Azərbaycan Dövlət İnformasiya Agentliyi

2018-ci il Azərbaycan Velosiped İdmanı Federasiyası üçün kifayət qədər məhsuldar olub

Bakı, 28 dekabr, AZƏRTAC

Başa çatmaqda olan 2018-ci il Azərbaycan Velosiped İdmanı Federasiyası üçün kifayət qədər məhsuldar olub. Federasiya tərəfindən təşkil edilən maarifləndirici tədbirlər və layihələr təkcə yeniyetmə və gənclərdə deyil, eyni zamanda, daha yuxarı yaş qrupuna aid insanlar arasında da velosipedə marağı xeyli artırıb.

AZƏRTAC xəbər verir ki, dekabrın 28-də ilin yekunlarına həsr olunan tədbirdə federasiyanın birinci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyi Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov görülən işlər barədə məlumat verib. Vitse-prezident qeyd edib ki, ötən il Samir Cəbrayılov, Kiril Pozdnyakov, Sergey Omelçenko, Musa Mikayılzadə, Yelena Pavluxina, Kərim Şirəliyev və Viktoriya Sidorenko kimi idmançılarımız bir sıra nüfuzlu beynəlxalq yarışlarda uğurlu nəticələr əldə ediblər. Ölkəmizdə baş tutan idman yarışlarında, xüsusən də iyunda Bakıda təşkil olunan BMX üzrə dünya çempionatının keçirilməsində Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin dəstəyini hər zaman hiss etdiklərini xüsusi vurğulayan federasiya rəsmisi bu işlərdə əməyi olanlara minnətdarlığını bildirib.

Daha sonra AzVİF-in baş katibi, Beynəlxalq Velosipedçilər İttifaqının Yaxın Şərq və Asiya ölkələri üzrə texniki nümayəndəsi Fərhad Əliyev başa çatmaqda olan il ərzində idmançılarımızın beynəlxalq yarışlarda əldə etdiyi nəticələr barədə məlumat verib.

O vurğulayıb ki, 2018-ci ilin əsas idman hadisəsi iyunda ölkəmizin velosiped idmanının BMX növü üzrə (Olimpiya idman növü) dünya çempionatına ev sahibliyi etməsi olub. Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa diqqət və qayğısı ilə bu yarış ən yüksək səviyyədə baş tutub. Planetin müxtəlif ölkələrindən 1500-dən artıq idmançının iştirak etdiyi dünya çempionatının təşkilatçılıq səviyyəsi Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) tərəfindən olduqca yüksək qiymətləndirilib. Yarış 50-dən çox ölkədə canlı yayımlanıb. Turniri izləmək üçün ölkəmizə gələn UCI prezidenti David Lappartien Prezident İlham Əliyev ilə görüşündə ölkəmizdə bütün beynəlxalq idman tədbirlərinin uğurla keçirilməsindən, BMX üzrə dünya çempionatının da ən yüksək standartlar səviyyəsində təşkil olunmasından məmnunluğunu ifadə edib və bütün bunlara görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Qeyd olunub ki, 2018-ci ildə Azərbaycanın şose velosipedi üzrə yeniyetmə və gənclərdən ibarət yığma komandalarının üzvləri dünya və Avropa çempionatları ilə yanaşı, bir sıra beynəlxalq turnirlərdə də iştirak ediblər. Mayda Türkiyənin Ordu şəhərində təşkil olunmuş açıq çempionatda yeniyetmə qızların kriterium yarışında idmançımız Viktoriya Sidorenko fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Heyəti Nəcəf Bağırov, Xankişi İsgəndərov, Qadir Mustafayev, Şahin Eyvazov, Əli Qurbanov və Mahmud Məmmədovdan ibarət olan gənclər yığmamız isə qrup və kriterium ötüşmələrinin yekununda komanda hesabında bürünc medala layiq görülüblər. İyulda qardaş ölkənin Kastamonu şəhərində keçirilən beynəlxalq turnir də idmançılarımızın uğurlu çıxışı ilə yadda qalıb. Yarışın gənclər kateqoriyasında fəxri kürsün hər üç pilləsində Azərbaycan velosipedçiləri qərarlaşıblar. Yüz kilometrlik marşrutu Mahmud Məmmədov hamıdan tez qət edərək finiş xəttini birinci keçib. Yığmamızın digər üzvləri İvan Orlov və Xankişi İsgəndərov isə müvafiq olaraq, 2-3-cü yerləri tutublar. Yığmamız komanda hesabında da qalib olub.

Bildirilib ki, heyətində elit və U-23 yığma komandalarımızın üzvlərinin yer aldığı “Synergy Baku Cycling Project” kontinental komandasının üzvləri də il ərzində beynəlxalq turnirlərdə uğurla çıxış ediblər. Kiril Pozdnyakov Türkiyədə Alanya Qran-Prisinin, Mersin turunun 1-ci mərhələsinin, Rusiyada “Moskvanın 5 halqası” yarışının 4-cü mərhələsinin, Belçikada “Dentergem” yarışının qalibi olub. Digər nüfuzlu yarışlarda Samir Cəbrayılov, eləcə də Kiril Pozdnyakov mükafata layiq yerlər tutublar. Martda Türkiyədə keçirilən Side Qran-Prisində “Synergy Baku” komanda hesabında birinci yerdə qərarlaşıb. Dekabrın əvvəllərində Portuqaliyada keçirilən trek velosipedi üzrə ənənəvi “Prova Internacional Municipo de Anadia” turnirində yığma komandamızın üzvü Sergey Omelçenko uğurlu nəticə ilə yadda qalıb. Beynəlxalq Velosipedçilər İttifaqının birinci kateqoriyalı yarışında təmsilçimiz keyrin növündə bürünc medala layiq görülüb və 2020-ci ildə keçiriləcək Tokio Olimpiadasına lisenziya almaq üçün öz hesabına 160 xal yazdırıb. Azərbaycan Velosiped İdmanı Federasiyası və Beynəlxalq Velosipedçilər İttifaqı arasında şose velosipedi üzrə U-23 yığma komandamızın üzvləri Musa Mikayılzadə və Kərim Şirəliyevin İsveçrədəki Dünya Velosiped Mərkəzində altı aylıq təcrübə keçməsi barədə razılıq əldə olunub. İdmançılarımız 2019-cu ilin yanvarından iyulunadək burada hazırlıq proseslərində iştirak edəcək və Dünya Velosiped Mərkəzinin yeni formalaşdırılmış komandasının heyətində yarışlarda iştirak etməklə ustalıqlarını artıracaqlar.

Qeyd edilib ki, ilin son günlərində Azərbaycan Velosiped İdmanı Federasiyası BMX velosipedi üzrə dünya çempionatının yüksək təşkilatçılığına görə təltif olunub. Gənclər və İdman Nazirliyinin ilin ən yaxşılarının adlarını açıqladığı tədbirdə federasiya “İdman yarışlarının yüksək səviyyədə təşkili və keçirilməsinə görə” xüsusi mükafata layiq görülüb.

Daha sonra AzVİF-in birinci vitse-prezidenti Sahib Ələkbərov əldə olunmuş uğurlarla yanaşı, mövcud olan bəzi çatışmazlıqları da tədbir iştirakçılarının diqqətinə çatdırıb. İdmanda dopinqə qarşı mübarizənin daha da gücləndirilməsinin vacibliyindən danışan S.Ələkbərov uğurlu nəticələrin təmiz mübarizə şəraitində qazanılması üçün Azərbaycan Milli Antidopinq Agentliyi ilə sıx əməkdaşlıq edildiyini, dopinqdən istifadənin ümumiyyətlə, xüsusən də yeniyetmələr arasında yolverilməz olduğunu, bu sahədə ciddi məlumatlandırma və maarifləndirmə tədbirləri aparmalı olan məşqçilər korpusunun üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. O qeyd edib ki, hazırda federasiyanın qarşısında duran əsas məqsəd Respublika Velotreki və BMX Veloparkı kimi mövcud idman qurğularından daha səmərəli istifadə etmək, yeniyetmə və gəncləri diqqət mərkəzində saxlamaqla onların inkişafına nail olmaq, klub və cəmiyyətlərin fəaliyyətini daha da gücləndirməkdir. Bu istiqamətdə Respublika Olimpiya Velosiped Məktəbinin fəaliyyəti müsbət nümunə kimi göstərilib.

