Azərbaycan Dövlət İnformasiya Agentliyi

Torpağın səthi təhlükəsiz təsir bağışlasa da, onun altında ölümcül təhlükə gizlənə bilər – Füzulidən reportaj VİDEO

Füzuli, 18 iyun, AZƏRTAC

İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, əhalinin təhlükəsiz və dayanıqlı məskunlaşması, həmçinin davamlı iqtisadi aktivliyin təmin olunaraq regionun yüksək inkişaf səviyyəsinə çatdırılması üçün ilkin mərhələdə torpaqların mina və müharibənin digər partlayıcı qalıqlarından təmizlənməsi əsas şərtdir. Bu məqsədlə bölgədə humanitar mina təmizləmə əməliyyatları planlı şəkildə davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri işğaldan azad edilən ərazilərdə ANAMA əməkdaşlarının fəaliyyəti ilə bağlı reportaj hazırlayıb. Həmin reportajı təqdim edirik:

İstiqamətimiz işğaldan azad edilən Füzuli rayonunadır. Yolumuz Horadiz kəndindən keçir. Keçmiş təmas xəttində yerləşdiyindən bu kəndin ərazisi uzun illər hərbi istehkam qismində istifadə olunub. Məhz bu səbəbdən bura minalarla yanaşı, digər partlayıcı sursatlarla da ən çox çirklənmiş strateji zonalardan biri sayılır. Ərazidə bizi detektorların səsləri və xüsusi qoruyucu geyimdə, isti havanın yaratdığı çətinliyə baxmayaraq addım-addım irəliləyən minatəmizləyənlər qarşılayır. Burada həyata keçirilən minatəmizləmə əməliyyatları mərhələli və yüksəkriskli xarakter daşıyır. Prosesin ayrılmaz tərkib hissələrindən biri də təhlükəli zonaların çəpərlənməsi və ya konservasiya tədbirləridir.

ANAMA-nın 1 nömrəli təmizləmə dəstəsinin əməliyyat rəhbəri Cabir Səmədov bizimlə söhbətində bu işlərin birbaşa insan həyatının qorunmasına yönəldiyini vurğulayır: "İşğaldan azad edilmiş ərazilərə təhlükəsiz və dayanıqlı qayıdışın təmin olunması məqsədilə minatəmizləmə ilə bərabər, partlayıcılarla yüksək səviyyədə çirklənmiş sahələr çəpərlənir. Çəpərləmə beynəlxalq minatəmizləmə standartlarına (IMAS) uyğun olaraq həyata keçirilən zəruri təhlükəsizlik tədbiridir. Bu addımlar yalnız texniki əməliyyat deyil, həm də uzunmüddətli dövlət strategiyasının əsas sütunlarından biridir".

Əməliyyat rəhbəri ilə söhbətimiz zamanı öyrənirik ki, çəpərləmə işləri sadə bir xəbərdarlıq xətti deyil, beynəlxalq təcrübədə tətbiq edilən alternativsiz təhlükəsizlik sistemidir. Cabir Səmədovun sözlərinə görə, mina təhlükəsi çox hallarda vizual olaraq fərq edilmir. Torpağın səthi tamamilə təhlükəsiz və hamar təsir bağışlasa da, onun cəmi bir neçə santimetr altında ölümcül təhlükə gizlənə bilər. Məhz bu gizli risk amilini sıfırlamaq üçün həmin zonalar xüsusi fiziki baryerlərlə qorunur.

Təcrübə göstərir ki, mina təhlükəsi olan sahələrdə konservasiya tədbirlərinə məhəl qoyulmaması qaçılmaz və ağır faciələrə yol açır. Bu səbəbdən çəpərlənmiş zonalara hər hansı qanunsuz müdaxilə, orada fərdi təsərrüfat fəaliyyətinin qurulması cəhdləri və ya qoruyucu nişanların sökülməsi yolverilməzdir. Bu cür məsuliyyətsiz addımlar həm dövlət qurumlarının sürətli fəaliyyətinə maneə törədir, həm də vətəndaşların həyatını birbaşa təhlükəyə atır.

