20 Yanvar xalqımızın şərəf və qəhrəmanlıq tarixidir
Bakı, 20 yanvar (AZƏRTAC). 20 Yanvar xalqımızın şərəf və qəhrəmanlıq tarixidir.
Yanvarın 20-də səhər tezdən Bakıda Şəhidlər xiyabanını ziyarət etməyə gələnlərdən biri də Moskva Dövlət Açıq Universitetinin tələbəsi Şamil Əhmədovdur. AZƏRTAC-a müsahibəsində Şamil Əhmədov demişdir ki, 20 Yanvar faciəsi Azərbaycanın oyanışı, özünüdərki, bir millət, bir xalq olaraq özünə qayıdışının əsasını qoydu. Bu gün həm də azadlığımıza, müstəqilliyimizə gedən yolun başlanğıcı idi. Biz azadlığımıza görə bu Xiyabanda uyuyan şəhidlərimizə borcluyuq. Onların qəhrəmanlığı qəlbimizdə daim yaşayacaqdır. Mən də bir Azərbaycan vətəndaşı kimi həmişə şəhidlərimizin məzarlarını ziyarət edirəm və bunu özümə borc bilirəm.
Şəhidlərimizə Allahdan rəhmət diləyirəm.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]