2019-cu il üçün əsas prioritet istiqamətlərdən birinin “Tokio-2020”yə lisenziya xallarının toplanması olacağını diqqətə çatdıran S.Ələkbərov artıq həm şose, həm də trek velosipedində dördilliyin zirvə yarışına lisenziya xalları verən yarışlar silsiləsinin start götürdüyünü və prosesin ilin sonunadək davam edəcəyini, bir neçə velosipedçimizin şanslarının yüksək olduğunu bildirib.

Tədbirin sonunda il ərzində fərqlənmiş idmançılardan Ayan Xankişiyeva, Nəcəf Bağırov, Nikita Sitov, Viktoriya Sidorenko və Sergey Omelçenko, məşqçilərdən Əbülfəz Məmmədov, Aleksey Qorikov və digərləri, həmçinin AzVİF ilə yaxından əməkdaşlıq edən qurumların nümayəndələrinə federasiyanın mükafatları təqdim edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

Cəbrayılda mina partlayıb, 1 nəfər xəsarət alıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb

“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr

Azərbaycanda 150 kilovatdan yuxarı bərpaolunan enerji layihələrinin inkişafı üçün yeni layihəyə start verilib

Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb

Azərbaycan Kubokunda daha üç oyun keçirilib

Aygün Attar: Azərbaycan beynəlxalq münasibətlərdə təşəbbüskar aktor kimi mövqeyini gücləndirir

BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub

“AzerGold”un rəhbəri “Yüksəliş”in qalibi ilə fəaliyyətin səmərəli planlaşdırılmasına dair təcrübəsini bölüşüb

Mərakeşdə Fəs Sufi Mədəniyyəti Festivalı təşkil olunacaq

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişlənir - ŞƏRH

Azərbaycan-Mərkəzi Asiya münasibətlərində keyfiyyətcə yeni mərhələ formalaşır - ŞƏRH

Azərbaycan və Gürcüstan iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini nəzərdən keçirib

Səyyar ASAN xidmət İsmayıllıda

Dövlət müəssisələrinin rəqəmsal monitorinqi” altsistemində 1113 müəssisə qeydiyyatdan keçib

MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər

Dövlət İdarəçilik Akademiyasında yeni dərslik təqdim edilib: “Davamlı inkişaf siyasəti” VİDEO

Dövlət İdarəçilik Akademiyasında yeni dərslik təqdim edilib: “Davamlı inkişaf siyasəti” VİDEO

Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib, 23 motoxuliqan saxlanılıb VİDEO

Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib, 23 motoxuliqan saxlanılıb VİDEO

Rumıniyalı səyyah: Şuşa qalasında olduq və bizə Qarabağın simvolu olan Xarıbülbül barədə məlumat verildi VİDEO

Rumıniyalı səyyah: Şuşa qalasında olduq və bizə Qarabağın simvolu olan Xarıbülbül barədə məlumat verildi VİDEO

Azərbaycanlı alim Özbəkistanda beynəlxalq konfransda məruzə edib

Fransada lisey şagirdinin şikayəti əsasında “qətlə cəhd” ittihamı üzrə araşdırma başlanıb

Ekspert: Bakının təşəbbüskar diplomatiyaya keçidi kifayət qədər ciddi strateji dəyişiklikdir

ABŞ-dən olan səyyah: Şuşa çox gözəl şəhərdir VİDEO

ABŞ-dən olan səyyah: Şuşa çox gözəl şəhərdir VİDEO

Azərbaycan və Ermənistan nümayəndələri TRIPP layihəsi çərçivəsində elektrik xətləri ilə bağlı məsələləri müzakirə ediblər

Orta Dəhlizin inkişafı Mərkəzi Asiya ölkələrinin Avropa ilə iqtisadi əlaqələrini genişləndirir - ŞƏRH

Ekspert: Azərbaycan və Mərkəzi Asiya arasında əməkdaşlıq vahid regional platformaya çevrilir

Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb