Benita Ferrero-Valdner: Dövlət-özəl tərəfdaşlığına və qeyri-dövlət aktorlarının iştirakına xüsusi diqqət yetirilməlidir VİDEO
Bakı, 12 mart, AZƏRTAC
Avropa İttifaqı və bir çox digər təşkilatlarda qərar qəbulu vaxt aparsa da, biz daha sürətli ola bilərik. Qruplar tərəfindən qoyulan məhdudiyyətlər aradan qaldırılmalı, dövlət-özəl tərəfdaşlığına və qeyri-dövlət aktorlarının iştirakına xüsusi diqqət yetirilməlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Böhran içində çoxtərəflilik: Qlobal əməkdaşlığa yenidən baxış" mövzulu paneldə Avstriya Respublikasının sabiq xarici işlər naziri Benita Ferrero-Valdner deyib.
Benita Ferrero-Valdner Aİ-nin proqnozlaşdırılabilən bir qurum və etibarlı tərəfdaş kimi mühüm aktiv olduğunu diqqətə çatdırıb.
"Çevik koalisiyalar nəticəyönümlü olduqları təqdirdə daha konstruktiv ola bilərlər, lakin onlar mütləq şəffaf və hüquqi çərçivədə fəaliyyət göstərməlidirlər", - deyə o bildirib.