Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Mygov”da süni intellekt texnologiyalarının tətbiqi dövlət xidmətlərini daha sürətli və fərdiləşdirilmiş şəkildə təqdim edir - ŞƏRH VİDEO

“Mygov”da süni intellekt texnologiyalarının tətbiqi dövlət xidmətlərini daha sürətli və fərdiləşdirilmiş şəkildə təqdim edir -  ŞƏRH  VİDEO

Bakı, 16 iyul, AZƏRTAC

Azərbaycanda rəqəmsal transformasiya yeni mərhələyə qədəm qoyub. Əgər əvvəlki dövrlərdə dövlət qurumları rəqəmsallaşmanı əsasən ayrı-ayrılıqda həyata keçirirdisə, indi əsas məqsəd bütün xidmətlərin vahid rəqəmsal ekosistemdə birləşdirilməsi, vətəndaşların dövlət xidmətlərinə daha rahat çıxışının təmin edilməsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov səsləndirib.

Ekspert qeyd edib ki, Azərbaycanda rəqəmsal transformasiya son illər ərzində bir neçə mərhələdən keçib: “Azərbaycanda bir neçə ildir ki, rəqəmsal transformasiya müxtəlif dövrlərdə müxtəlif formalarda həyata keçdi. İlk mərhələdə hər qurum öz daxilində xidmətlərini rəqəmsallaşdırmağa başladı. Daha sonrakı dövrlərdə isə qurumların yaratdığı xidmətlər bir-biri ilə rəqəmsal müstəvidə əlaqə qurmağa başladı. Bunun nəticəsində vətəndaş üçün xidmətlər daha əlçatan oldu. İndi isə yeni transformasiya mərhələsi başlayıb. Artıq bir çox dövlət qurumları xidmətlərinin 90 faizini rəqəmsallaşdırıb”.

E.Abbasov qeyd edib ki, dövlət xidmətlərinin sayının artması və müxtəlif qurumların çoxsaylı portal və mobil tətbiqlər yaratması vətəndaşlar üçün müəyyən çətinliklər də formalaşdırıb: “Bir qurumun bəzən bir tətbiqi var, bəzən 5 tətbiqi, bir neçə portalı olur və vətəndaş artıq hansı xidmətə haradan müraciət etməli olduğunu müəyyənləşdirməkdə çətinlik çəkir. Buna görə də növbəti transformasiya mərhələsi kimi vahid rəqəmsal hövzənin yaradılmasına ehtiyac yarandı. Bu, inkişaf etmiş ölkələrdə tətbiq olunan beynəlxalq yanaşmadır və Azərbaycan da bu modeli tətbiq edir”.

Onun sözlərinə görə, bu yanaşmanın əsas elementi “Mygov” platformasıdır: “Rəqəmsallaşmanın növbəti mərhələsində dövlət qurumlarının məlumatları vahid hövzədə birləşir və vətəndaş artıq onlarca tətbiq arasında seçim etmək məcburiyyətində qalmır. Dövlətlə vətəndaş arasında rəqəmsal münasibətlər “Mygov”da cəmlənir. “Mygov” beynəlxalq standartlara uyğun şəkildə qurumların xidmətlərini vətəndaşa daha əlçatan edir”.

Elvin Abbasov bildirib ki, platformada süni intellekt texnologiyalarının tətbiqi dövlət xidmətlərinin daha sürətli və fərdiləşdirilmiş şəkildə təqdim edilməsinə imkan yaradır: “Artıq dövlət xidmətləri süni intellektəsaslı həllərlə inteqrasiya olunur. Əvvəllər vətəndaş eyni məlumatı müxtəlif formalarda dəfələrlə daxil edirdi. İndi isə dövlət həmin məlumatları digər qurumlardan rəqəmsal xidmətlər vasitəsilə əldə edir. Məsələn, hər hansı müraciət zamanı sağlamlıq və ya digər arayışlar sistemdə mövcuddursa, vətəndaşın onları yenidən təqdim etməsinə ehtiyac qalmayacaq”.

Ekspert hesab edir ki, böyük həcmdə məlumatların emalında süni intellektdən istifadə həm dövlət, həm də vətəndaş üçün mühüm üstünlüklər yaradır: “Məlumat hövzəsi artıq çox böyükdür. Milyonlarla məlumatın təhlilini insanın həyata keçirməsi mümkün deyil. Süni intellekt isə saatlarla və ya günlərlə aparılan təhlili saniyələr ərzində həyata keçirə və hər bir müraciətə fərdi yanaşma göstərə bilir. Bu, xidmətlərin göstərilmə müddətinin də əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq”.

Onun sözlərinə görə, süni intellekt və vahid məlumat bazası vətəndaşın hansı xidmətə ehtiyac duyduğunu da müəyyən edə biləcək: “Vətəndaş bəzən hansı arayışa və ya hansı xidmətə ehtiyac duyduğunu bilmir. Süni intellektəsaslı sistem onun yazdığı sorğuya uyğun olaraq lazımi xidməti avtomatik təklif edəcək. Bu yanaşma vətəndaşyönümlü dövlət xidmətlərinin formalaşdırılmasına xidmət edir”.

Elvin Abbasov rəqəmsal transformasiyanın dövlət səviyyəsində prioritet istiqamətə çevrildiyini də diqqətə çatdırıb: “Rəqəmsal Şuranın yaradılması və ölkə rəhbərliyi səviyyəsində bu istiqamətə xüsusi diqqət göstərilməsi Azərbaycanın rəqəmsal transformasiyanı strateji prioritet kimi müəyyən etdiyini göstərir. Bu gün ölkənin bütün rayonlarında yüksəksürətli internet infrastrukturu formalaşdırılıb və bu, rəqəmsal xidmətlərin geniş tətbiqi üçün əlverişli zəmin yaradır”.

Ekspert əlavə edib ki, informasiya texnologiyaları artıq qlobal iqtisadiyyatın əsas istiqamətlərindən birinə çevrilib və Azərbaycanda bu sahənin inkişafı üçün yeni hüquqi mexanizmlər də yaradılır.

Müxbir – Pərvanə Qafarova

“Mygov”da süni intellekt texnologiyalarının tətbiqi dövlət xidmətlərini daha sürətli və fərdiləşdirilmiş şəkildə təqdim edir -  ŞƏRH  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mirbek Mambataliyev: Qırğızıstan rəqəmsal yeniliklərə və gənclər mübadiləsinə açıqdır

UNCTAD rəsmisi: Rəqəmsallaşma yaradıcı xidmətlərin beynəlxalq ticarətdə inkişafını sürətləndirir

Azərbaycan transsərhəd ticarətə, rəqəmsallaşmaya, yaşıl keçidə yönəlmiş təşəbbüsləri dəstəkləyir

Azərbaycanda yeni anbarların tikintisi su təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir

Amanuel Elias: Rəqəmsal mühitdə irqçilik və ayrı-seçkiliyin qarşısının alınması vacibdir

Ozodbek Nazarbekov: Süni intellektin inkişafını mədəniyyət sahəsində tərəqqiyə yönəltməliyik

Fransada istehlakçı inamı son 13 ilin ən aşağı səviyyəsinə düşüb

Dunay çayı kanalizasiya suları ilə çirklənib

İraqda İŞİD üzvü olan yeddi Fransa vətəndaşına həbs cəzası verilib

BMT rəsmisi: Azərbaycanın “ASAN xidmət” modeli uğurlu nümunə kimi bir sıra ölkələrdə tətbiq olunur

Asa Regner: Qadınların təşəbbüslərinə mane olan stereotiplərə qarşı mübarizə aparırıq

Şarlott Kurtua: Rəqəmsal texnologiyalar mədəniyyətlərarası dialoqun inkişafı üçün geniş imkanlar yaradır

Hüseyn Hüseynov: Sahibkarlar iqtisadiyyat və mədəniyyətlər arasında mühüm körpü rolunu oynayırlar

Avropa dövlətləri Azərbaycanın regionda formalaşdırdığı yeni siyasi reallıqları qəbul edir - ŞƏRH

Hindistanlı nümayəndə: Bakı forumu beynəlxalq əməkdaşlıq və innovasiyalar üçün mühüm platformadır

Macarıstanlı həvəskar astronom Yerə yaxın yeni asteroid kəşf edib

ICESCO-nun Baş direktoru: Dünyada sülhün təmin edilməsi üçün qlobal hərbi xərclərin yarım faizi kifayətdir VİDEO

ICESCO-nun Baş direktoru: Dünyada sülhün təmin edilməsi üçün qlobal hərbi xərclərin yarım faizi kifayətdir VİDEO

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

S.C.Rzayevin Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Fransa Senatı Korsikaya muxtariyyət verilməsini nəzərdə tutan konstitusiya islahatını rədd edib

