20 YANVAR FACİƏSİ ŞƏHİDLƏRİNİN XATİRƏSİ PAKİSTANDA DA YAD EDİLMİŞDİR
Bakı, 20 yanvar (AZƏRTAC). Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfirliyindən verilən məlumata görə, yanvarın 20-də səfirliyin və Pakistanın Preston Universitetinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr olunmuş konfrans keçirilmişdir.
Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Konfransda Preston Universitetinin rektoru Əbdul Basit, səfir Eynulla Mədətli, Qayd-Əzəm Universitetinin professoru İştiaq Əhməd, Pakistan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Xalid Mahmud, İordaniyanın bu ölkədəki səfiri Saleh Əl-Cəvahiri və başqaları Azərbaycanın istiqlal mübarizəsində 20 Yanvar hadisələrinin tarixi rolundan bəhs etmişlər.
Çıxışlarda mürəkkəb geocoğrafi şəraitdə dünyanın və regionun böyük qüvvələri arasında tarazlı siyasət yeridən, hətta böhranlı şəraitdə Azərbaycanı inkişaf etdirən Prezident İlham Əliyevin fəaliyyəti yüksək qiymətləndirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]