Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başlayıb VİDEO
Bakı, 11 mart, AZƏRTAC
Martın 11-də Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimlərə 10.000 nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.
Təlimlər martın 15-dək davam edəcək.