20 YANVAR AZƏRBAYCANI MÜSTƏQİLLİYƏ APARAN YOLDUR
Bakı, 20 yanvar (AZƏRTAC). Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADF) 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı ictimaiyyətə çağırış ünvanlamışdır.
Məlumatda bildirilir ki, 20 Yanvar faciəsi Azərbaycanda yalnız matəm günü kimi deyil, həm də şərəf günü kimi yad edilir.
20 Yanvarın Azərbaycanı müstəqilliyə aparan yol olduğunun vurğulandığı məlumatda daha sonra qeyd edilir ki, ölkədə milli azadlıq hərəkatını boğmaq məqsədi ilə sovet rəhbərliyi tərəfindən Bakıya yeridilən ordu dinc əhalini atəşə tutmuşdur. Faciədə 147 nəfər şəhid olmuş, 700-dən çox insan yaralanmışdır.
Həmin günlərdə respublika ərazisində fövqəladə vəziyyət elan olunmasına baxmayaraq, yüz minlərlə azərbaycanlı azadlıq qurbanlarını böyük ehtiramla Şəhidlər xiyabanında dəfn etmişdir.
Çağırışda sovet ordusunun amansız hücumunun Azərbaycan xalqının mübarizə əzmini boğa bilmədiyi, əksinə, azadlıq ruhunu daha da alovlandıraraq, müstəqilliyinin əldə edilməsi ilə nəticələndiyi vurğulanmışdır.
Məlumatın sonunda TADF-nin digər vilayətlərdəki dərnəkləri tərəfindən faciə ilə əlaqədar anma tədbirlərinin keçirildiyi bildirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]