Bakıda aerobika və akrobatika gimnastikası üzrə Dünya Kuboku start götürüb VİDEO
Bakı, 5 iyun, AZƏRTAC
Bakıda aerobika və akrobatika gimnastikası üzrə Dünya Kuboku yarışlarına start verilib.
AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan turnirlərin ilk günündə idmançılar təsnifat mərhələsində çıxış edirlər.
Aerobika üzrə yarışlarda Azərbaycanı Sara Əlixanlı, Vladimir Dolmatov, Mədinə Mustafayeva, Arzu Ağayeva, Leyla Bejanova və Xədicə Quliyeva, akrobatikada isə Daniel Abbasov-Murad Rəfiyev və Seymur Cəfərov-Rəsul Seyidlidən ibarət kişi cütlükləri, Anahita Başiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyevadan ibarət qadın qrupu təmsil edir.
Hər iki turnirə iyunun 7-də yekun vurulacaq. Yarışlarda ümumilikdə 20-yə yaxın ölkədən gimnastlar mübarizə aparırlar.
Müxbir - Aynur Əlixanlı
Fotoqraf - İlqar Cəfərov
Operator - Mirrəsul Cəfərov