Bakı sakini Qaxda ağacdan yıxılaraq ölüb VİDEO
Qax, 22 sentyabr, AZƏRTAC
Qax rayonunun Çinarlı kəndində ağacdan qoz çırpan adam ehtiyatsızlığın qurbanı olub.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, Bakı şəhər sakini, 57 yaşlı Nizami Şəkərəliyev Çinarlı kəndindəki təsərrüfatında qoz çırpmaq üçün ağaca çıxıb. O, bu zaman ehtiyatsızlıq edib və ağacdan yıxılıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. N.Şəkərəliyev Qax Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.
Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.