Saat 17:00-dək ölkə üzrə 50,1 faiz seçici səs verib VİDEO
Bakı, 1 noyabr, AZƏRTAC
Saat 17:00-a olan məlumata görə, ölkə üzrə seçicilərin 2 milyon 605 min 948 nəfəri səs verib. Bu isə 50,1 faiz seçici fəallığı deməkdir.
AZƏRTAC xəbər verir ki, “Seçkilər” İnformasiya Mərkəzinin direktoru Rüfət Gülməmmədov səsvermənin gedişi ilə bağlı keçirilən mətbuat konfransında bu barədə məlumat verib.