80 YAŞLI TƏQAÜDÇÜ ÖZ VƏSAİTİ HESABINA YOL ÇƏKDİRİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Goranboyun Qarasuçu kəndinin 80 yaşlı sakini Maya Quliyeva yaşadığı kəndi Hazırəhmədli kəndi ilə birləşdirən 3 kilometrlik yolu şəxsi vəsaiti hesabına təmir etdirməyə başlamışdır. Əmək fəaliyyətinə pambıqçı kimi başlayan Maya Quliyevanın rayon mərkəzindən təxminən 50 kilometr aralıda yerləşən doğma kəndinə yol çəkdirmək çoxdankı arzusudur. 6 övladı, 14 nəvəsi və 2 nəticəsi olan ağbirçək el anasının xeyirxahlığı kənd sakinləri tərəfindən razılıqla qarşılanmışdır.