2025-ci ilədək peşə təhsili müəssisələrinin maddi-texniki bazası tam təkmilləşdiriləcək
Bakı, 22 aprel, AZƏRTAC
2025-ci ilədək Azərbaycanda müasir standartlara cavab verən yeni peşə təhsili müəssisələri tikiləcək və mövcud peşə təhsili müəssisələrinin maddi-texniki bazası tam təkmilləşdiriləcək. AZƏRTAC xəbər verir ki, bu, Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsində öz əksini tapıb.
Yeni peşə təhsili müəssisələri tikilməsi və mövcud olanların maddi-texniki bazasının tam təkmilləşdirilməsi işi pilot peşə təhsili müəssisələrinin təcrübəsinə əsaslanmaqla, işəgötürənlərlə geniş əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Xatırladaq ki, Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsinə əsasən müvafiq sektor üzrə 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış əmək bazarının tələblərinə cavab verən peşə standartları və təhsil proqramları (kurikulumlar) əsasında ixtisaslı işçi qüvvəsi hazırlayan, hər bir sektor üzrə işəgötürənlərlə sıx əməkdaşlıq əlaqələrinin qurulduğu, funksional peşə təhsili və təlimi müəssisələrinə malik peşə təhsili sisteminin formalaşdırılmasını nəzərdə tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:23]
Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik
- 12.10.2026 [17:28]
Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir
- 12.10.2026 [16:58]
BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb
- 12.10.2026 [16:37]
“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub
- 12.10.2026 [16:34]