20 Yanvar faciəsi xalqımızın əzmini qıra bilməmişdir
Bakı, 20 yanvar (AZƏRTAC). 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə imperiya ordusu Azərbaycanda azadlıq, müstəqillik uğrunda ayağa qalxmış dinc insanlara qarşı qanlı cinayətlər törətmişdir. Bu dəhşətli hadisə qan yaddaşımızdan heç zaman silinməyəcəkdir.
Bu fikirləri Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş Vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gəlmiş Bakı Dövlət Universiteti beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev AZƏRTAC-a müsahibəsində söyləmişdir. 20 Yanvarda günahsız qocalar, gənclər, uşaqlar, qadınlar amansızcasına qətlə yetirilmişlər. Lakin bu faciə xalqımızın əzmini qıra bilməmişdir.
Yalnız ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]