Son bir neçə saat ərzində düşmənin 170-dək hərbi qulluqçusu və 12 zirehli texnikası məhv edilib VİDEO
Bakı, 4 aprel, AZƏRTAC
Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi qabaqlayıcı tədbirlər və dəqiq endirilən atəş zərbələri nəticəsində böyük itkilərə məruz qalan erməni hərbi qulluqçuları vahimə içərisində silah-sursatlarını ataraq öz mövqelərindən qaçır. Panikada olan düşmən geri çəkilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, son bir neçə saat ərzində birləşmələrimizin cavab atəşləri nəticəsində Ermənistan tərəfinin 170-dək hərbi qulluqçusu və 12 zirehli texnikası sıradan çıxarılıb.
Silahlı Qüvvələrimizin nəzarətinə keçən daha əlverişli və strateji cəhətdən üstün mövqelərdə bölmələrimiz tərəfindən mühəndis-istehkam möhkəmləndirmə işləri, ərazinin vizual kəşfiyyatı və atəşin korrektəsi tədbirləri görülür.