Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Əlcəzairin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB VİDEO

Bakı, 17 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Zəkiyyə İğılın etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif səviyyələrdə məmnunluq hissi doğurduğunu deyərək siyasi, iqtisadi, enerji sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin önəmini vurğuladı.

Azərbaycanın gözəl ölkə olduğunu və buraya səfərindən sevinc hissi duyduğunu bildirən səfir, ilk növbədə, Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun salamlarını dövlətimizin başçısına çatdırdı. O qeyd etdi ki, Əlcəzair Prezidenti dövlətimizin başçısı ilə dostluğunu yüksək qiymətləndirir. 2022-ci ildə Azərbaycan Prezidentinin Əlcəzairə səfərinin əlaqələrimizin tarixində yeni səhifə olduğunu deyən Zəkiyyə İğıl vurğuladı ki, Abdelmacid Tebbun Əlcəzairdə keçirilən prezident seçkilərində qələbəsi ilə bağlı dövlətimizin başçısının ona təbrik məktubuna görə minnətdarlığını ifadə edir və Azərbaycan ilə münasibətləri daha da möhkəmləndirmək əzmindədir.

Səfir fəaliyyəti dövründə əlaqələrimizin daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini dedi.

Əlcəzair Prezidentinin salamlarına görə minnətdarlığını bildirən dövlətimizin başçısı onun da salamlarını Abdelmacid Tebbuna çatdırmağı xahiş etdi və Prezident seçilməsi münasibətilə bir daha təbriklərini çatdırdı.

Dövlətimizin başçısı Əlcəzairə səfərini məmnunluqla xatırlayaraq bu səfərin ölkələrimiz arasında sıx əməkdaşlığı bir daha nümayiş etdirdiyini vurğuladı.

Prezident İlham Əliyev Azərbaycan və Əlcəzair arasında beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın davam etdirilməsinin zəruriliyini bildirdi və Azərbaycanın beynəlxalq təşkilatlarda daim səmərəlilik prinsipindən çıxış etdiyini dedi.

Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi müddətində Əlcəzairin ölkəmizə göstərdiyi dəstəyə və həmrəyliyə görə təşəkkürünü bildirdi.

Prezident İlham Əliyev ölkələrin suverenliyi, ərazi bütövlüyü, çoxtərəflilik və neokolonializmlə mübarizə məsələlərinin vacibliyinə toxundu.

Səfir Azərbaycanın Qoşulmama Hərəkatında uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırdı.

Əlcəzairə səfəri zamanı Milli Mücahidlər Muzeyini ziyarət etdiyini xatırladan dövlətimizin başçısı qeyd etdi ki, Əlcəzair xalqına qarşı törədilmiş cinayətlər və vəhşiliklərlə bağlı orada gördükləri onda xüsusi heyrət doğurub.

Prezident İlham Əliyev vurğuladı ki, ölkəmiz Qoşulmama Hərəkatına sədrliyi dövründə və hazırda da keçmiş imperiyaların müstəmləkə üsul-idarəsindən əzab-əziyyət çəkən xalqların azadlığı və suverenliyi işinə dəstək verilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Enerji sahəsində əməkdaşlıq məsələsinə toxunan dövlətimizin başçısı ölkələrimizin Avropa qitəsinə mühüm qaz ixracatçısı olduqlarını dedi və OPEC+ çərçivəsində yaxından əməkdaşlığın aparılmasından məmnunluğunu ifadə etdi.

