Azərbaycan güləşçisi Avropa çempionatının finalında
Bakı, 13 may, AZƏRTAC
Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-17 Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, yarışın üçüncü günündə qadın güləşi üzrə mübarizəyə start verilib.
Xədicə Qurbanzadə (49 kiloqram) polşalı Zuzanna Ptak və finlandiyalı Kerttu Helmi Uşanoffa heç bir şans verməyib. Hər iki rəqibini 10:0 hesabla üstələyən güləşçimiz yarımfinalda Almaniyanı təmsil edən soydaşımız Mədinə Bayramovaya qalib gəlib – 4:1. Xədicə sabah finalda ukraynalı Olena Kolubayla güləşəcək.
Məryəm Əmrəli (57 kiloqram) ilkin mərhələdə italiyalı Sara Servedioya (2:8), Nuray Həsənli (65 kiloqram) isə 1/8 finalda türkiyəli Bade Doğana (0:11) məğlub olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.09.2026 [12:25]
Çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatına yekun vurulub
- 15.09.2026 [11:15]
“Neftçi”dən ayrılan Elvin Camalov “Qəbələ” ilə anlaşıb - EKSKLÜZİV
- 15.09.2026 [10:58]
“Sabah” mövsümə rekordla başladı – 4 oyuna 11 cavabsız qol
- 15.09.2026 [10:49]
“Neftçi” Premyer Liqada 12 mövsümün rekordunu təkrarlayıb
- 15.09.2026 [00:33]
Azərbaycanın aerobika gimnastı: Qızılın sahibi biz olmalı idik
- 15.09.2026 [00:02]