İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2
İmişli, 9 avqust, AZƏRTAC
İmişli rayonunda Araz çayında boğulan şəxsin meyiti tapılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Elgün Həsənovun meyiti batdığı yerin yaxınlığından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
17:51
İmişli rayonunda Araz çayında boğulan şəxsin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri və katerləri cəlb olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, axtarış tədbirləri davam etdirilir.
17:15
İmişli rayonunda Araz çayında bədbəxt hadisə baş verib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə günorta saatlarında çayın Şahverdili və Göbəktala kəndləri ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Elgün Həsənov çayda çimərkən boğulub.
Faktla bağlı araşdırma aparılır.
Müxbir-Aydın Yavərzadə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [16:05]
Göyçayda virus aşkarlanan meyvə bağlarında mübarizə tədbirləri görülüb
- 10.08.2026 [15:48]
Naxçıvanda vergi daxilolmaları 3,8 faiz artıb
- 10.08.2026 [14:59]
Naxçıvanda 700 ev təsərrüfatında büdcə tədqiqatı aparılır
- 10.08.2026 [12:39]
Qəbələdə 10 ildə 1,5 milyondan çox müraciət “ASAN”laşdırılıb
- 10.08.2026 [12:30]