Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Məngələnata çox mühüm strateji yüksəklik idi...” – Füzuli şəhərini işğaldan azad edən hərbçilər danışır VİDEO

Bakı, 17 oktyabr, AZƏRTAC

Düz 4 il əvvəl oktyabrın 17-də Füzuli şəhəri işğaldan azad olundu. Otuz ilə yaxın müddətdə düşmən işğalında qalan Füzuli rayonunu azad edilmiş rayonların rəmzi olaraq “Giriş qapısı” adlandırmaq da mümkündür. Çünki Qarabağın işğaldan azad olunması üçün əvvəlcə Füzuli azad edilməliydi. Rayon strateji cəhətdən mühüm əhəmiyyətə malik olduğu üçün düşmən ordusu həmin ərazilərdə güclü müqavimət göstərirdi. Məhz bu səbəbdən də yuxarı komandanlıq ilk əks-hücum əməliyyatına Füzuli ərazisindən başlamaq barədə əmr verdi. Əsgər və zabitlərin böyük qəhrəmanlığı, fədakarlığı, bölmələrimizin döyüş ruhu və qələbə əzmi düşmənin müqavimətini qırdı. Şəxsi heyətin şücaəti və peşəkarlığı qarşısında aciz qalan düşmən silah-sursatını da ataraq müqavimət göstərdiyi mövqeləri, səngərləri qoyub qaçdı, yaşayış məntəqələrimizdən çıxarıldı. Beləliklə, 2020-ci il sentyabrın 27-də başlanan əks-hücumdan sonra ilk müdafiə xətti yarıldı və döyüş tapşırığı uğurla yerinə yetirilərək düşmənin ön xətti darmadağın edildi. Erməni hərbi birləşmələri “keçilməz “Ohanyan səddi”ndən geri oturdularaq ərazidə ən hündür yerə - Məngələnata dağına sığındı. Həmin yüksəkliyin düşməndən təmizlənərək nəzarətə götürülməsi Ordumuzun uğur qazanmasında mühüm rol oynadı.

Füzulu Şəhəri Günü ərəfəsində AZƏRTAC-ın çəkiliş heyəti Məngələnata dağını və Füzuli şəhərini işğaldan azad edən hərbçilərdən müsahibələr alıb.

Füzulinin işğaldan azad olunmasında böyük şücaət göstərən Azərbaycan Ordusunun hərbi qulluqçularından biri həmin günləri belə xatırlayır: “Məngələnata dağı çox mühüm strateji yüksəklik idi. Bu dağda düşmənin silahlı qüvvələri yerləşmişdi, çox güclü istehkam qurğuları vardı. Düşmənin oradan çıxarılması bir neçə saat çəkdi. Rəşadətli Ordumuzun onların üzərinə hücuma keçməsi nəticəsində düşmən silahını, təchizatını qoyaraq geri çəkildi. Hərbçilərimiz Məngələnata dağına gələnə qədər düşmənin bir neçə əsas dayaq məntəqəsini darmadağın etdi. Rəşadətli Ordumuz Alxanlı, Əbdürrəhmanlı kəndlərindən düşməni geriyə çəkilməyə məcbur etdi və düşmənə sarsıdıcı zərbələr endirdi.

Digər hərbi qulluqçu deyib: “Biz Füzuli rayonunun Alxanlı kəndindən keçəndən sonra Şpartı düzü istiqamətindən Məngələnata dağında gedən döyüşə başladıq. Azərbaycanın artilleriya qüvvələri döyüşə başladıqdan sonra 30 dəqiqə ərzində düşmənin əsas qüvvələrinə dayanmadan, sarsılmaz zərbələr endirdi. Düşmən artilleriya zərbələrini görəndən sonra mövqelərini tərk etmək məcburiyyətində qaldı. Həmin vaxt bir məqsədimiz vardı: Döyüşdə itki az vermək və torpaqlarımızı azad etmək. Allah şəhidlərmizə rəhmət etsin. Öz doğma torpaqlarımızı düşmən tapdağından təmizlədiyimiz üçün fəxr hissi keçirirəm”.

Füzulidəki döyüşün əhəmiyyətdən danışan hərbi ekspert Azər Bayramovun fikrincə, rayonun işğaldan azad olunması ilə erməni silahlı qüvvələri “bufer zonası”nı itirmiş oldu: “Xankəndinin və Xocavəndin müdafiə olunması üçün düşmən Füzuli şəhərini “bufer zona” kimi görürdü. Belə ki, Azərbaycan Ordusunun həyata keçirdiyi fəaliyyətlər, “Ohanyan səddi”nin yarılması, Füzuli və Cəbrayıl rayonlarının bir neçə kəndinin azad olunmasından sonrakı mərhələdə düşmən Silahlı Qüvvələrimizin əsas hücumunu məhz Füzuli şəhərindən gözləyirdi. Onların əsas məqsədi Azərbaycan Ordusunun qarşısını açıqlıq ərazidə almaq idi”.

Bu döyüşlərdə qalib gələn qəhrəman hərbçilərimiz qələbələri ilə xalqımızı sevindirib, dövlətimiz tərəfindən fəxri adlara, orden və medallara layiq görülüblər. Onlar əməklərinə verilən yüksək qiymətə görə Ali Baş Komandana minnətdarlıqlarını bildiriblər.

Füzulinin azad olunması uğrunda döyüşlərdə iştirakına görə medalla mükafatlandırılan digər hərbi qulluqçulardan biri isə deyib: “Ermənilərin keçilməz hesab etdikləri səddi yararaq irəliləsək də, əlverişli strateji yüksəklik olan Məngələnata dağı adlanan ərazi düşmən nəzarəti altında idi. Düşmən həmin strateji yüksəklikdən canlı qüvvə və döyüş texnikasının hərəkətini izləyə bilirdi. Məngələnata dağının təmizlənməsi uğrunda ordu hissələrimizin uğurla yerinə yetirdiyi əməliyyatdan sonra Azərbaycan Ordusu bütünlüklə Füzuli rayonuna nəzarət etməyə başladı.

Bir Ordu mənsubu olaraq Füzulinin işğaldan azad olunması uğrunda aparılan döyüşlərdə fəal iştirak etdiyimə, Ali Baş Komandan tərəfindən medallarla təltif olunduğuma görə qürur hissi keçirirəm”.

Düşmən məqsədinə çata bilmədi. Şəhidlərimiz, qazilərimiz olsa da, Ali Baş Komandan İlham Əliyevin verdiyi əks-hücum əmri uğurla yerinə yetirildi və beləliklə Füzuli şəhəri düşmən işğalından azad edildi. Hədəf isə bütün Qarabağı işğaldan azad etmək idi və bu arzumuza da çatdıq!

Müharibədən sonra azad olunan həmin ərazilərdə böyük abadlıq, tikinti-quruculuq işləri aparılır. Füzuliyə həyatın qayıtması, məcburi köçkünlərin öz doğma torpaqlarına geri dönməsi Prezident, Ali Baş Komandanın yürütdüyü uğurlu siyasətin nəticəsidir.

“Məngələnata çox mühüm strateji yüksəklik idi...” – Füzuli şəhərini işğaldan azad edən hərbçilər danışır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qızıl və gümüş ucuzlaşıb

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır

Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb YENİLƏNƏCƏK

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur