Azərbaycan Dövlət İnformasiya Agentliyi

2019-cu ilin əsas hadisələri

2019-cu ilin əsas hadisələri

2019-cu il ölkəmiz üçün bir çox əlamətdar hadisələrlə yadda qalıb. AZƏRTAC siyasi, sosial-iqtisadi, mədəni, idman və digər sahələrdə ilin əsas hadisələrinin icmalını təqdim edir. 

2019-cu il Azərbaycanda “Nəsimi ili” elan olundu

11 yanvar.Prezident İlham Əliyev  2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi haqqında Sərəncam imzaladı.

Görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar müvafiq tədbirlər planı hazırlandı, il ərzində ölkəmizdə və xaricdə silsilə tədbirlər keçirildi.

Azərbaycanda bir gündə 650 mindən çox ağac əkildi

6 dekabr. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkəmizdə bir gündə  650 min ağac əkildi.

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Nəsiminin vətəni Şamaxı rayonunda ağacəkmə aksiyasında iştirak etdilər.

TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirildi

30 noyabr. Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə TANAP qaz kəmərinin Avropa ilə birləşən  hissəsi açıldı.

Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” qaz-kondensat yatağından çıxarılan qazı avropalı istehlakçılara çatdıracaq. Azərbaycan qazını Türkiyəyə və Avropaya çatdıran TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşib. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca uzanan hissəsi isə 480 kilometrdir.

“Enerjinin İpək yolu” adlandırılan TANAP-ın birinci fazası 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində istifadəyə verilib. Türkiyəyə ilk qaz nəqli həmin il iyunun 30-da başlayıb.

Qoşulmama Hərəkatına sədrlik Azərbaycana keçdi

25-26 oktyabr. Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII  Zirvə Görüşü keçirildi.

Zirvə Görüşündə Qoşulmama Hərəkatına 2019-2022-ci illər üzrə sədrlik Azərbaycana keçdi.

XVIII Zirvə Görüşündə 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın rəhbər və nümayəndələri iştirak ediblər.

Sosial sahədə inqilabi addımlar atıldı

Prezident İlham Əliyevin sərəncamları ilə minimum əməkhaqqı 2 dəfəyə yaxın artırılaraq 130 manatdan 250 manata, minimum pensiya 72,4 faiz artırılaraq 116 manatdan 200 manata çatdırıldı. Həmçinin sosial müavinətlər və təqaüdlər orta hesabla 100 faiz artırıldı, I dərəcə əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara quluq edənlərə, müharibə veteranlarına Prezidentin aylıq təqaüdü təsis edildi, 800 min insanın problemli kreditlərinin həllinə nail olundu. Ümumilikdə, iki sosial paket 4,2 milyon nəfəri əhatə etdi.

Azərbaycan əhalisinin sayı 10 milyon nəfərə çatdı

6 aprel. Azərbaycan Respublikasının əhalisinin sayı 10 milyon nəfərə çatdı.

Aprelin 6-da saat 03:30-da Bakı şəhərində məcburi köçkünlər Rauf Həsənovun və Nigar Ocaqovanın ailəsində ölkənin 10 milyonuncu sakini dünyaya gəldi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu münasibətlə xalqımızı, yeni doğulmuş körpənin valideynlərini təbrik etdilər.

Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisi buraxıldı

 

5 dekabr. Prezident İlham Əliyev beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və parlamentə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzaladı. Dövlətimizin başçısı Milli Məclisə növbədənkənar seçkiləri 2020-ci il fevralın 9-na təyin etdi. 

Beşinci çağırış Milli Məclisin buraxılması təşəbbüsü qanunverici orqanın fəaliyyətinin səmərəliliyinin artırılması məqsədi daşıyır.

Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirildi

23 dekabr. Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkiləri keçirildi.

Seçkilərdə 1606 bələdiyyə üzrə 15 min 156 bələdiyyə üzvü yerinə 42 minə yaxın iddiaçı iştirak etdi.

 Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçirildi

30 iyun. Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimi keçirildi. Açılış mərasimində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva və UNESKO-nun Baş direktoru Odre Azule çıxış etdilər.

Bakı sessiyasında dünyanın 180-dən artıq ölkəsindən 2500-dən çox nümayəndə iştirak edirdi. Sessiyada 29 nominasiya UNESKO-nun Dünya İrsi Siyahısına daxil edildi. Bununla da Dünya İrs Siyahısında qorunan mədəni irs nümunələrinin sayı 1121-ə çatdı.

Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESKO-nun Dünya İrs Siyahısına salındı

7 iyul. UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının qərarına əsasən Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyası UNESKO-nun Ümumdünya İrs Siyahısına  daxil edildi.

Bundan əvvəl UNESKO-nun Ümumdünya İrs Siyahısına “İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi”, “Qobustan Qaya Sənəti Mədəni Landşaftı”, Qeyri-Maddi Mədəni İrs Siyahısına isə xalqımızın qeyri-maddi mədəni irsinin 13 nümunəsi daxil olunmuşdu.

Dünya dini liderlərinin II Bakı Sammiti keçirildi

14-15 noyabr. Bakıda Dünya dini liderlərinin II Sammiti keçirildi.

Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində keçirilən sammitdə 70-dən çox dövlətin, 25 ənənəvi din və dini təriqətin lider və təmsilçiləri, həmçinin 10-dək nüfuzlu beynəlxalq təşkilatın 500-ə yaxın yüksək səviyyəli nümayəndəsi iştirak ediblər.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik Azərbaycana keçdi

15 oktyabr. Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirildi. İclasda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik Qırğızıstandan Azərbaycana keçdi.

 “Əsrin müqaviləsi”nin 25 illiyi qeyd olundu

20 sentyabr. Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə mərasim keçirildi. Mərasimdə Birləşmiş Ştatların Dövlət katibi Maykl Pompeonun, Birləşmiş Krallığın Beynəlxalq Ticarət Departamentinin Beynəlxalq Ticarət üzrə Dövlət katibi Yelizaveta Trussun və Xarici və Birlik məsələləri ofisinin Avropa və Amerika üzrə naziri Kristofer Pinçerin təbrik məktubları oxundu.

AZAL Azərbaycanın hava məkanını bütün aviaşirkətlər üçün açdığını elan etdi

27 dekabr. Azərbaycan mülki aviasiyasının tarixində ilk dəfə beşinci və yeddinci qrup “hava azadlığı” ölkəmizin bütün beynəlxalq hava limanlarında heç bir maneə olmadan tətbiq ediləcək. 2020-ci il yanvarın 1-dən etibarən “hava azadlığı” qrupları Azərbaycanın hava limanlarından Avropa, Şimali Amerika, Avstraliya və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə uçuşlar həyata keçirməyə imkan verəcək.

Azərbaycana uçuşlar yerinə yetirmək istəyən yeni aviaşirkət ölkənin hava limanlarının xidmətlərinə 100 faiz endirim əldə edəcək. Əməliyyatın ikinci ilində endirim 70 faiz, üçüncü ilində 50 faiz, dördüncü ilində isə 30 faiz olacaq.  

DOST Agentliyi və ilk DOST mərkəzinin inzibati binası açıldı

9 may. Bakının Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin və ilk DOST mərkəzinin inzibati binası açıldı.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsi dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında modern və çevik, tam şəffaf mexanizmlər üzərində qurulması ilə ölkəmizin bu sahədə yeni brendini formalaşdırıb. Mərkəzdə əmək, məşğulluq, sosial müdafiə və sosial təminat, əlillik, reabilitasiya sahələri üzrə 132 növdə xidmət təqdim edilir. 2019-2025-ci illərdə Bakı və ölkənin bölgələrində 31 DOST mərkəzinin yaradılması nəzərdə tutulub.

Bakıda “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə verildi

25 sentyabr. Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə verildi. Ətraf kənd və qəsəbələri şəhər mərkəzi ilə birləşdirən 30 müntəzəm marşrut xətti üzrə 430-a yaxın avtobusun fəaliyyət göstərdiyi mərkəzin xidmətlərindən gün ərzində 270 minə yaxın sərnişin istifadə edəcək. Burada hər bir marşrut xətti üzrə avtobuslar üçün dayanacaq yeri müəyyən edilib, məlumatlandırıcı lövhələr yerləşdirilib.

Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tanker istismara verildi

13 dekabr. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan ilk neft tankeri istismara verildi və “Azərbaycan” adlı gəmi-bərə suya salındı.

Özünəməxsusluğu ilə seçilən “Laçın” adlı ilk neft tankeri Odessa Dəniz Mühəndisliyi Bürosunun layihəsi əsasında yerli mütəxəssislər tərəfindən inşa edilib. Tankerin uzunluğu 141 metr, eni 16,9 metr, ağırlığı 7875 tondur. “Laçın” tankeri Xəzərdə neft və neft məhsullarının daşınması ilə yanaşı, Volqa-Don və Volqa-Baltik kanalları ilə Xəzərdən kənar hövzələrə də maye yüklərin daşınmasını təmin edəcək.

Bakı gəmiqayırma zavodunda inşa olunan ilk sərnişin, avtomobil və dəmir yolu vaqonları daşıyan “Ro-Pax” tipli “Azərbaycan” adlı gəmi-bərə nadir dizayna malikdir və yüksək texniki göstəricilərinə görə fərqlənir.

Sumqayıt Kimya Sənaye Parkında “SOCAR karbamid” zavodu açıldı

16 yanvar. Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR karbamid” zavodu istifadəyə verildi. Zavod ildə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 faizi ixrac üçün nəzərdə tutulur. Bu da ölkəyə hər il 160 milyon dollara qədər əlavə gəlirin daxil olmasına imkan yaradacaq.

Sumqayıta şəhər statusu verilməsinin 70 illiyi tamam oldu

19 noyabr. Sumqayıta şəhər statusu verilməsinin 70 illiyi tamam oldu. Bu münasibətlə şəhərin əsas meydanında yubiley tədbiri keçirildi. Azərbaycan prospekti boyunca Dövlət Sərhəd Xidmətinin hərbi orkestrinin müşayiətində hərbçilərin keçidi böyük maraqla izləndi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə çıxış etdi.

Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olundu  

26 noyabr. Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə mərasim keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə geniş nitq söylədi. 

“SOCAR Polymer”in yüksəksıxlıqlı polietilen zavodu açıldı

18 fevral. Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən yüksəksıxlıqlı polietilen zavodunun açılışını etdi.

“SOCAR Polymer” son 40 ildə öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk belə layihədir. “SOCAR Polymer” zavodları ildə 10 çeşiddə 184 min ton polipropilen və 4 çeşiddə 120 min ton yüksəksıxlıqlı polietilen istehsal edəcək. SOCAR-ın yeni sənaye kompleksi daxili bazarın tələbatını tam ödəməklə yanaşı, məhsulun qalan 75 faizini Türkiyə və Avropa bazarlarına ixrac edəcək.

Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi

2-3 may. Mayın 2-3-də Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak etdilər.

Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESKO-nun tərəfdaşlığı ilə keçirilib.

Azərbaycan-Rusiya sərhədində Samur çayı üzərində yeni avtomobil körpüsü açıldı

24 dekabr. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası sərhədindən keçən Samur çayının üzərində tikilən yeni avtomobil körpüsü istifadəyə verildi.

Samur çayı üzərində yeni körpünün tikintisi üzrə hökumətlərarası saziş Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2013-cü ildə Azərbaycana rəsmi səfəri zamanı imzalanmışdı. Tikinti xərclərinin 50 faizi Azərbaycan, 50 faizi isə Rusiya hökuməti tərəfindən ödənilib. Üç hərəkət zolağından ibarət körpünün uzunluğu 325,3 metr, eni 17,3 metrdir.

Bakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xətti yenidənqurmadan sonra açıldı

19 noyabr. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Bakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin yenidənqurmadan sonra açılışı oldu.

Abşeron dairəvi dəmir yolu xəttində ümumilikdə 17 stansiya və dayanacaq var. Bakı sərnişin-Sabunçu-Pirşağı-Sumqayıt sərnişin-Xırdalan-Biləcəri-Bakı sərnişin dairəvi dəmir yolu xəttinin ümumi uzunluğu 191,6 kilometrdir. Aparılan yenidənqurma işləri çərçivəsində Zabrat-1, Məmmədli dayanacaqları, Pirşağı və Zabrat-2 stansiyaları yenidən qurulub.

 Şamaxıda “ASAN Həyat” kompleksi istifadəyə verildi

5 dekabr. Şamaxıda “ASAN Həyat” kompleksinin açılışı oldu. Ölkədə sayca 16-cı olan bu mərkəz Şamaxı, Qobustan, İsmayıllı, Ağsu və Göyçay rayonlarında qeydiyyatda olan 450 minə yaxın vətəndaşa xidmət edəcək. “ASAN Həyat” kompleksində vətəndaşlara, ümumilikdə, 320-dən çox xidmət göstəriləcək.

Xatırladaq ki, ilin sonunda “ASAN xidmət” mərkəzlərinə 35 milyonuncu müraciət qeydə alınıb.

Bakı XV Avropa Gənclər Olimpiya Festivalına ev sahibliyi etdi

21-27 iyul. Bakıda XV Avropa Gənclər Olimpiya Festivalı keçirildi. Avropanın 48 ölkəsindən 3600 atletinin mübarizə apardığı yarışda Azərbaycan millisi 10 qızıl, 7 gümüş və 6 bürünc qazanaraq komanda hesabında dördüncü yeri tutdu.

Teymur Rəcəbov şahmat üzrə Dünya Kubokunun sahibi oldu

4 oktyabr. Azərbaycan şahmatçısı, qrossmeyster Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kuboku uğrunda yarışın finalında çinli Liren Dinqi məğlub edərək turnirin qalibi oldu. Ölkəmizin şahmat tarixində ilk dəfə Dünya Kubokunun qalibi olması münasibətilə Teymur Rəcəbovu Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva təbrik etdilər.

Ümumiyyətlə, bu il Azərbaycan şahmatçıları üçün xüsusilə əlamətdar oldu. Belə ki, 16 yaşadək şahmatçılardan ibarət Azərbaycan komandası Türkiyənin Çorum şəhərində keçirilən Yeniyetmələrin Şahmat Olimpiadasının qalibi adını qazandı. Həmçinin şahmatçımız Aydın Süleymanlı isə Hindistanda oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatında 14 yaşlılar arasında qızıl medal əldə etdi.

Bakı bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi etdi

16-22 sentyabr. Milli Gimnastika Arenasında bədii gimnastika üzrə dünya çempionatı keçirildi. “Tokio 2020”yə təsnifat xarakteri daşıyan çempionatda 61 ölkədən 300-dən çox atlet mübarizə apardı. Azərbaycan gimnastı Zöhrə Ağamirova və qrup hərəkətləri komandamız çoxnövçülük yarışlarında Tokio Olimpiadasına vəsiqə qazandılar.

Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri keçirildi

11-15 mart. Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri keçirildi. Təlimlərə 10 min nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olundu.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO