Azərbaycan Dövlət İnformasiya Agentliyi

20 YANVAR - AZƏRBAYCANIN QƏHRƏMANLIQ VƏ ŞƏRƏF GÜNÜ
ÖLKƏMİZDƏ ÜMUMXALQ HÜZN GÜNÜ QEYD EDİLMİŞDİR

Bakı, 20 yanvar (AZƏRTAC). Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin Qanlı 20 Yanvar hadisələrindən 20 il keçir.

Sovet ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrinin və daxili qoşun hissələrinin Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Kommunist diktaturası Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Həmin vaxt Azərbaycan qonşu Ermənistanın da təcavüzünə məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi.

Tanklar və BTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn təcili yardım maşınlarını və tibb işçilərini də atəşə tuturdular. O faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Bir neçə gün ərzində 147 nəfər öldürüldü, 700 nəfər yaralandı, 800-dən çox adam qanunsuz həbs edildi.

Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi...

Bakının ən yüksək nöqtələrindən birində dünyanın bütün guşələrində yaşayan azərbaycanlılar üçün müqəddəs and yerinə çevrilmiş bir ünvan var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanıdır. Hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buraya gəlir.

Şəhidlər xiyabanı 2010-cu ilin 20 yanvar günündə də qələbəlikdir. Bu gün xalqımız Ümumxalq Hüzn Gününü geniş qeyd edir. Aradan 20 il keçmişdir, amma 20 Yanvar faciəsinin bütün detalları yaddaşlarda dünənin hadisəsi kimi yaşayır. O vaxtdan bəri çox şey köhnəlmiş, dəyişmiş, yalnız 20 Yanvar şəhidlərinin xatirəsi təzə qalmışdır.

Bu gün Şəhidlər xiyabanına gələnlər o müdhiş gecəni bir daha xatırlayır, faciəni törədənlərə dərin nifrətlərini bildirirlər.

Çingiz Bayramov (Türk Universitetləri Məzunları İctimai Birliyinin sədri):

-20 Yanvar xalqımız üçün şərəf və qəhrəmanlıq günüdür. O vaxtdan 20 il keçsə də faciə qurbanlarının xatirəsi bizim üçün əzizdir. İctimai birliyimizin tədbirlərində qanlı hadisənin mahiyyətindən mütləq söz açırıq. Xüsusilə xarici ölkələrdən olan qonaqlarımızla görüşlərdə izah edirik ki, 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəlki faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yönəlmiş düşünülmüş siyasətin növbəti təzahürüdür. Azərbaycan xalqına qarşı soyqırımı, sovet hakimiyyəti illərində Azərbaycan ərazilərinin tədricən ilhaq olunması, nəticədə ölkənin ərazisinin 125 min kvadratkilometrdən 87 min kvadratkilometrədək azaldılması, sovet rəhbərliyinin havadarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir. Bütün tədbirlərimizdə Qanlı Yanvara və Xocalı qətliamına beynəlxalq miqyasda hüquqi qiymət verilməsini tələb edirik.

Şəhidlərimizin xatirəsini yad etmək üçün gələnlər arasında xaricdə yaşayan soydaşlarımız da vardır. Almaniyanın Bremen Universitetinin tələbəsi Nail Mikayılov deyir:

- Mən xalqımıza başsağlığı verirəm. Azərbaycan xalqı mərd xalqdır. 20 Yanvar günü gənclərimiz sovet qoşunlarının qarşısına əliyalın çıxmış və geri çəkilməmişlər. Belə övladları olan xalq əbədi yaşayacaqdır. Mən əminəm ki, ermənilərin işğal etdiyi torpaqlarımızı tezliklə geri alacağıq. Biz - xaricdə yaşayan azərbaycanlılar sovet dövlətinin törətdiyi bu qanlı cinayətin əsl mahiyyətini dünya ictimaiyyətinə daha geniş çatdırmaq üçün iş aparırıq. Hər il bu vaxt bir yerə yığışaraq o qanlı hadisələri yada salır, müxtəlif tədbirlər keçiririk. Bundan əlavə, yaşadığımız ölkənin mətbuatında 20 Yanvar haqqında materiallar dərc etdirir, fəaliyyət göstərdiyimiz yerlərdə insanlarla söhbətlər aparırıq. Nəsillər dəyişəcək, lakin qəhrəman Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin!

Şəhidlər xiyabanına gələn insanların bir çoxu qanlı faciənin şahidləridir. Onlardan biri öz nəvəsi ilə bu müqəddəs məkana gəlmiş iqtisadçı Şaiq Məstanovdur:

- 20 Yanvar təkcə hüzn günü deyil, Azərbaycan tarixində qəhrəmanlıq səhifəsidir. Tarixə nəzər salsaq görərik ki, Azərbaycan iki dəfə müstəqillik əldə etmiş və hər ikisində də xalqımız qanlı, bəlalı hadisələrlə üzləşmişdir. 1990-cı ildə şəhid olan oğul və qızlarımız öz qanları hesabına bizə müstəqilliyimizi bəxş etmişlər. Mən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı ümummilli lider Heydər Əliyevin və onun siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin gördüyü işləri yüksək qiymətləndirirəm. Onların səyi ilə 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciəyə siyasi və hüquqi qiymət verilməsi istiqamətində böyük işlər görülmüşdür. Lakin, bu işlərin tamamlanmasına ehtiyac vardır. Beynəlxalq ictimaiyyət tərəfindən də bu hadisələrə siyasi və hüquqi qiymətin verilməsi üçün xalqın birliyi vacibdir. Ümid edirəm ki, faciəni törədən cinayətkarlar mühakimə olunacaqlar.

Qanlı Yanvar gecəsində doğmalarını itirənlərin ağrı-acısı daha böyükdür. Bununla belə, onlar yaxşı bilirlər ki, əzizləri bugünkü müstəqilliyimiz uğrunda canlarından keçmişlər. 1990-cı il yanvarın 20-də şəhid olmuş Larisa Məmmədovanın atası, 20 Yanvar əlili, “20 Yanvar Cəmiyyəti” Səbail rayon şöbəsinin sədri Fərman Məmmədov:

- 20 Yanvar Azərbaycan xalqının qan yaddaşına qəhrəmanlıq səhifəsi kimi həkk olunmuşdur. Xalqımızın azadlıqsevər övladları canlarından keçməklə, Azərbaycanı XX əsrdə ikinci dəfə müstəqil və azad bir dövlətə çevirə bildilər. Mən fəxr edirəm ki, şəhidlik zirvəsinə ucalanların arasında mənim qızım Larisa da vardır. Qızımı burada dəfn edərkən qəhər məni boğurdu, göz yaşlarımı saxlaya bilmədim. Qolumdan yapışan yaşlı bir kişi mənə toxtaqlıq verərək dedi ki, bu şəhid bütün Azərbaycan xalqının övladıdır. Yolumu hər dəfə buradan salanda bir daha o sözləri xatırlayıb dərk edirəm ki, doğrudan da belədir, Şəhidlər xiyabanında uyuyanlar bizim hamımızın övladlarıdır. Bu dünya durduqca xalqımız da var olsun, yaşasın. Şəhidlərimizə isə Allah rəhmət eləsin!

Sovet rəhbərliyinin xalqımıza qarşı törətdiyi qanlı təcavüz o dövrdə bütün dünyada əks-səda doğurmuşdu. Həmin vaxtlar Azərbaycanın informasiya blokadasına alınmasına baxmayaraq, Qanlı Yanvar hadisələri haqqında xəbərlər, az da olsa, dünya ictimaiyyətinə çatmışdı. Bu gün Şəhidlər xiyabanını ziyarət edənlər arasında Azərbaycanda işləyən xarici vətəndaşlar da çoxdur. “T.O.R. İnvest” şirkətinin rəhbəri Ralf Mölder:

- 1990-cı ildə sovet ordusu tərəfindən həyata keçirilmiş bu qanlı aksiya bəşəriyyətə, insanlığa qarşı ən böyük cinayətlərdən biri kimi qiymətləndirilməlidir. Azərbaycanlıların sovet imperiyasının silahlı qüvvələrinə qarşı göstərdiyi müqavimət xalqınızın tarixinə qəhrəmanlıq salnaməsi kimi yazılmışdır. Allah şəhidlərinizə rəhmət eləsin!

Şəhidlər xiyabanına sonsuz hörmət, ehtiram və mənəvi borcunu bildirməyə gələn yüz minlərlə insan arasında mütəxəssis Cahangir İsgəndərov da vardır:

- 20 Yanvar faciəsinə iki cür qiymət vermək olar. Bu hadisə xalqımızın tarixində həm böyük bir faciə, həm də qəhrəmanlıq salnaməsi kimi yer tutur. Düşünürəm ki, 20 Yanvar Azərbaycanın müstəqilliyinin bünövrəsidir. Minlərlə vətəndaşımız sovet tanklarının qarşısına əliyalın çıxaraq, Vətənimizin müstəqilliyinin hər şeydən əziz və müqəddəs olduğunu, bu yolda canlarından keçməyə hazır olduqlarını bütün dünyaya sübut etdilər. Onlar dövlətimizin müstəqilliyi və xalqımızın firavanlığı üçün öz canlarından keçdilər. Azərbaycanın müstəqillik qazanması onların qanının yerdə qalmadığını göstərdi. Azərbaycan xalqı yaşadıqca, müstəqilliyimiz möhkəmləndikcə şəhidlərimiz heç vaxt unudulmayacaq və onlar bizim yaddaşımızda əbədi qəhrəmanlar kimi qalacaqlar. Allah şəhidlərimizin ruhunu şad eləsin!

Ziyarətçilər arasında olan orta məktəb müəllimi İlham İdrisov o günləri yada salarkən həyəcanını gizlədə bilmir:

- 20 Yanvar xalqımızın yaddaşında silinməz yaralar qoymuş bir gündür. Tarixən bir çox xalqlar, millətlər öz müstəqilliyinə mübarizə, müharibə hesabına qovuşmuşlar. Ancaq Azərbaycan xalqının başına gətirilən faciələrin miqyası çox böyükdür. O qanlı gecədə 140-dan çox şəhid verdik, 700-dən artıq insan fiziki sağlamlığını itirdi. Buna baxmayaraq, təskinliyimiz odur ki, müstəqilliyimizə qovuşduq. Arzum budur ki, işğal altında qalan torpaqlarımızı yağı düşməndən xilas edək, 20 Yanvar qətliamı xalqımıza bir daha üz verməsin. Qanlı faciədən 20 il keçməsinə baxmayaraq, xalqımız bu hadisəni unutmur. Şəhidlərimizin xatirəsi əbədiləşdirilmişdir və onların uyuduğu məzarları ziyarət etmək hər birimiz üçün mənəvi borca çevrilmişdir. Bu gün Şəhidlər xiyabanı həm qanlı Yanvar qırğınında, həm də torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə həyatını qurban vermiş insanların əbədi uyuduğu müqəddəs məkandır. Burada ucaldılmış abidə-milli kədər və qürur abidəsi önündə əsrlər boyu bir - birini əvəzləyən nəsillərimiz həmişə ehtiramla baş əyəcəklər. Qan yaddaşımızı itirməyə haqqımız yoxdur. Şəhidlərimizə bir daha rəhmət diləyir, onların müqəddəs xatirəsi qarşısında baş əyirəm.

Öz dövlətinin xalqına qarşı bu cür amansızlığa inanmaq çox çətindir. Bakıya qoşunların yeridilməsi və fövqəladə vəziyyətin elan edilməsi SSRİ Konstitusiyasına (119-cu maddə), Azərbaycan SSR Konstitusiyasına (71-ci maddə) və 1996-cı il «Vətəndaş və siyasi hüquqlar» barədə Beynəlxalq Müqaviləyə (1-ci maddə) görə Azərbaycan Respublikasının suveren hüquqları pozulmuşdur.

Xalqımızın başına dəhşətli faciələr gətirilmiş, onun nümayəndələri tankların tırtılları altında tapdalanmış, zirehli maşınlarla əzilmiş və arxadan güllələnmişlər. Hərbiçilər xəstəxanalara, evlərə atəş açmış, dinc sakinləri vəhşicəsinə güllələmiş və xəsarət alanları süngü ilə qətlə yetirmişlər. İnsan haqlarına dair qüvvədə olan və sivil dünyanın əməl etdiyi bütün bəyannamə, müqavilə, pakt, protokol və konvensiyaların tələbləri kobudcasına pozulmuşdur. Cinayətkarlar isə hələ də məsuliyyətə cəlb olunmamışlar.

20 Yanvar günü Şəhidlər xiyabanına gələrək, şəhidlərimizin müqəddəs xatirəsini yad etməyi özünə borc bilən Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Kamran Hacıyev də bu barədə söz açır:

- Təəssüflər olsun ki, bu faciənin günahkarları hələ də öz layiqli cəzalarını almamışlar. Ancaq mən inanıram ki, həyatını təhlükəyə ataraq faciəni bütün dünyaya bəyan edən ümummilli liderimiz Heydər Əliyevin cəsarəti günahkarların mühakimə olunması yolunda dövlətimizə və xalqımıza nümunə olacaqdır. 20 Yanvar cəmiyyətimiz, millətimiz və gənc dövlətimiz üçün çox böyük tarixi dərsdir. Biz gənc nəsil Vətənimizin azadlığının müqəddəsliyini şəhidlərimizin qəhrəmanlığından öyrənməliyik. Azərbaycan xalqının qəhrəman oğul və qızları azadlıq yolunda canlarından keçərək, Vətən uğrunda ölümün gözünə dik baxa bilmək cəsarətini dünyaya göstərdilər. 20 Yanvar Azərbaycanda faciə, hüzn günü kimi deyil, müstəqillik uğrunda mübarizəmizin şanlı səhifəsi, faciə qurbanları isə bu yolda ilk şəhidlərimiz kimi yad edilməlidir. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin!

Bir qrup çinli gənc Şəhidlər xiyabanında gördüklərindən heyrətə gəlmişdi. Onlar sonsuz izdihamı videolentə alırdılar.

Gənclər adından danışan Li Jinyu təəssüratını belə ifadə etdi:

- Biz Azərbaycan xalqının qəhrəmanlığı haqqında eşitmişdik. Bu gün Şəhidlər xiyabanını ziyarət edərkən bunun bir daha şahidi olduq. İnsanların tankların qarşısına əliyalın çıxması böyük cəsarətdir. Biz həm də Azərbaycan xalqının öz tarixini, qəhrəmanlarını yaşatmasına heyranıq. Bu gün burada yüz minlərlə adam gördük, xalqınız şəhid oğullarını unutmur. Azərbaycan xalqına, o cümlədən şəhid ailələrinə dərin hüznlə başsağlığı verməklə yanaşı, Vətən uğrunda canından keçən şəhidlərin ruhuna bir daha ehtiramımızı bildiririk.

Milli Məclisin deputatı Məlahət Həsənova keçmiş sovet dövlətinin Azərbaycan xalqına qarşı əməllərini insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirərək dedi:

- Bu faciə bəşər tarixinin qara səhifəsini təşkil edir. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. O müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonrakı ilk illərdə başları hakimiyyət uğrunda mübarizəyə qarışmış respublika rəhbərləri 20 Yanvar qırğınına siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparmadılar. Yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Qanlı Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi. Şəhidlər ölməzdir, bu xiyaban isə əbədi ziyarətgahdır. Allah şəhidlərə rəhmət eləsin.

Şəhidlər xiyabanına insan axını axşamdan xeyli keçənədək davam etmişdir.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası baş tutub

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® “KitKat” fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1® həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub