Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Maltada “Yer kürəsi uşaqların gözü ilə” sərgisi açılmışdır VİDEO

Valletta, 18 fevral (AZƏRTAC). Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA İctimai Birliyinin təşəbbüsü ilə fevralın 17-də Maltanın paytaxtı Vallettada, Prezident sarayında “Yer kürəsi uşaqların gözü ilə” devizi altında sərgi açılmışdır.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva, Maltanın Prezidenti Corc Abela, Baş nazir Cozef Muskatın xanımı Mişel Muskat, təhsil naziri Evarist Bartolo, bu ölkənin dövlət və hökumət rəsmiləri, ətraf mühitlə bağlı bir sıra qurumların rəhbərləri, ali təhsil ocaqlarının təmsilçiləri, habelə Azərbaycanın İtaliyada və Maltadakı səfiri Vaqif Sadıqov və başqaları iştirak etmişlər.

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü, dünya şöhrətli fotoqraf Reza Deqatinin dəstəyi ilə 2012-ci ildə baş tutan “Yer kürəsi uşaqların gözü ilə” adlı beynəlxalq uşaq müsabiqəsi sosial və ətraf mühit mövzusunda şəkillərin dili ilə uşaqları məlumatlandıran ilk beynəlxalq layihə hesab olunur. Həmin ilin sentyabrında elan olunmuş “Mən təbiəti sevirəm” və “Mən çirklənmədən qorxuram” devizləri altında keçirilən müsabiqədə dünyanın 90 ölkəsindən 1200-dən çox uşaq və gənc iştirak etmişdir. Beynəlxalq fotomüsabiqəyə 4 mindən çox fotoşəkil təqdim edilmişdir. Müsabiqənin qalibləri Reza Deqatinin sədrlik etdiyi, “Reuters”, “Polka” jurnalı, “National Geographic”, “Associated Press” və foto sahəsində tanınmış digər qurumların nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən müəyyən edilmişdir.

Müsabiqənin nəticələrinin elan olunması məqsədilə 2013-cü ilin mayında Bakıda “Yer kürəsi uşaqların gözü ilə” festivalı keçirilmişdir. Vallettada təşkil olunan sərgidə məhz həmin müsabiqədə seçilmiş 100 ən yaxşı şəkil nümayiş olunur.

“Yer kürəsi uşaqların gözü ilə” sərgisinin təşkilatçıları İDEA İctimai Birliyi və tanınmış fotoqraf Reza Deqatinin təsis etdiyi AİNA Dünya qeyri-hökumət təşkilatıdır. 2012-ci ilin oktyabrında Moskvada keçirilmiş sərginin bu yaxınlarda İsveçrənin Cenevrə şəhərində də təşkili planlaşdırılır.

Əvvəlcə “Yer kürəsi uşaqların gözü ilə” layihəsinin nümayəndəsi, Maltanın məşhur fotoqrafı Çarls Mifsud tədbir iştirakçılarını salamlamış və sərginin əhəmiyyətindən danışmışdır. Qeyd etmişdir ki, bu təkcə fotosərgi deyil, eyni zamanda, dünyanın müxtəlif ölkələrindən gələn uşaqların ətraf mühitə baxış tərzidir.

Azərbaycanın heyranedici ölkə olduğunu deyən Çarls Mifsud ədəbiyyatımızın, tarixi abidələrimizin onu məftun etdiyini diqqətə çatdırmışdır.

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin rəhbəri Leyla ƏLİYEVA sərginin əhəmiyyətindən danışaraq dedi:

- İlk öncə, özünəməxsus tarixə malik bu gözəl ölkədə olmaqdan məmnunluğumu bildirmək istərdim. Bu gün biz buraya İDEA İctimai Birliyi və dünyanın aparıcı fotoqraflarından biri olan Reza Deqati tərəfindən əsası qoyulan “Yer kürəsi uşaqların gözü ilə” devizi altında keçirilən beynəlxalq layihəni təqdim etmək üçün toplaşmışıq. Sərgi 90-dan çox ölkədən minlərlə uşağa öz istedadlarını nümayiş etdirməyə və ətraf mühitə, təbiətə olan maraqlarını göstərməyə imkan yaradır. Nümayiş olunan şəkillərin fərqli cəhəti ondan ibarətdir ki, onlar təkcə təbiətin gözəlliklərini deyil, eyni zamanda, planetimizin üzləşdiyi təhlükə və dağıntıları əks etdirir. Bu, uşaqların yer kürəsində baş verənləri anlaması və hiss etməsi üçün yaxşı təcrübədir. Sərgi bir daha göstərir ki, dünyanın müxtəlif bölgələrindən olan insanlar planetimizi qorumaq məqsədilə bir araya gəlir.

Azərbaycan çox zəngin biomüxtəlifliyə malikdir. Ölkəmizdə ətraf mühitə dair əsaslı proqram mövcuddur. Proqrama uyğun olaraq ətraf mühitə dair bir çox təşəbbüslər həyata keçirilmiş, mühüm nailiyyətlər əldə edilmişdir. Bu gün Azərbaycan qonşu dövlətlər arasında dialoqun qurulmasında bilavasitə iştirak edən və bu işə töhfə verən ölkədir. Fəxrlə deyə bilərəm ki, Azərbaycan bu gün ətraf mühit üzrə təşəbbüslərin həyata keçirilməsi istiqamətində regionda liderdir. Çox şadam ki, İDEA İctimai Birliyi bu təşəbbüslərə öz töhfəsini verməkdədir.

Ümid edirəm ki, sərgi planetimizin qorunmasında iştirak etmək istəyən insanların sayını artıracaqdır.

Azərbaycan coğrafi baxımdan Maltadan uzaqda yerləşməsinə baxmayaraq ölkələrimiz arasında qarşılıqlı hörmət, anlaşma və inama əsaslanan yaxşı əlaqələr mövcuddur. Tarixən hər iki ölkə Avropa ilə dünyanın digər bölgələri arasında körpü rolunu oynamışdır.

Reza Deqati vurğulamışdır ki, sərgidə bir çox ölkələri təmsil edən və birgə çalışdığı uşaqların işləri nümayiş olunur. Bu şəkillər vasitəsilə biz yaşadığımız dünyaya bir daha nəzər yetirmiş oluruq.

Qeyd edilmişdir ki, İDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın belə bir təşəbbüsü irəli sürməsinin məqsədi gələcək nəsilləri ətraf mühitlə bağlı məlumatlandırmaqdır. Məhz uşaqların gözü ilə ətraf mühitlə bağlı problemlərin nə dərəcədə önəmli olduğunu nümayiş etdirmək çox gözəl ideyadır.

Bakı ilə Maltanın şəhərlərini biri-birinə bənzədən Reza Deqati diqqətə çatdırmışdır ki, sərgi iki ölkəni daha da yaxınlaşdırır.

Tədbirin əhəmiyyətindən danışan səfir Vaqif Sadıqov vurğulamışdır ki, belə bir sərginin keçirilməsi müxtəlif qitələri təmsil edən uşaqların planetimizi necə gördüyünü öyrənmək baxımından olduqca vacibdir. Sərgi ilə tanışlıq zamanı uşaqların onları əhatə edən dünyanı, təbiəti necə təsəvvür etdiklərini, planetimizi daha gözəl bir məkana çevirmək üçün balacaların hansı xəyalları qurduqlarını görmək mümkündür.

Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA İctimai Birliyinin müvafiq istiqamətdə gördüyü işlərə toxunan səfir qurumun dünyanın müxtəlif ölkələrində bu cür sərgilər təşkil etdiyini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, bu cür tədbirlər təbiəti qorumaq üçün səfərbər olan insanların bir araya gəlməsi baxımından yaxşı imkan yaradır.

Azərbaycan ilə Malta arasında mövcud əlaqələrdən danışan Vaqif Sadıqov bildirmişdir ki, son illərdə ikitərəfli münasibətlər bütün sahələrdə inkişaf etməkdədir.

Tədbirdə çıxış edən təhsil naziri Evarist Bartolo bildirmişdir ki, yaradıcılıq, fikirlərin, hisslərin səmərəli ifadəsi sərginin ən mühüm elementləridir. Biz bu şəkillər vasitəsilə uşaqların yer üzündə mövcud olan gözəllikləri necə əks etdirdiklərinin şahidi oluruq. Sərgi, eyni zamanda, ətraf mühitdə cərəyan edən mənfi prosesləri görməyimiz üçün də yaxşı imkan yaradır. Təbiətin çirklənməsi və insanların ətraf mühitə vurduğu ziyan dəhşətli həddə çatmışdır. Məhz bu şəkillər həqiqətləri görməkdə bizə yardımçı olur.

Malta Respublikasının Prezidenti Corc ABELA sərgidə çıxış edərək bildirmişdir ki, bizi əhatə edən təbiət son dövrdə unudulmuşdur. İnsanlar ətraf mühitdə baş verənlərə biganə yanaşırlar. Bu baxımdan planetimizdə cərəyan edən hadisələrə uşaqların gözü ilə baxmaq olduqca maraqlıdır.

Malta dövlətinin başçısı diqqətə çatdırmışdır ki, ölkələrimiz arasında yüksək səviyyəli əlaqələr mövcuddur. Bu münasibətlər təkcə siyasi səviyyədə deyil, digər istiqamətlər üzrə də inkişaf etməkdədir. Xalqlarımız ortaq dəyərləri bölüşür.

Prezident Corc Abela sərginin bu ölkədə keçirilməsi təşəbbüsünə görə İDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevaya minnətdarlığını bildirmişdir.

Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şərəfinə Maltanın Baş nazirinin yay iqamətgahı olan Girgenti sarayında şam yeməyi verilmişdir.

Sərgi fevralın 28-dək davam edəcəkdir.

Maqsud Dadaşov

AZƏRTAC-ın xüsusi müxbiri

Valletta

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Maltada “Yer kürəsi uşaqların gözü ilə” sərgisi açılmışdır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyev ballistik raketlərlə vurulub, ölənlər var

Böyük Britaniya Ukraynaya çoxməqsədli raketlərin tədarükünü sürətləndirəcək

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək