İntiqam Babayev: Mədəniyyət günləri çox gözəl platformadır VİDEO
Füzuli, 18 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
Bu günlər ərzində bir daha şahid olduq ki, iki ölkənin xalqları, eləcə də yaradıcı insanları arasında çox sıx münasibət və dostluq əlaqələri var.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri İntiqam Babayev, Füzulidə keçirilən Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimində bildirib.
Onun sözlərinə görə, mədəniyyət günləri çox gözəl platformadır və mədəniyyətlərimizin təbliğ edilməsi üçün önəmlidir. Müxtəlif xalqlara məxsus mədəni irsin yaxından tanınması üçün belə tədbirlər böyük əhəmiyyətə malikdir.