Oktyabrda metro ilə 16 milyondan çox sərnişin səfər edib VİDEO
Bakı, 3 noyabr, AZƏRTAC
Oktyabr ayında Bakı Metropoliteni ilə 16 milyondan çox sərnişin səfəri həyata keçirilib.
AZƏRTAC “Bakı Metropoliteni” QSC-yə istinadla xəbər verir ki, ay ərzində girişi ödənişsiz olan “Xocəsən” və “Avtovağzal” stansiyalarından ümumilikdə 556 min 424 sərnişin istifadə edib. Bu, sentyabr ayı ilə müqayisədə 64 faiz artım deməkdir.
Oktyabrda 1 milyon 683 min 32 sərnişinlə “Koroğlu” stansiyası ən çox istifadə olunan stansiya olub. Ayın ən yüksək sərnişindaşıma göstəricisi isə oktyabrın 20-də qeydə alınıb. Həmin gün metrodan 641 min 442 sərnişin istifadə edib.
Hesabat ayında NFC və QR bilet vasitəsilə ümumilikdə 8 milyon 879 min 685 ödəniş həyata keçirilib. Rəqəmsal ödənişlərin sayı sentyabr ayı ilə müqayisədə 15,9 faiz artıb. Gediş haqqının NFC vasitəsilə ödənilməsi bütün ödənişli sərnişinlərin 43,3 faizini təşkil edib. “Əlçatan metro” xidmətindən ay ərzində 113 sərnişin yararlanıb.