20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Arpachay Open” beynəlxalq karate turniri davam edir
Bakı, 22 yanvar, AZƏRTAC
Azərbaycan Milli Karate Federasiyası və “Arpaçay” klubunun birgə təşkilatçılığı ilə Bakı İdman Sarayında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş 6-cı “Arpachay Open” beynəlxalq karate turniri davam edir.
AZƏRTAC xəbər verir ki, ənənəvi yarışda ölkənin 30-dək klubunu təmsil edən 550-dək idmançı iştirak edir. Xatirə turniri uşaq, yeniyetmə və 21 yaşadək gənclər arasında 7 yaş kateqoriyası üzrə təşkil olunub. Yarışda Azərbaycan karateçiləri ilə yanaşı, Rusiya (2 klub) və Ukrayna (1 klub) təmsilçiləri də mübarizə aparırlar.
Turnirin birinci günündə 6-7, 8-9 və 10-11 yaşlı uşaqlar arasında qalib və mükafatçılar müəyyənləşib. Bu gün isə 12-13 yaşlı uşaqlar, eləcə də 14-15 yaşlı yeniyetmələr, 16-18 və 21 yaşadək gənclər mübarizə aparacaqlar.
Yarış bu gün başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:44]
Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır
- 12.10.2026 [19:40]
Azərbaycan güləşçiləri Rusiyada çempion olublar
- 12.10.2026 [19:08]
Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub
- 12.10.2026 [18:45]
“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]