20 YANVAR ƏLİLLƏRİ VƏ ŞƏHİD AİLƏLƏRİ DİQQƏT MƏRKƏZİNDƏDİR
Görüş iştirakçıları ümummilli liderimiz Prezident Heydər Əliyevin, habelə vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin nurlu xatirələrini bir dəqiqəlik sükutla andılar.
Şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyev Azərbaycan xalqına üz vermiş dəhşətli bəlalardan və fəlakətlərdən söhbət açaraq bildirdi ki, yalnız müdrik siyasətçi, xalqının böyük vətənpərvəri, unudulmaz Prezident Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı ilə 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş hadisələrə siyasi qiymət verildi, o qanlı gecənin günahkarlarının konkret adları açıqlandı.
Qeyd olundu ki, sovet ordusunun dinc əhaliyə qarşı törətdiyi misli görünməmiş qanlı qırğının qurbanları arasında sumqayıtlılar da var. O qanlı gecədə üç nəfər sumqayıtlı şəhid, daha üç nəfər isə müxtəlif dərəcəli əlil olmuşdur.
Şəhid ailələrinin üzvləri, habelə 20 Yanvar hadisələrinin iştirakçıları çıxış edərək dedilər ki, bu müddət ərzində onlar dövlətin və sadə vətəndaşların diqqət və qayğısı ilə əhatə olunmuşlar. Onlar Prezident Heydər Əliyevin 2003-cü il aprelin 3-də Sumqayıta gəlişindən sonra şəhərdə baş vermiş müsbət dəyişikliklərdən də danışdılar. Qeyd etdilər ki, şəhər rəhbərliyinin şəhid ailələrinə və əlillərə diqqəti xeyli artmışdır. Onlar əmin olduqlarını bildirdilər ki, ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyev zəngin potensialı və beynəlxalq nüfuzu sayəsində erməni separatçıları üzərində qələbəni, işğal olunmuş torpaqların qaytarılmasını təmin edəcəkdir. Bu isə şəhidlərin xatirəsinə ən böyük töhfə olacaqdır.
Görüşün sonunda şəhid ailələrinə maddi yardım verildi.
Elə həmin gün kimyaçıların Üzeyir Hacıbəyov adına Mədəniyyət sarayında 20 Yanvar faciəsinə həsr olunmuş ümumşəhər tədbiri keçirildi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [21:15]