20 Yanvar faciəsi xalqımızın qan yaddaşına əbədi həkk olunub
Bakı, 19 yanvar, AZƏRTAC
Yanvarın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunan anma tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İnstitut direktorunun müavini, texnika elmləri doktoru Hikmət İbrahimov 20 Yanvar hadisələrinin acı nəticələrindən danışıb, bu günün xalqımızın qan yaddaşına əbədi həkk olunduğunu söyləyib.
Tədbirdə 20 Yanvar faciəsinə həsr olunan videoçarx nümayiş olunub.
Digər çıxış edənlər də Qanlı Yanvarla bağlı fikirlərini bölüşüblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]