M.M.Seyidovun Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Şarlott Kurtua: Rəqəmsal alətlər tələbələrin biliklərini başqalarına ötürməsinə imkan yaradır

Baş direktor: Azərbaycanda yaradıcı sənayelərin iqtisadiyyatda payı artır

Rəşad Əzizov: Mədəniyyətlərarası Dialoq Forumunun missiyası əvvəlkindən daha böyük əhəmiyyət kəsb edir

FAO və Dünya Bankı: Neft və ərzaq qiymətlərində qlobal təklif şokları inflyasiyaya təzyiqi artırır

Beynəlxalq elmi simpoziumda Azərbaycanın güləş platforması yüksək qiymətləndirilib

Şirvanda beynəlxalq şahmat festivalına yekun vurulub

Fərid Cəfərov: Süni intellektin təsirlərini nəzərə alaraq əməkdaşlıq gücləndirilməlidir VİDEO

Fərid Cəfərov: Süni intellektin təsirlərini nəzərə alaraq əməkdaşlıq gücləndirilməlidir VİDEO

Müşavir: Almaniya iş adamları Azərbaycan ilə əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirməkdə maraqlıdırlar

Darla Deardorff: Mədəniyyətlərarası səriştə gündəlik həyatımızın bir hissəsi olmalıdır

Azərbaycanda süni intellekt üzrə milli dil modelləri hazırlanır

Migel Anxel Moratinos: Əsas məqsədimiz təşəbbüsləri birgə həyata keçirmək və əməkdaşlığı gücləndirməkdir VİDEO

Migel Anxel Moratinos: Əsas məqsədimiz təşəbbüsləri birgə həyata keçirmək və əməkdaşlığı gücləndirməkdir VİDEO

Nazir müavini: Azərbaycanda 25 mindən çox dövlət qulluqçusunun rəqəmsal bacarıqları artırılacaq

AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi “Global Senior Management” proqramı uğurla yekunlaşıb

Yengicə su anbarının tikintisi davam edir

Konqoda Ebola virusuna yoluxanların sayı 10 mini ötüb

VII Dialoq Forumu: Beynəlxalq təşkilatların və nazirlərin xüsusi birgə sessiyası işə başlayıb VİDEO

VII Dialoq Forumu: Beynəlxalq təşkilatların və nazirlərin xüsusi birgə sessiyası işə başlayıb VİDEO

Ekspert: İnklüziv təhsil şagirdin sinifdə olmasından daha geniş məna daşıyır - MÜSAHİBƏ

Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun xatirəsi anılıb

Qazaxıstan yerli dron istehsalını genişləndirəcək

Bakı Kitab Sərgisində yeni nəşr: “Mirzə Qədim İrəvani: Zamanların qovşağında”

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

Gələn ildən Şimal Dəniz Marşrutu ilə ilboyu yük daşımalarına başlanması gözlənilir

Sabah bəzi yerlərdə yağış yağacaq

Özbəkistanda xərçəngin erkən aşkarlanmasına 59 milyon dollar vəsait ayrılacaq

Dialoq mövcud problemlərin həlli üçün zəruri olan anlaşma mühiti yaradır ŞƏRH

Rəqəmsal gələcək və süni intellekt: VII Dialoq Forumunda plenar iclas

® “Rabitəbank” “Rabita Junior”un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Xarici diplomatik heyət üzvlərinə qeydiyyat vəsiqəsi veriləcək

Almaniyada avtomobil bir qrup insanın üzərinə sürülüb, xəsarət alanlar var

Gənclər Kitabxanası kitab sərgisi çərçivəsində “Süni intellekt və kitabxana: yeni nəsil təqdimatlar” adlı tədbir təşkil edib

Sudanda PUA hücumları nəticəsində 21 nəfər ölüb, 40-dan çox insan yaralanıb

UNESCO rəsmisi: Davamlı sülh cəmiyyətlərdə qərəzlərin aradan qaldırılmasından və uşaqların təhsilindən başlayır

Oktyabr Hörmüzdə ticarət gəmilərinə hücumların sayına görə son 9 ildə ən çətin dövr olub

“Qarabağ” Futbol Akademiyasının direktoru: Daha cəsarətli oynamalı, topladığımız təcrübəni nəticəyə çevirməliyik

Azərbaycan-Niderland əlaqələrinin inkişafı ölkəmizin Aİ ilə münasibətlərinin strateji önəmini gücləndirir – ŞƏRH

Baş katib: Azərbaycan “Bakı Prosesi” vasitəsilə ölkələri və mədəniyyətləri bir araya gətirir

Adambaşına maliyyələşmə mexanizmi təhsilin keyfiyyətinə müsbət təsir göstərə bilər - ekspert

Gecə saatlarında əməliyyat – “zərərçəkənlər” xilas olundu VİDEO

Gecə saatlarında əməliyyat – “zərərçəkənlər” xilas olundu VİDEO

Hidayət Heydərov çəki dərəcəsini dəyişməyəcək

Hesablama Palatasının sədri Vyetnamda beynəlxalq konfransda çıxış edib

Sudan hökuməti ölkədə aclıq təhlükəsi barədə xəbərdarlıqlara münasibət bildirib

Komitə rəsmisi: Üç rayonda yeni Ailə Mərkəzinin yaradılması istiqamətində işlər aparılır

Tbilisi Mərkəzi Dəmir Yolu Vağzalı əsaslı təmir olunur

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 oktyabr

Hörmüz böhranı istehlakçılara əlavə 468 milyard dollara başa gəlib

Şərurda 14 min tonluq 32 soyuducu anbar tam dolub – itkisiz tədarük VİDEO

Şərurda 14 min tonluq 32 soyuducu anbar tam dolub – itkisiz tədarük VİDEO

Qədim süxurlarda zəlzələlərin sunaminin yaranmasına təsirini göstərən izlər aşkarlanıb

ICESCO-nun Baş direktoru: “Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb

BMT rəsmisi: Dini və mədəni obyektlərin qorunması dinc birgəyaşayış üçün böyük əhəmiyyət daşıyır

Qərbi Azərbaycan folkloruna həsr olunmuş elmi konfransın materialları nəşr edilib

Azərbaycanda kibertəhlükəsizlik üzrə ixtisaslı yerli mütəxəssislər hazırlanacaq

Ağdam Sənaye Parkında yem istehsalı müəssisəsi yaradılacaq

Bağçalarda yeni inkişafetdirici layihə: “Yaradaq, quraq!”

Bankların kredit portfeli 33,7 milyard manata çatır

Sentyabrda bankların cəmi aktivləri 1,8 faiz artıb

Saçını düzləşdirən qadın xəstəxanalıq olub

Qazaxda kişi meyiti tapılıb

Daha iki Sosial Xidmət Mərkəzi istifadəyə verilib

Mütəxəssis: Sosial dəstək ailələrin problemləri müstəqil həll etmək bacarıqlarını gücləndirir

Borcluların qiymətli kağızlarına tələbin yönəldilməsi qaydası dəyişir

Vətən müharibəsi şəhidi Ruslan Binnətovun ailəsi ziyarət edilib

Bankomat və POS-terminalların sayı azalıb

ADAU-da tələbələrin I Beynəlxalq mədəniyyət festivalından FOTOLAR VİDEO

ADAU-da tələbələrin I Beynəlxalq mədəniyyət festivalından FOTOLAR VİDEO

Misir Prezidenti rusiyalı həmkarı ilə ticarət və ərzaq təhlükəsizliyi məsələlərini müzakirə edəcək

Bank sektorunun xarici öhdəlikləri azalıb

“Gəncə” basketbol klubunun yeni baş məşqçisi bəlli olub

İki dahi sənətkarın ortaq ədəbi-fəlsəfi irsi bir arada: yeni elmi toplu çap olunub

Naxçıvanda “mygov” platforması üzərindən vətəndaşların birbaşa müraciət imkanı təmin edilib

Rusiyanın Bryansk vilayətinə dron hücumu nəticəsində ölən və yaralananlar var

Təhlükəli malların bazardan geri çağırılması və məhv edilməsi qaydaları müəyyənləşir

Məhkəmədən mühüm qərar: Barışıq olan yerdə azadlıq mümkündür

Fiziki şəxslərin əmanətlərinin 71,4 faizi milli valyutadadır

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Tatev məbədi

İƏT-in Baş katibi: Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib

Azərbaycan-Almaniya Biznes Şurasının təsis iclası keçiriləcək

Prezident İlham Əliyev: Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq VİDEO

Prezident İlham Əliyev: Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq VİDEO

Bakıda 48,7 kilometrlik yenilənmə: 95 küçə və prospektdə təmir yekunlaşıb

Sentyabrda kartlar vasitəsilə aparılan ölkədaxili nağdsız ödənişlərin həcmi açıqlanıb