350 AİLƏ YENİ EVLƏRƏ KÖÇMÜŞDÜR
Asya İnkişaf Bankının maliyyə vəsaiti ilə Mingəçevirdə məcburi köçkünlər üçün salınmış qəsəbəyə artıq 350 ailə köçmüşdür. Qalan 62 evin sahibləri isə yaxın günlərdə məskunlaşdırılacaqlar.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Dövlət Qaçqınkom və şəhər icra hakimiyyəti qəsəbənin abadlaşdırılması işlərini davam etdirir, buraya qaz, telefon çəkilməsi üçün tədbirlər görür.