Azərbaycan Dövlət İnformasiya Agentliyi

2500 illik tarixi yaşadan qədim sütun altlıqları - Şəmkir Tarix-Diyarşünaslıq Muzeyindən reportaj

Şəmkir, 19 avqust, Rauf Hacıyev, AZƏRTAC

Muzeylər bəşəriyyətin tarix boyu qurub-yaratdığı, gələcək nəsillərə ötürmək istədiyi maddi-mənəvi, mədəni dəyərlərin qorunub saxlandığı, xüsusi mühafizə altında nümayiş olunduğu məkanlardır. Bu baxımdan Şəmkir son illərdə yalnız sürətli sosial-iqtisadi və mədəni inkişafı ilə deyil, həm də tarixi irsin qorunduğu yaraşıqlı Tarix-Diyarşünaslıq Muzeyi ilə diqqəti cəlb edir. Adından da bəlli olduğu kimi, muzeydə Şəmkir və ətraf ərazilərin tarixinə aid arxeoloji, etnoqrafik, numuzimatik maddi-mədəni nümunələr, bir sözlə, unikal eksponatlar nümayiş olunur.

AZƏRTAC-ın bölgə müxbiri Şəmkir Tarix-Diyarşünaslıq Muzeyində olub, burada nümayiş etdirilən eksponatlarla, onların tarixi ilə maraqlanıb.

Muzeyin direktoru Cavanşir Pirverdiyev bildirib ki, ilk dəfə 1971-ci ildə təşkil olunan Şəmkir Tarix-Diyarşünaslıq Muzeyi uzun illər uyğunlaşdırılmış binada fəaliyyət göstərib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq arxeoloji ekspedisiya tərəfindən qədim Şəmkir ərazisində aşkar edilmiş zəngin maddi-mədəni nümunələrin, eləcə də bu illər ərzində toplanmış tarixi eksponatların çoxluğu Şəmkir Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni binanın tikilməsini zəruri edib. 2017-ci ilin avqust ayında Prezident İlham Əliyev tərəfindən Şəmkir Tarix-Diyarşünaslıq Muzeyinin yeni binası istifadəyə verilib. Bundan sonra muzey yeni tarixi, mədəni mərkəz kimi fəaliyyət göstərməyə başlayıb.

Hazırda muzeyin fondunda 6 mindən çox arxeoloji, etnoqrafik, numuzimatik və digər tarixi əhəmiyyətli eksponatlar, məişətdə istifadə olunan dulusçuluq, metalişləmə - misgərlik, dəmirçilik əşyaları, eləcə də dekorativ-tətbiqi sənətin ayrı-ayrı sahələrinə aid qiymətli nümunələr mühafizə olunur.

Burada nümayiş etdirilən eksponatlar bu diyarda yaşamış insanların tarixin ilkin inkişaf dövründən başlayaraq sonrakı minilliklər boyu ətraf aləmə münasibətini, məişətini, adət-ənənələrini, dəfn qaydalarını, sosial-mədəni inkişaf səviyyəsini, bir sözlə, dünyagörüşünü maddi nümunələr əsasında öyrənməyə imkan verir.

Muzeyin ekspozisiya zalında qiymətli eksponatlarla yanaşı, 19-cu əsrin əvvəllərində Almaniyadan bu ərazilərə köçürülmüş koloniyaçılar tərəfindən salınmış qəsəbələrin tarixinə aid fotolar, sənədlər və digər maddi-mədəni nümunələr nümayiş olunur.

Lakin muzeyin ekspozisiya zalında nümayiş olunan bütün eksponatlar içərisində üç böyük sütun altlığı özünün unikallığına və tarixi əhəmiyyətinə görə daha çox diqqət cəlb edir. Bu barədə məlumat verən muzeyin direktorunun sözlərinə görə, hər üç sütun altlığı 2007-ci ildən beynəlxalq ekspedisiya (Azərbaycan, Gürcüstan, Almaniya) tərəfindən qədim Şəmkir şəhərinin ərazisində aparılmış arxeoloji qazıntı işləri nəticəsində 2011-ci, 2014-cü və 2015-ci illərdə aşkar olunub. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları və beynəlxalq ekspedisiya üzvləri tərəfindən Kür çayının sahilində, rayonun Qaracəmirli kəndi ərazisində aparılan arxeoloji tədqiqat işləri təxminən 80 hektara yaxın ərazini əhatə edib. Elmi ekspedisiyanın rəhbəri İlyas Babayev tərəfindən aparılan qazıntı işləri nəticəsində ərazidən qədim Şəmkir şəhərinin xarabalıqları, çoxlu sayda tarixi əhəmiyyətli maddi-mədəni nümunələr və üç nəhəng sütun altlığı aşkar olunub. Mütəxəssislərin rəyinə görə, Şəmkir ətrafındakı dağlardan gətirilən və inşaat materialı olaraq ağ daşlardan yonulmuş bu sütun altlıqlarından biri Pasarqad, ikisi isə Persopol tiplidir.

Araşdırmalar nəticəsində məlum olub ki, eramızdan əvvəl 550-ci ildə II Kir tərəfindən əsası qoyulmuş və böyük işğallarla qədim dünyanın ən nəhəng imperiyasına çevrilmiş Əhəmənilərin Cənubi Qafqazı zəbt etdikləri dövrdə Şəmkir imperiya daxilində bölgənin dayaq mərkəzi və siyasi-hərbi qərargahı kimi strateji baxımdan mühüm əhəmiyyətə malik olub.

Məhz qədim şəhər ərazisindən tapılmış bu sütun altlıqları həmin dövrdə bölgədə böyük sarayların tikintisində Əhəmənilər imperiyasının paytaxtı olmuş Pasarqad və Persopoldakı mövcud memarlıq ənənələrinin izləndiyini, xüsusən də hələ 2500 il bundan əvvəl Şəmkirin böyük bir imperiyanın daxilində, Cənubi Qafqazda onun mövcud olmuş siyasi-iqtisadi əhəmiyyətini bir daha təsdiqləyir.

Cavanşir Pirverdiyev qeyd edib ki, ümumiyyətlə, Şəmkir rayonu ərazisində hazırda da davam etdirilən arxeoloji tədqiqat işləri, əldə olunan nəticələr və muzeydə nümayiş etdirilən maddi-mədəni nümunələr, həm bölgədə baş vermiş tarixi inkişaf proseslərinin əsas iştirakçısının azərbaycanlılar olduğunu, həm də Cənubi Qafqazın yerli etnosu kimi tarixi-mədəni irsin əsl sahiblərinin bugünkü Azərbaycan xalqı olduğunu təkzibolunmaz tarixi faktlarla sübut edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək