Lənkəranda maşın 32 yaşlı kişini vuraraq öldürüb VİDEO
Lənkəran, 30 noyabr, AZƏRTAC
Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə səhər saatlarında Lənkəran-Boradigah-Masallı yolunun, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. "Opel" markalı minik avtomobili hərəkətdə olarkən, həmin kənd sakini 1991-ci il təvəllüdlü Xeyrəddin Sübhan oğlu Rəcəbovu vurub. X.Rəcəbov aldığı xəsarətlərdən ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.