Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezidentin qonaq olduğu Orucovlar ailəsindən reportaj FOTO VİDEO

Ballıca, 21 fevral, Rəşad Türkoğlu, AZƏRTAC

37 il… Bir ömrün yarısı qədər uzun bir zaman. Bu illər ərzində minlərlə insan doğma yurd həsrəti ilə yaşadı, torpağını görmədən dünyadan köçdü. Amma zaman gəldi, ümidini itirməyənlər üçün yeni bir səhifə açıldı. İllər sonra Ballıca kəndinin sakinlərinin doğma torpaqlarına qayıdışı artıq gerçək olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Əvəz Orucov uzun illər bu kənddə yaşayıb. Amma həyatının böyük hissəsi köçkünlükdə keçib. O, 1987-ci ildə oğlunun Ballıcada göz açdığını deyir. Lakin bu xoşbəxtlik uzun sürməyib. “1988-ci ildə ermənilər bizə təzyiq göstərməyə, evimizi daşlayıb, yandırmağa başladılar. Məcbur qalıb Xocalının mərkəzi hissəsinə köçdük. 1992-ci ildə isə Xocalı faciəsi baş verdi. Oradan da min bir əziyyətlə Ağcabədiyə getdik”, - deyə Əvəz Orucov həmin dəhşətli günləri xatırlayır.

Ailə müxtəlif rayonlarda məskunlaşaraq köçkün həyatının bütün çətinliklərini yaşayıb. Əvəz Orucov bildirir ki, Ağcabədidən sonra atası ilə birlikdə İsmayıllının Vəng kəndində məskunlaşıblar: “Topxana deyilən ərazidə bizə yer verdilər, palatka qurub, yavaş-yavaş özümüzə şərait yaratmağa başladıq. O illər çox çətin idi. Çörək tapmaq mümkün olmurdu. Çörək qıtlığı yaşanırdı. İvanovkada biri bizə taxıl alıb verirdi. Biz də daş dəyirmanında üyüdüb bir təhər dolanırdıq. Sonra torpaq sahəsi verdilər, hərəyə 1-2 hektar, əkin-biçinlə məşğul olduq, heyvan saxladıq...”.

Ballıcadan didərgin düşəndə evin böyük övladı İlqar Orucovun cəmi bir yaşı vardı. O, həmin günləri xatırlamasa da, valideynlərinin danışdıqları hekayələr onun yaddaşında silinməz iz buraxıb. “Həmişə inanırdım ki, kəndimizə qayıdacağıq. Ali Baş Komandanımızın torpaqlarımızın azad olunması ilə bağlı tutduğu qətiyyətli mövqe bizdə bu inamı yaratmışdı. Vaxt gəldi, zaman gəldi, qayıtdıq torpağımıza, bu günə şükür. Bizə ev verdilər, iş verdilər. Atam da işləyir, mən də. Hər şey gözəldir”, - deyir İlqar.

Orucovlar ailəsinin Ballıcaya qayıtdıqdan sonra yaşadığı ən yaddaqalan anlardan biri isə fevralın 19-da Prezident İlham Əliyevin kəndə səfəri zamanı onların evində qonaq olması olub. “Yuxuma da girməzdi ki, cənab Prezident bizim evimizə gəlsin. Allah onun canını sağ eləsin. Həyəcanlı idim ki, mən onun qarşısına necə çıxacağam deyə, nə edəcəyimi bilmirdim. Amma elə bir səmimiyyət göstərdi ki… Çox səmimi görüşdü, evimizə baxdı, şəraitimizlə tanış oldu. Bizə dedi ki, nə probleminiz var? Dedim, heç bir problem yoxdur. Nəvəm də şeir söylədi. Prezidentimizin kəndimizə, evimizə gəlməsinə çox sevindik”, - deyə Əvəz Orucov bildirir.

İllərlə müxtəlif rayonlarda köçkün həyatı yaşayan Orucovlar ailəsi kimi minlərlə insan artıq doğma evlərində, isti yuvalarında firavan və xoşbəxt günlər keçirirlər. Bu, təkcə bir ailənin deyil, bütün Azərbaycanın qələbəsidir. Ballıcaya köçən hər ailə burada yeni bir səhifə açır. Onlar qurub-yaratmağa, doğma kəndlərini yenidən abadlaşdırmağa başlayıblar.

Xatırladaq ki, Xocalı şəhərinə və rayonun Ballıca kəndinə artıq bir neçə köç prosesi həyata keçirilib. Kənddə 137 ev bərpa olunub, 60-a yaxın evin isə bərpası davam edir.

