20 Yanvar hadisələri qurbanlarının arzuları həyata keçmişdir
Bakı, 20 yanvar (AZƏRTAC). Şəhidlər canlarını qurban versələr də, arzuları həyata keçmişdir. Çünki bu gün dünyada sözü keçən və gündən-günə inkişaf edən müstəqil Azərbaycan dövləti vardır.
Bu sözləri 20 Yanvar şəhidlərini ziyarətə gələn Bakı Dövlət Universiteti şərqşünaslıq fakültəsi Ərəb filologiyası kafedrasının müəllimi Elşən Qurbanov AZƏRTAC-a müsahibəsində demişdir:
“1990-cı il yanvarın 19-dan 20-nə geçən gecə imperiya tankları Bakı-Sumqayıt yolu ilə o vaxtkı “XI qızıl ordu” metrosuna tərəf irəliləyirdi. Bir gün sonra metronun ətrafında qan gölməçələri gördüm. Onda mən uşaq olduğumdan hadisələri düzgün dərk edə bilmirdim. Dedilər ki, sovet ordusu bu gecə dəhşətli qırğın törədib, dinc və əliyalın əhalini gülləbaran etmişdir. Lakin sovet imperiyası müstəqilliyi uğrunda küçələrə çıxan xalqın əzmini qıra bilmədi. Xalqımızın illərlə içində tüğyan edən azadlıq duyğusunu boğa bilmədi. Onlar xalqın əzmkarlığı və cəsarəti qarşısında geri çəkilməyə məcbur oldular. O vaxtdan bəri bura müqəddəs ziyarətgaha çevrilmişdir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]