Everesti fəth edən ilk azərbaycanlı qadın alpinist: Ultramarafon mənim üçün böyük təcrübə olacaq VİDEO
Qəbələ, 8 oktyabr, AZƏRTAC
Ultramarafon bu gün Qəbələdən start götürdü. Buradan düz Xankəndiyə qədər davam edəcək.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Everest zirvəsini fəth edən ilk azərbaycanlı qadın alpinist Vəfa Musayeva III Beynəlxalq Xankəndi Ultramarafonu barədə danışarkən deyib.
"İlk dəfədir bu marafonda iştirak edirəm. Düzünü desəm, həyəcanlıyam. 192 kilometr az məsafə deyil. Mənim üçün böyük təcrübədir. Eyni zamanda, yarış boyu müxtəlif ərazilərdən keçmək də ayrıca bir macəra olacaq. Hamıya uğurlar arzulayıram", - deyə yarış iştirakçısı qeyd edib.
Müxbir - Cavid Əliyev
Operator - Şövqi Əzizov