 

Prezidentin qonaq olduğu Orucovlar ailəsindən reportaj FOTO  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yüksək Liqa: "Xilasedici" bürünc medal uğrunda ilk oyunda "Neftçi"yə qalib gəlib

Premyer Liqa: London klubları səfərdə qalib gəliblər, “Mançester Yunayted” isə evdə məğlub olub

Peskov: Putin Pasxa atəşkəsinin uzadılması barədə göstəriş verməyib

Ukraynalı ekspert: Ukrayna və ABŞ birgə əməkdaşlıqda maraqlıdır

Azərbaycan Mədəniyyəti Avstriyada təbliğ olunur

İmişlidə Pasxa bayramı qeyd edilib

Dillər Universitetində “Çin dili günü” qeyd olunub

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı başa çatıb

Taleh Babayev: Binəqədi rayonunda baş verən yanğının ilkin səbəbləri araşdırılır VİDEO

Taleh Babayev: Binəqədi rayonunda baş verən yanğının ilkin səbəbləri araşdırılır VİDEO

Lahor-Bakı birbaşa aviareysi üzrə ilk uçuş həyata keçirilib

Beynəlxalq riyaziyyat müsabiqəsində şimal bölgəsindən 3 minə yaxın şagird iştirak edib

Binəqədi rayonunda yanğın səbəbindən bəzi küçələrdə nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb

FHN: Binəqədi rayonunda yerləşən obyektdə baş vermiş yanğın tam söndürülüb YENİLƏNİB 3 VİDEO

FHN: Binəqədi rayonunda yerləşən obyektdə baş vermiş yanğın tam söndürülüb YENİLƏNİB 3 VİDEO

Şamil Ayrım: Azərbaycan Prezidenti ADA Universitetində dediyi fikirlərlə qardaşlığın əməldə olduğunu bütün dünyaya göstərdi

Gürcüstanda pasxa bayramı qeyd olunur

Binəqədidə baş verən yanğınla əlaqədar ərazidə nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib

Azərbaycanın avtomobil yollarında dumanla əlaqədar görünüş məsafəsi məhdudlaşacaq

Sabahdan DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq

Bakının Binəqədi rayonunda yanğın baş verib VİDEO

Bakının Binəqədi rayonunda yanğın baş verib VİDEO

Pasxa bayramı münasibətilə Lənkəranda mərasim təşkil olunub VİDEO

Pasxa bayramı münasibətilə Lənkəranda mərasim təşkil olunub VİDEO

Azərbaycan pravoslavları Pasxa bayramını qeyd edirlər VİDEO

Azərbaycan pravoslavları Pasxa bayramını qeyd edirlər VİDEO

Proqnoz: Sabah ölkə ərazisində hava əsasən yağmursuz keçəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna bu gün yekun vurulacaq

“Yeni Şafak” qəzeti: Fransa arxivləri erməni yalanlarını ifşa edir

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Gəncədəki Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində Pasxa bayramı qeyd olunub

Milli Kitabxanada Əməkdar incəsənət xadimi Xanımana Əlibəyli və professor Azad Nəbiyev ilə bağlı kitab sərgiləri açılıb

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər

Almaniyada minlərlə insan Pasxa yürüşlərində sülh tələbi ilə nümayişlər keçirib

Premyer Liqa: Bu gün “Qarabağ”ın çempionluğu rəsmiləşə bilər

Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs Pasxa bayramı ilə bağlı paylaşım edib

Omanda Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının illik konfransı keçiriləcək

Yeni tədqiqat Yerdəki suyun mənşəyinə dair mövcud nəzəriyyəni təkzib edir

Beynəlxalq Kosmik Stansiyadan 3 nəfər Yerə qayıdıb

Sevimli musiqinin beynin opioid sistemini aktivləşdirdiyi sübut olunub - TƏDQİQAT

Bundesliqa tarixində yeni rekord

Azərbaycan Rabat Beynəlxalq Kitab Sərgisində təmsil olunur

İğdırdakı Azərbaycan diasporunun nümayəndələri Aralıq rayonuna səfər ediblər

Mahirə Hüseynova: Biz doğulduğumuz torpaqlara qayıtmaq istəyirik

Hüseyn İşıksal: Prezident İlham Əliyev Şimali Kiprin hüquqlarının müdafiəsinə böyük töhfə verir

Əziz Ələkbərli: 1948-1953-cü illərdə Qərbi Azərbaycandan 150 mindən çox soydaşımız deportasiya olunub

Mixail Qusman: Bakılı bəstəkarın yaratdığı əsərin yenidən Bakı tamaşaçısına qovuşmasına yalnız sevinə bilərəm

Almaniyanın Hessen əyalətində silahlı insindent zamanı iki nəfər güllələnib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Zoluşka” operasının təqdimatında iştirak edib

Timur Vaynşteyn: Atamın yubileyi günlərində “Zoluşka” operasının premyerasının keçirilməsindən xoşbəxtəm

Sadıq Dadaşov Azərbaycan memarlığının parlaq səhifəsidir

Bundesliqa: “Bavariya” böyük hesablı qələbə qazanıb

Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda ilk mükafatçılar müəyyənləşib

Avropa Azərbaycan Mərkəzi: Mədəni irs müharibənin obyekti olmamalıdır - BƏYANAT

Qurban Qurbanov: Builki səhvlərdən dərs çıxarıb, yeni mövsümə fərqli hazırlaşacağıq