COP29-un ölkəmizdə keçirilməsi münasibətilə də təbriklərini çatdıran səfir Azərbaycanın bu mühüm tədbirə uğurla ev sahibliyi edəcəyinə əminliyini bildirdi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Əlcəzairin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib  YENİLƏNİB VİDEO

Macarıstanda ağcaqanadlar təhlükəli Qərbi Nil virusunu yayır

Baş nazir: Orta Dəhliz üzrə yük axını yaxın 4 ildə üç dəfə arta bilər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Neftin qiyməti 120 dollara yüksələ bilər - PROQNOZ

Messi MLS-də unikal rekorda imza atıb

Mariam Kvrivişvili: Gürcüstan hökuməti Orta Dəhlizin səmərəliliyinin artırılması məqsədilə mühüm layihələr həyata keçirir

Batumidə Beynəlxalq Dənizçilik Forumu işə başlayıb

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib

Səməd Vurğunun həyat yoldaşının xatirələrində əks olunan həyatının az məlum səhifələri

® Neft işçilərinə özəl – 3 faiz endirimli, komissiyasız kredit

Gənclər Fondunun qrant müsabiqəsinin nəticələri elan olunub

Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək – ŞƏRH

Sabah arabir yağış yağacaq, qısamüddətli leysan olacaq - PROQNOZ VİDEO

Sabah arabir yağış yağacaq, qısamüddətli leysan olacaq - PROQNOZ VİDEO

Baş nazir: 2020-ci ildən Orta Dəhliz üzrə yük axını 7 dəfə artıb

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir

Əməkhaqlarının artırılması səhiyyə işçilərinin peşəkar inkişafına müsbət təsir göstərəcək – ŞƏRH

Şəki və Qaxın çaylarında temperatur göstəriciləri üzrə monitorinq aparılıb

Patrisia Skotland: Azərbaycan COP29-da uğur üçün arxitektura və yol xəritəsi yaratdı

Rövşən Tağıyev: Yorğun və yuxulu sürücülər yollarda təhlükə yaradırlar VİDEO

Rövşən Tağıyev: Yorğun və yuxulu sürücülər yollarda təhlükə yaradırlar VİDEO

Təranə Əmiraslanlı: XXI əsrin kimya müəllimi şagirdə yalnız bilik deyil, bacarıq da qazandırır VİDEO

Təranə Əmiraslanlı: XXI əsrin kimya müəllimi şagirdə yalnız bilik deyil, bacarıq da qazandırır VİDEO

Gürcüstan liman və dəmir yollarının ötürmə qabiliyyətini ikiqat artırmağı hədəfləyir

Agentlik direktoru: Regional əməkdaşlıq Azərbaycanın yaşıl enerji siyasətində mühüm yer tutur

Çempionlar Liqası: “Mançester Yunayted” – “Sabah” oyunu sükutla başlayacaq

Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 14,8 faiz artıb

Gecikdirilmiş 517 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub

Azərbaycana idxal olunan elektromobil və hibrid avtomobillərinin sayı açıqlanıb – STATİSTİKA

Cavid Abdullayev: “Milli Hidrogen Strategiyası”nın icra planı üzərində işlər davam edir

İrakli Kobaxidze: Bakı-Tbilisi-Qars dəmir yolu Orta Dəhlizin inkişafına töhfə verir

BDYPİ: Uşaqların yol təhlükəsizliyi üçün hər kəs məsuliyyətli olmalıdır

7:30-da dayanan saat: Xavər Vəkilovanın xatirələri

Kristian Mensah: COP31-ə gedən yolda iqlim əməkdaşlığının qorunması vacibdir

Qırx beş il sonra yenidən doğma AzTU-da: məzunların unudulmaz görüşü

BCAW2026 çərçivəsində yaşıl enerji sənayesinin inkişafı müzakirə olunur

Filoloq Qırğız akınlığı ilə Azərbaycan aşıq sənətinin oxşar və fərqli cəhətlərini açıqlayıb

Milli Xalça Muzeyində Nərmin Nəcəffin “NAR əfsanəsi” fərdi sərgisi açılacaq

İbrahim Qəfərov: Şəhidlərin xatirəsi tarixi irsə zərər vurulmadan yaşadılmalıdır

Yəmənli tədqiqatçı: Bakı İqlim Həftəsindəki müzakirələr bərpaolunan enerjinin inkişafı üçün əhəmiyyətlidir

Şagird: Uğurun əsas şərti zəhmətdir VİDEO

Şagird: Uğurun əsas şərti zəhmətdir VİDEO

Prezidentin nümayəndəsi: COP31-də elektrikləşmənin sürətləndirilməsi əsas məsələlərdən biri olacaq VİDEO

Prezidentin nümayəndəsi: COP31-də elektrikləşmənin sürətləndirilməsi əsas məsələlərdən biri olacaq VİDEO

Avropa Hüquq İnstitutu ilə HEQT Mərkəzi arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb

XİN-in idarə rəisi: COP konfransına ev sahibliyi diplomatik, təşkilati və siyasi baxımdan böyük məsuliyyətdir

Gənclər Kitabxanasında “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş elektron məlumat bazası hazırlanıb

“Tarixi yerlər və abidələr” VI Beynəlxalq Sulut Simpoziumu təşkil edilib

Tanzaniyalı koordinator: İqlim dəyişiklikləri ilə mübarizədə maliyyə resurslarının səfərbər edilməsi vacibdir

Akademik Musiqili Teatr yeni mövsümə başlayıb

Süni mayalanma subsidiyası yeni qaydada hesablanacaq

Avropa çempionatında Azərbaycanı iki paraüzgüçü təmsil edəcək

Fransada feminist təşkilatlar cinsi zorakılığa qarşı qanunun qəbulunu tələb edirlər

İribuynuzlu heyvanların diri çəkisinə, dəri və yunun təhvilinə məhsul subsidiyaları verilməyə başlanılır VİDEO

İribuynuzlu heyvanların diri çəkisinə, dəri və yunun təhvilinə məhsul subsidiyaları verilməyə başlanılır VİDEO

Bu saata olan əsas xəbərlər

Nazir müavini: Azərbaycanda bərpaolunan enerjinin inkişafı olduqca sürətlə gedir

Muxtar Babayev: Ekoloji əməkdaşlıq növbəti bir parçalanma xətti deyil, körpü olaraq qalmalıdır VİDEO

Muxtar Babayev: Ekoloji əməkdaşlıq növbəti bir parçalanma xətti deyil, körpü olaraq qalmalıdır VİDEO

“AzerGold” “Söyüdlü” qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib

Örüş və otlaqlarda yem bazasının yaxşılaşdırılması məqsədilə xırdabuynuzlu heyvandarlığa subsidiya ayrılacaq

BMT-nin əməkdaşı: İqlim dəyişikliyi ilə mübarizə çoxtərəfli əməkdaşlıq və yaşıl enerjiyə investisiyalar tələb edir

Azərbaycanlı voleybolçu: Rəqib Türkiyə yox, başqa komanda olsaydı, bir neçə mərhələ keçə bilərdik

Fransa nüvə tədqiqatlarına 18 milyon avro maliyyə vəsaiti ayırdı

Dmitro Şlapaçenko: Azərbaycanla BMT arasında iqlim sahəsində əməkdaşlıq konkret nəticələr verir

Cavid Abdullayev: İlin sonunadək bir neçə bərpaolunan enerji stansiyası istismara veriləcək - AÇIQLAMA

Kondisionerlərin istifadəsi şəhərlərin istiləşməsini daha da gücləndirir

Südlük cins heyvanlara görə 1500, ətlik cinslərə isə 1000 manat subsidiya veriləcək VİDEO

Südlük cins heyvanlara görə 1500, ətlik cinslərə isə 1000 manat subsidiya veriləcək VİDEO

Yalçın Rəfiyev: “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” COP29-un əsas miraslarından birinin davamıdır

Muxtar Babayev: Son onillik ərzində səfərbər edilmiş özəl iqlim maliyyəsinin 66 faizi ortagəlirli ölkələrə yönəlib

