Növbəti həftədən MİQ imtahanlarında iştirak üçün elektron sənəd qəbulu başlayır VİDEO
Bakı, 16 may, AZƏRTAC
Növbəti həftədən müəllimlərin işə qəbulu üzrə imtahanlarda iştirak üçün elektron sənəd qəbulu başlayır.
AZƏRTAC xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev brifinqdə məlumat verib. Nazir deyib ki, bu il MİQ üzrə 10 minə yaxın vakansiya elan olunacaq. Bu il ibtidai sinif müəllimləri istisna olmaqla 8 minə yaxın müəllim eyni anda imtahan verəcək. İmtahanlar 31 imtahan mərkəzində keçiriləcək.
Emin Əmrullayev diqqətə çatdırıb ki, 34 mindən artıq müəllim işə MİQ əsasında qəbul olunub.