Samir Abasov: Fərdi səhvlər məğlubiyyətə səbəb oldu

Sankt-Peterburqda Azərbaycan icmasının nümayəndələri ilə görüş keçirilib

Azərbaycan derbisi: “Qarabağ” “Neftçi”ni üç cavabsız qolla məğlub edib - YENİLƏNİB-3

Bakıda II Milli Təhsil Zirvəsi keçirilib

Premyer Liqa: "Mançester Siti" səfərdə üç xala sevinib

Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Azərbaycan” pavilyonunda master-klas təşkil olunub

Ukrayna Pasxa bayramında 277 hərbçisini əsirlikdən vətənə qaytarıb

İsveçli perkussionist və bəstəkar Robert İkiz “Qavaldaş” adlı kompozisiyasını təqdim edib

Polkovnik Cəlil Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti Mahaçqalada görkəmli dövlət xadimi Əziz Əliyevin xatirə kompleksini ziyarət edib

Rusiya Prezidenti Pasxa münasibətilə atəşkəs elan edib

Yer Günü ilə əlaqədar keçirilən festivalda 3500 litrə yaxın plastik butulka yığılıb YENİLƏNİB

FHN: İntensiv yağışlarla əlaqədar yaranmış fəsadların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir

Azərbaycan derbisində start heyətlər açıqlanıb

Energetika naziri Albaniyanın Korça şəhərinin qazlaşdırılması layihəsinin təqdimatında iştirak edib

Qaxda “Qərbi Azərbaycana qayıdış tarixi zərurətdir” mövzusunda elmi-praktik konfrans keçirilib

Bu gün Bakının 550 küçəsi yuyulub

Voleybol üzrə Azərbaycan çempionatında üçüncü yer uğrunda ilk oyun keçirilib

Qubada 60-dan çox şagird sabah keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək: SƏBƏB

Fiqurlu konkisürmə üzrə komandalararası dünya çempionatının qalibi bəlli olub

Qazaxda 4 nəfər dəm qazından zəhərlənib VİDEO

Qazaxda 4 nəfər dəm qazından zəhərlənib VİDEO

Qərbi azərbaycanlının xatirələrindən - Ermənilər qədim qəbiristanlığı şumlayıb, bütün izləri sildilər

Mahir Emrelinin vurduğu qollar “Nürnberq”i məğlubiyyətdən xilas etməyib - YENİLƏNİB

Naftalanda beynəlxalq səhiyyə konfransı keçirilib

Yardımlı rayonunda zəlzələ olub

“Haber Global”: Çin, Fransa və ABŞ Türkiyənin Somalidəki kosmodromu ilə bağlı kəşfiyyat məlumatları toplayır

KİV: Türkiyə diasporu Niderland parlamentinin qərəzli mövqeyini pisləyib

Təhsildə innovativ həllərin təklifi yönündə keçirilən “EduHack 2025: Innovating the Future of Learning” hakatonuna start verilib

Aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparıldığı üçün nəqliyyat sıxlığı yaranıb

Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin ilk oyunları başa çatıb

Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri başlanır

Qazaxıstanda uşaqları daşıyan avtobus ağır qəza törədib

Qədim Şabran abidəsi ərazisində sərgi açılıb

Firəngiz Mütəllimovanın benefisi: "Varlı qadın" tamaşasının premyerası olub

AQTA rəsmisi: Şadlıq saraylarında zalların bər-bəzəyinə ayrılan diqqət mətbəxə, qidaların təhlükəsizliyinə yönəlməlidir

Gənc memarların işləri mükafatlandırılıb

Naxçıvanda məktəblilər arasında Nəsirəddin Tusi adına II fizika-riyaziyyat olimpiadasının final turu keçirilib

Veteran stolüstü tennisçilər arasında Azərbaycan çempionatına start verilib

Ağsu Qoruğunda tarix, sənət və musiqi bir arada

Cəlilabadda yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb

Türkiyəli rektor: Beynəlxalq əməkdaşlıq və gənclərin iştirakı ilə təşkil edilən innovativ təşəbbüslər əhəmiyyətlidir

“Hər muzey bir abidədir” adlı tədbir keçirilib

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

ADAU-EGE ikili diplom proqramı tələbələrinin 4 elmi layihəsi TÜBİTAK tərəfindən qəbul edilib

Azərbaycan Rabat Beynəlxalq Kitab Sərgisində təmsil olunur

İsmayıllıda qeyri-sabit hava şəraitinin törətdiyi fəsadlar aradan qaldırılıb

“Neftçi” Azərbaycan Kubokunun qalibi olmuş basketbolçu ilə vidalaşıb

Qaya uçqununa görə bağlanan Quba-Qonaqkənd yolu açılıb VİDEO

Qaya uçqununa görə bağlanan Quba-Qonaqkənd yolu açılıb VİDEO

Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək layihəsinin icrasına başlanılıb

Milli Kitabxanada “Akademik Mikayıl Hüseynov – 120” adlı kitab sərgisi açılıb

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib