DÜNYA


ABŞ mətbuatı: Pentaqon 2 min əsgəri Əfqanıstandan çıxarıb

Bakı, 21 oktyabr, AZƏRTAC 

Birləşmiş Ştatlar artıq Əfqanıstandan 2 min əsgəri çıxarıb. AZƏRTAC xəbər verir ki, bu xəbəri “The New York Times” qəzeti yayıb.

Qəzetin xəbərində deyilir ki, ABŞ və NATO-nun Əfqanıstandakı qoşunlarının komandanı, general-leytenant Ostin Skott Miller Pentaqonun bu ölkədəki qoşunlarının sayının 12 minə endiyini təsdiqləyib. Qeyd olunur ki, “Taliban” hərəkatı ilə danışıqlarda yekun qərar qəbul edilməməsinə rəğmən ABŞ hökuməti əsgərlərin çıxarılması prosesinə start verib. Bundan başqa, qəzetə məlumat verən hərbi mənbə bildirib ki, bu yaxınlarda Pentaqonun Əfqanıstandakı əsgərlərinin sayı 8,6 min nəfərə endirilə bilər.

Oktyabrın 20-də ABŞ-ın Müdafiə naziri Mark Esper Əfqanıstan Prezidenti Əşrəf Qani ilə keçirdiyi görüşdə bildirib ki, Vaşinqton terrorizmə qarşı mübarizədə Kabili dəstəkləməyə davam edəcək. Onun sözlərinə görə, hərbi kontingentin sayının azaldılması bu ölkədə fəaliyyət göstərən terrorçu təşkilatlara qarşı mübarizəyə mane olmayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.