmişdir.
Atlantik okeanının o tayında da eyni vəziyyət hökm sürür. ABŞ-ın şərq sahillərinin əhalisi də istidən əziyyət çəkir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]