Dəyişən “Son zəng” ənənələri VİDEO
Bakı, 15 may, AZƏRTAC
May ayının son günlərində məktəblərdə xüsusi əhvali-ruhiyyə hiss olunur. “Son zəng” – bu sözlər təkcə bir mərasimi deyil, həm də bir ömür parçasını ifadə edir. Təəssüf ki, “Son zəng” bəzi məktəblərdə öz mahiyyətindən uzaqlaşaraq daha çox nəzarətsiz davranışlarla, təhlükəli hadisələrlə yadda qalır. Bəzi valideynlər isə övladlarının məzun gününü toy mərasimi kimi qeyd edirlər. Müğənni dəvət olunur, şagirdlərə bahalı hədiyyələr, qızıl zinət əşyaları təqdim olunur. Bu cür halların vərdiş halını almaması üçün Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi xəbərdarlıq edib.
Daha ətraflı AZƏRTAC-ın videosüjetində