Horadiz kəndindəki çəpərləmə və təmizləmə prosesini izlədikdən sonra yolumuzu ANAMA əməkdaşlarının intensiv çalışdıqları növbəti nöqtəyə – Aşağı Əbdürrəhmanlı kəndinə salırıq. Bura da vaxtilə düşmənlə üz-üzə, birbaşa təmas xəttində yerləşdiyindən, torpağın həm minalarla, həm də partlamamış hərbi sursatlarla sıxlığı daha yüksəkdir. Digər ərazilərdən fərqli olaraq, burada həm piyada, həm də tankəleyhinə minalara daha çox təsadüf edilir. Bu reallığı nəzərə alaraq, agentliyin mütəxəssisləri ərazidə təhlükəsizlik protokollarına və xüsusi beynəlxalq qaydalara ciddi şəkildə riayət etməklə fəaliyyətlərini davam etdirirlər.

ANAMA-nın 1 saylı təmizləmə dəstəsinin 1 saylı təmizləmə qrupunun rəhbəri Həsən İsmayılovla söhbət edirik. Bildirir ki, minatəmizləmə fəaliyyəti bir neçə prioritet qrupa bölünməklə həyata keçirilir. Bu əməliyyatlar çətin və riskli peşələrdən biridir. Keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə geri qayıtmalarını təmin etmək məqsədilə icra edilən humanitar minatəmizləmə əməliyyatları nəticəsində 2020-ci il noyabrın 10-dan bu günədək 279 min 198,8 hektar ərazi təmizlənib, ümumilikdə 252 min 956 ədəd mina və digər partlayıcı sursat (DPS) aşkar edilərək zərərsizləşdirilib. Onlardan 187 min 360 ədədi DPS, 41 min 885 ədədi piyadaəleyhinə mina (PƏM), 23 min 711 ədədi isə tankəleyhinə minalardır. 2020-ci il noyabrın 10-dan bu günədək, ümumilikdə 264 mina hadisəsi qeydə alınıb. Həmçinin 427 nəfər mina qurbanı olub. Onlardan 73 nəfəri həlak olub, 354 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

“Füzuli rayonunda isə 2020-ci il noyabrın 10-dan 2026-cı il iyun ayının 16-dək 35 min 189,2 hektar ərazi təmizlənib, ümumilikdə 51 min 739 ədəd mina və digər partlayıcı sursat aşkar edilərək zərərsizləşdirilib. Onlardan 35 min 651 ədədi digər partlayıcı sursat, 9 min 575 ədədi piyadaəleyhinə minalar, 6,513 ədədi isə tankəleyhinə minalardır, - deyə qrup rəhbəri bildirib.

Şahid olduğumuz bu mənzərə və rəsmi rəqəmlər bir daha sübut edir ki, təmizlənən hər qarış torpaq, sadəcə, texniki göstərici deyil. Təmiz ərazi – bərpa-quruculuğun təhlükəsiz aparılması, bir fermerin heç bir qorxu duymadan yeni əkin mövsümünə hazırlaşması, uşaqların doğma həyətlərində qorxmadan sərbəst oynaması deməkdir. Dövlətin əsas prioritet istiqaməti olan iqtisadiyyatın və yaşayış şəraitinin tam bərpası məhz bu baza mərhələsindən – minatəmizləmədən asılıdır.

Uzun illərin həsrətindən sonra bu torpaqlarda yenidən yaşamaq böyük bir xoşbəxtlik və qürurdur. Lakin bu xoşbəxtliyin faciəyə çevrilməməsi üçün hər bir köç edən vətəndaş, bölgədə çalışan hər bir şəxs mina təhlükəsi ilə bağlı davranış qaydalarına qeyd-şərtsiz əməl etməlidir. Ərazidə öyrəndiyimiz hər bir təhlükəsizlik qaydasını, bildiyimiz hər bir faydalı məlumatı ətrafımızla paylaşmalı və bu məlumatların miqyasını genişləndirməliyik.

Məhz ANAMA əməkdaşlarının tətbiq etdiyi bu ciddi qaydalar, elmi metodologiyalar və sahədə tökülən alın təri hesabına biz bu gün Qarabağa köç edib, gələcəyimizi istədiyimiz kimi qura bilirik. Minatəmizləmə fəaliyyətinin davam etdiyini nəzərə alaraq tələb olunan təhlükəsizlik qaydalarına riayət etmək, bu prosesin bir parçası kimi hər kəsin əlindən gəldiyi qədər öz töhfəsini vermək vacib şərtlərdəndir.

 

Müxbir-Aydın Yavərzadə

Torpağın səthi təhlükəsiz təsir bağışlasa da, onun altında ölümcül təhlükə gizlənə bilər – Füzulidən reportaj VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib