Azərbaycan Standartlaşdırma İnstitutu: Yanvar-fevral aylarında 36 yeni dövlət standartı qəbul olunub VİDEO
Bakı, 18 mart, AZƏRTAC
2021-ci ildən 2025-ci ilədək 57 təlim keçirilib, müvafiq müəssisələrə 310 sertifikat verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Standartlaşdırma İnstitutunun Baş direktorun müavini/ baş direktor vəzifəsini müvəqqəti icra edən Kəmalə Məmmədzadə "AZS ISO 20121:2026 Tədbir davamlılığının idarəetmə sistemləri" üzrə dövlət standartının təqdimatı ilə bağlı keçirilən tədbirdə deyib.
K.Məmmədzadə qeyd edib ki, 2021-ci ildə 36, 2022-ci ildə 68, 2023-cü ildə 139, 2024-cü ildə 232, 2025-ci ildə 345 yeni dövlət standartı qəbul olunub və beləliklə, 2021-ci ilə müqayisədə 2025-ci ildə standartların qəbulu 9 dəfədən çox artıb: “O cümlədən cari ilin yanvar-fevral ayları üzrə 36 yeni dövlət standartı qəbul olunub və 6 dövlət standartının dövrü yoxlaması aparılıb”.
Fotoqraf - Azər İbrahimov
Video - Namiq Abdullayev