SOCAR rəsmisi: SAP ilə fəaliyyətimiz çox genişdir VİDEO
Bakı, 16 oktyabr, AZƏRTAC
SOCAR 15 ilə yaxındır ki, öz əməliyyatlarında SAP-ı tətbiq edir. SOCAR-ın SAP fəaliyyəti çox genişdir və gələcəkdə də bu fəaliyyət davam edəcək.
Bunu AZƏRTAC-a açıqlamasında SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidentin müavini Ziya Mürsəlzadə deyib.
Ziya Mürsəlzadə bildirib ki, SOCAR-ın çox inkişaf etmiş ERP (Müəssisə Resurslarının Planlaşdırılması) sistemi var.
“ERP real vaxt rejimində proqram təminatları və texnologiya vasitəsilə əsas biznes proseslərinin inteqrasiya olunmasıdır. Bu, SOCAR-ın həyata keçirdiyi fəaliyyət və korporativ idarəetmənin “The Biggest ever” mükafatına layiq görülməsinə rəvac verib”, - deyə SOCAR rəsmisi vurğulayıb.