“Qarabağ” və “Dilbaz” atlarının saxlanmasına subsidiya veriləcək

Bakıdan COP31-ə: Parçalanmış dünyada dinamikanın saxlanılması

Süd istehsalçılarına yeni dəstək mexanizmi: Hər tona 70 manat subsidiya

Türkiyə-Azərbaycan Biznes Şurası üzrə yeni əməkdaşlıq formatı yaradılacaq

Sumqayıt teatrı yeni mövsümü "Ölməz" tamaşası ilə açacaq

Françesko La Kamera: Qarşıdakı onillik elektrikləşmə onilliyi olmalıdır

Avstraliyada təyyarə qəzasında 2 nəfər ölüb

Naxçıvanda hər 1000 ədəd süfrəlik yumurtaya 30 manat subsidiya veriləcək

Saymon Stil: COP29 çərçivəsində Azərbaycan iqlim maliyyələşdirilməsi istiqamətində əhəmiyyətli irəliləyiş əldə etməyə kömək etdi

Səkkiz ayda dövlət büdcəsindən 224 milyon manat geri qaytarılıb

Balıqçılıqda ilk dəfə məhsul subsidiyası tətbiq olunacaq

DİN: Cinayət törətməkdə şübhəli bilinən 90 nəfər saxlanılıb

Sərhədboyu əkinçiliyə əlavə dəstək veriləcək

Baş prokuror Şamaxıda vətəndaşların müraciətlərini dinləyəcək

Texnika, suvarma və yaşıl enerjiyə güzəştlər artırılır

Dəniz ticarətinin əsas marşrutları yeni böhranlarla üz-üzədir

Ekspert: Qaya və daşlara, tarixi yerlərə müdaxilə edən şəxslərə qarşı müəyyən məhdudiyyətlər tətbiq edilə bilər

Şəhid atası: Şəhidlərimizin adını qayalara yazmağa ehtiyac yoxdur, onlar qəlbimizdədir

Mateuş Koxalskinin yeni klubu və “Qarabağ”a ödəniləcək təzminat bəlli olub

AQTA Amerika ağ kəpənəyinə qarşı monitorinq tədbirlərini davam etdirir

Françesko La Kamera: Enerji keçidi iqtisadi və strateji zərurətdir

Milli Hidrometeorologiya Xidməti faktiki hava şəraitini açıqlayıb

Əkin və bağçılıq subsidiyası üzrə sığorta tələbləri yenilənib

Samed Ağırbaş: COP31 komandası olaraq COP29 sədrliyindən çox şey öyrənmişik

Fermerlər əkin subsidiyasının 30 faizini avans şəklində ala biləcəklər

Aqrar sahədə beynəlxalq sertifikatların alınmasına dövlət dəstəyi veriləcək

“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” (BCAW 2026) başlayıb YENİLƏNİB VİDEO

“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” (BCAW 2026) başlayıb YENİLƏNİB VİDEO

Sadiq Qurbanov: İqlim sisteminin dəyişməsində insan fəaliyyətinin təsirləri mühüm rol oynayır

Sertifikatlı toxumun istehsalına dəstək genişləndirilir

Şərurda minik avtomobili yanıb VİDEO

Şərurda minik avtomobili yanıb VİDEO

Şuşa döyüşçüsü: Qarabağa ad yazmağa yox, qəhrəmanlarımızın yazdığı tarixi yaşatmağa gedək

İndoneziyada marketdə baş verən yanğın nəticəsində 11 nəfər həlak olub

® Yayın son fürsəti: “Ziraat Bank Azərbaycan”ın 0 faiz komissiyalı, 90 gün güzəştli kredit kampaniyasına cəmi 8 gün qalıb!

Emala təhvil verilən məhsullar üzrə subsidiyaların əhatəsi genişləndirilir

“Araz-Naxçıvan”ın futbolçusu: “Qarabağ” kimi komandalara qarşı oynamaq hər zaman çətindir

COP30-un icraçı direktoru : İqlim dəyişikliyi ilə mübarizə üçün çoxtərəfliliyi gücləndirməliyik

Azərbaycanın və İranın həyata keçirdikləri birgə layihələrin icra vəziyyəti müzakirə edilib