20 YANVAR FACİƏSİ QURBANLARININ XATİRƏSİ BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNDƏ ANILMIŞDIR
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, faciənin on beşinci ildönümü ilə əlaqədar yanvarın 20-də saat 12.00-da səfirliyin binası qarşısında dalğalanan dövlət bayrağımız endirilmiş, soyqırım qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilmişdir.
İldönümü ərəfəsində səfirliyin ərəb və ingilis dillərində hazırladığı mətbuat məlumatı BƏƏ Xarici İşlər Nazirliyinə, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərə, kütləvi informasiya vasitələrinə göndərilmişdir. Sənəddə Azərbaycan xalqının başına gətirilən bu faciə barədə ətraflı məlumat vardır. Bundan əlavə, səfirlikdə Pakistan, Çin, Avstraliya, Hindistan, Malaziya, İndoneziya və digər ölkələrin səfirləri ilə görüş keçirilmiş, onlara qanlı hadisə və onun mahiyyəti haqqında dolğun məlumat verilmişdir.
Dubay şəhərində yaşayan həmvətənlərimizin təşəbbüsü ilə “Marriott” mehmanxanasında 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar toplantı keçirilmişdir. Tədbirdə Azərbaycanın müstəqilliyi uğrunda həyatlarını qurban vermiş soydaşlarımızın xatirəsi yad edilmiş və Qurani-Kərimdən ayələr oxunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]