20 YANVAR FACİƏSİNİN İLDÖNÜMÜ AĞCABƏDİDƏ KÜTLƏVİ TƏDBİRLƏRLƏ QEYD OLUNMUŞDUR
Ağcabədi, 21 yanvar (AZƏRTAC). 20 Yanvar faciəsinin iyirminci ildönümü Ağcabədi rayonunda kütləvi tədbirlərlə qeyd olunmuşdur.
İdarə və təşkilatlarda, təhsil və mədəniyyət müəssisələrində faciənin ildönümünə həsr olunmuş yığıncaq və konfranslar keçirilmiş, foto və rəsm sərgiləri açılmış, yanvarın 19-da ümumtəhsil məktəblərində ilk dərslər qanlı hadisələrə həsr olunmuşdur.
Yanvarın 20-də rayon rəhbərliyi, əmək kollektivlərinin nümayəndələri Şəhidlər xiyabanına gələrək Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların məzarları üstünə və 20 Yanvar qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksi önünə çiçək dəstələri düzmüşlər. Şəhidlərin ruhuna dualar oxunmuşdur.
Tədbir Qarabağ Muğam Mərkəzində davam etdirilmişdir. Rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov Azərbaycan tarixinin azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifələrindən olan 20 Yanvardan danışmış, qanlı hadisəyə siyasi-hüquqi qiymət verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin xüsusi xidmətlərini vurğulamışdır.
Tədbirdə ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]
Qanlı gecədən başlanan və müstəqilliyə gətirib çıxaran yol
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [20:51]