Bəyaza bürünən Ağsu dolayları FOTOREPORTAJ VİDEO
Ağsu, 27 yanvar, Adil Ağayev, AZƏRTAC
Ağsu dolayları bəyaza bürünüb. Yanvarın 25-i axşamdan yağmağa başlayan və hələ də davam edən qar bu yerlərə xüsusi gözəllik gətirib. Əlbəttə, qar örtüyü, duman dolaylardakı 14 sərt döngədə və 7 sürüşmə zonasında avtomobillərin hərəkəti üçün çətinliklər də yaradıb. Lakin yollar durmadan təmizlənir, hərəkətin intensivliyi təmin olunur.